Sanksiyalar Rusiyanın silah satışına təsir etməyib

“Rosoboroneksport”un sifariş portfeli sanksiyalara baxmayaraq dəyişməyib. musavat.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, bunu müəssisənin baş direktoru Anatoli İsaykin Cənubi Afrika Respublikasında açılan silah sərgisində deyib.

“Bu günə biz 39 milyard dollara yaxın sifariş portfelinə malikik. Bu, son illər “Rosoboroneksport”un payına düşən ən iri göstəricidir”, - deyə o qeyd edib. Baş direktorun sözlərinə görə, hazırda şirkət üçün azacıq belə əsas yoxdur ki, sifariş portfeli kiçilsin.

İsaykin onu da qeyd edib ki, 2013-14-cü illərdə “Rosoboroneksport” Saxaradan aşağıda yerləşən ölkələrlə 1,7 milyard dollarlıq müqavilə bağlayıb. “Hazırda bu ölkələrdən gələn 60-dan çox təklifə baxırıq. İşimiz stabil və artan templə gedir” - əlavə edib baş direktor.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar