Ermənistanın "Yeni SSRİ"yə qoşulacağı tarix bəlli oldu

Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulacağı tarix bəlli olub. APA-nın “news. am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Dövlət Dumasının MDB və soydaşlarla iş üzrə komitəsinin sədri Leonid Slutski bildirib.

“Rusiya, Belarus və Qazaxıstana başqa dövlətlər də qoşulacaq. Belə ki, oktyabrın 9-da Ermənistan, daha sonra isə Qırğızıstan ittifaqa qoşulacaq”, - deyə o, söyləyib.

L. Slutski Rusiya, Belarus, Qazaxıstan və Ermənistan parlamentlərinin ittifaqla bağlı ratifikasiyanı sinxron şəkildə həyata keçirəcəyini qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar