Rusiyalıları demokratiya maraqlandırmır

“European Social Survey” təhqiqat mərkəzi 29 Avropa ölkəsində 54 min respondent arasında sorğu keçirib. Musavat.com-un inopressa-ya istinadən verdiyi məlumata görə, onlara demokratiya anlayışını necə qavradıqları və öz ölkələrində demokratiyanın vəziyyətini dəyərləndirmək təklif olunub.

Bundan əlavə, avropalılar 10 ballıq cədvəl üzrə dövlətdə demokratik idarə formasının onlardan ötrü nə dərəcədə vacib olması barədə suala cavab veriblər. Nəticədə əksər Avropa ölkələrində əhalinin demokratik ideyalara sadiqliyi ortaya çıxıb. Belə ki, 29 Avropa ölkəsi göstərici 10 punktdan minimum 8 punkt təşkil edib. Təşkilatçıların dediyinə görə, demokratik idarə formasına malik olmağa səylər ən çox Kiprdə özünü göstərib, onun ardınca Şimali və Mərkəzi Avropa ölkələri, o cümlədən Almaniya gəlir.

Rusiyada demokratik hökumətə malik olmaq istəyi ən zəif ifadə olunub - 6,5 punkt. Bu, Avropa ölkələri arasında ən aşağı göstəricidir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar