Pakistanda baş verən zəlzələ zamanı 38 nəfər həlak olub

Pakistanda baş vermiş zəlzələ zamanı ölənlərin sayı 38 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə TASS ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsinə istinadla məlumat yayıb.

Məlumata görə, zəlzələ zamanı həmçinin 646 nəfər xəsarət alıb.

Qeyd edilir ki, təbii hadisə nəticəsində 454 ev tamamilə və qismən dağılıb.

"Fövqəladə vəziyyət nəticəsində Mirpur və Bhimder şəhərlərini birləşdirən körpü dağılıb", - deyə idarədən bildirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar