"Müstəqillikdən imtina etməyəcəyik"

Ukrayna üsyançılarının liderlərindən biri Andrey Purqin BBC-yə müsahibəsində deyib ki, bölgənin bir hissəsinə özünüidarəetmə statusunun verilməsi müstəqillik tələbini qüvvədən salmır.

Tanınmamış “Donetsk Xalq Respublikası”nın baş naziri Andrey Purqin deyib ki, Kiyevlə hər hansı federallaşma çərçivəsində münasibət qurmaq üzrə planları yoxdur.

Hərçənd ki, Andrey Purqin özünüidarəetmə statusunun verilməsində və rusiyapərəst üsyançılara amnistiya verilməsində “müsbət məqamların” olduğunu deyib.

"İlk müsbət məqam budur ki, bizi artıq terrorçu adlandırmırlar" - deyə Purqin bildirib.

Onun sözlərinə görə, Ukrayna bu qanunu təsdiqləməklə “Donetsk Xalq Respublikasının xarici iqtisadi və siyasi əlaqələr” qurmaq haqqını tanıyıb.

Donetsk və Luqansk bölgələrinin bir hissəsinə özünüidarətmə hüququnu verən və üsyançılara dair amnistiyanı nəzərdə tutan qanun sentyabrın 5-də imzalanmış atəşkəs razılaşmasının şərtlərinə uyğun addımdır.

Yeni qanun bəzi millət vəkilləri tərəfindən “təslimə aparan” sənəd kimi səciyyələndirilib.

Prezident Pyotr Poroşenko deyib ki, Donetsk və Luqanskın müəyyən hissəsinə 3 il ərzində xüsusi status verən qanun Ukraynanın "suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini təmin edəcək.

BMT-nin açıqladığı rəqəmlərə görə, aprel ayından bəri Ukraynanın şərqində rusiyapərəst üsyançılarla hökumət qüvvələri arasındakı qarşıdurmada ən azı 3000 nəfər öldürülüb, 310 mindən artıq adam didərgin düşüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar