Özilə hücum etməkdə şübhəli bilinən iki şəxs saxlanılıb

 

“Arsenal”ın futbolçusu Məsut Özilə Londonda bıçaqla hücum etməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.

Qol.az Britaniya mətbuatına istinadla xəbər verir ki, London polisi 30 yaşlı Eşli Smiti və 26 yaşlı Cordan Nortoveri saxlayıb.

Xatırladaq ki, Özil və komanda yoldaşı Sead Kolaşinaç bu ilin iyul ayında bıçaqlı hücuma məruz qalıb. Kolaşinaç və yaxınlıqdakı restoranda çalışanların səyi nəticəsində soyğunçu heç bir qənimət əldə edə bilmədən qaçmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar