ÇİN ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİNƏ NECƏ HAZIRLAŞIR? – “Hazırkı rəqabət əsasən su hövzələri uğrundadır”

“Üçüncü dünya müharibəsinə hazırlaşmaq vaxtıdır”. Çinin populyar ”Xuançyu şibao” qəzeti belə bu sərlövhə altında məqalə dərc edərək, gözlənilən Üçüncü Dünya Müharibəsinə Çinin hazırlığından bəhs edib. AzPolitika.info maraqlı məqalənin tərcüməsini təqdim edir:

Ukraynadakı vəziyyət gündən-günə daha da pisləşir və dünyadakı əksər insanlar Rusiya ilə ABŞ arasında birbaşa hərbi münaqişənin yarana biləcəyindən bərk qorxurlar. Hazırkı müasir dünyamızda vəziyyət elədir ki, müharibə ehtimalına maksimum ciddi yanaşmaq lazımdır.

Dünya tarixində baş verən bütün müharibələrin mahiyyəti insan cəmiyyətinin inkişaf gedişinə uyğun formada dəyişir və bu gün artıq o, özünün üçüncü mərhələsinə qədəm qoyub. Birinci mərhələdə müharibələr köcəri tayfalar və oturaq xalqlar arasında, ikinci mərhələdə isə müharibələr qlobal müstəmləkəçılik uğrunda gedirdi. Məsələn, Birinci və İkinci dünya müharibələri ikinci mərhələyə aiddir. Biz indi dünya münaqişəsinin yeni mərhələsinə daxil oluruq. Bu yeni qlobal mərhələnin özəlliyi ondadır ki, döyüş məkanları əsas etibarı ilə kosmos, kibersahə və geniş su hövzələri olacaq. Yeni müharibədə ən böyük və aparıcı rolu texniki təchizatın səviyyəsi və elmi inkişafın üstünlüyü oynayacaq. Burada xeyli sayda ölkələr iştirak edəcək.

Hazırkı rəqabət əsasən su hövzələri uğrundadır. İkinci dünya müharibəsi zamanı böyük dövlətlər buna çox böyük əhəmiyyət verirdilər. Hələ XIX əsrin sonunda Amerikan tarixçisi Alfred Mexen “dəniz gücü” nəzəriyyəsini irəli sürmüşdü. Həmin nəzəriyyədə hərbi-dəniz qüvvələrinin artırılmasına, ticarət donanmasının və xarici hərbi bazaların qurulmasına xüsusi diqqət yetirilirdi. Ancaq yekunda bütün bunların hamısı sadəcə olaraq quruda müharibə aparmaqdan ötrü bir fon yaradılması kimi qəbul edilir. İndi biz dəniz üzərində nəzarət əldə etmək uğrunda mübarizə aparırıq. Ona görə də Şimal buzlu, Sakit və Hind okeanı kimi rayonlarda təsir dairəsi uğunda qızğın mübarizə gedir. Belə güman etmək olar ki, gələcək müharibə də məhz elə bu səbəbdən alovlanacaq.

Üçüncü dünya müharibəsi dövründə Çinin hərbi qüdrətinin artırlıması üçün aşağıdakı məsələlər önə çıxacaq.

Dövlət maraqlarının effektli şəkildə müdafiə olunmasından ötrü hərbi gücün necə inkişaf etdirilməsi sualı da yaranır. Faktiki olaraq, indiki şərtlər daxilində Çinin dövlət maraqlarını keyfiyyətli formada qorumaqdan ötrü onun hərbi inkişafını dünya masştabına uyğunlaşdırmaq lazımdır. Bu istiqamətdəki əsas prinsip və səbəblər aşağıdakılardan ibarət olmalıdır:

Birinci - Çinin yaranmasından indiyədək bu ölkə öz hərbi gücünü yalnız qurudakı maraqlarını qorumaq üzərində qurub. Gələcək müharibədə su sahələri uğrunda mübarizə daha amansız olacağına görə, Çin bu məsələdəki öz əvvəlki baxışalarını dəyişməli və fikirlərini dəniz maraqlarının qorunması tərəfə yönəltməlidir.

İkinci - Çin məhz yeni dünya müharibəsinin gedəcəyi regionda yerləşir. Bu vəziyyət isə onu öz hərbi qüdrətini dünya müharibəsi masştabına uyğun şəkildə oriyentasiya və inkişaf etdirməyə məcbur edir. Çin Şimal Buzlu, Sakit və Hind okeanları ilə əhatə edilib və təbii olaraq, onun hərbi qüdrəti digər ölkələrı əsəbləşdırır. Elə bu səbəbdən də Çin Xalq Respublikası qlobal oyunun passiv iştirakçısı qismində qalmamaqdan ötrü öz hərbi potensialını inkişaf etdirmək yolu ilə həmin təşəbbüsü əlinə almağı bacarmalıdır.

Üçüncüsü - Çin öz maraqlarını bütün dünyaya yayır. Hazırda ABŞ, Asiya–Sakit okean regionuna strateji dayaq nöqtəsi kimi baxır və bu da birbaşa Çinin xaricdəki maraqlarına ciddi təsir edir. Beləliklə də Çin Amerika tərəfindən daha böyük təhlükəyə məruz qalır. Əgər Çinin lazımı hərbi gücü olmayacaqsa, onda hər hansı bir xarici maraqdan heç bir söhbət gedə bilməz.

Dördüncü - Bu gün Çinin dəniz və hava sahəsindəki döyüş bacarığı, həmçinin də öz sərhədləri kənarında döyüş aparmaq qabiliyyəti xeyli dərəcədə məhduddur. Əgər hərbi–dəniz güclərinin inkişafına dünya müharibəsi çərçivəsində baxmasaq, onda sözssüz ki, Çinin hərbi-hava qüvvələrinin möhkəmləndirilməsi işi xeyli zəif səviyyədə olacaq və xarici maraqlarımızın qorunmasında daha böyük müqavimətlə üzləşəcəyik. Bu da öz növbəsində hərbi-dəniz və hava qüvvələrinin potensialı çərçivəsində Çinin yenidən bir dövlət kimi tarixin gedişində geridə qalmasına gətirib çıxaracaq. Ona görə də Çin öz hərbi–dəniz güclərinin inkişaf etdirilməsinə xüsusi diqqət ayırmalıdır.

Tərcümə etdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar