“Regionda sülh olmadan qlobal çətinliklərin...” - Zurabişvili

“Gürcüstan olduqca çətin regionda əsas sabitlik adalarından biridir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxışı zamanı bildirib.

O deyib ki, Gürcüstan demokratik ölkələrdən biridir və iqtisadi-sosial cəhətdən inkişaf edir: “Biz kiçik millət olsaq da, həmrəyliyin vacibliyini anlayırıq. Mövqeyimizi nəzərə alaraq, biz bilirik ki, sülh olmadan qlobal çətinliklərin öhdəsindən gəlməyin mümkünsüz olduğu regionun ayrılmaz hissəsiyik”.

Dövlət başçısının sözlərinə görə, qlobal çətinliklər hərtərəfli təhlükə kimi qəbul olunacağı halda, aradan qaldırıla bilər: “Bu heç də asan deyil. Müasir dünya olduqca mürəkkəbdir və bu dünyanın çağırışlarına reaksiya vermək də çətindir. Daha sistemli yanaşma formalaşdırmaq və bütün mənzərəni anlamağa ehtiyac var”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar