BUNLARA DANIŞMAĞI QADAĞAN EDİN!... - Yaxud “ağzına gələni” kim danışır?

Bugünlərdə “Biz sözümüzü döyüş meydanında deyəcəyik və biz müharibəni arzulayırıq” deyən müdafiə nazirimiz Zakir Həsənova, Ermənistanın müdafiə naziri kinayə ilə belə cavab vermişdi: “Qoy arzulasınlar, arzulamaq yaxşıdır...”

Deputat Qüdrət Həsənquliyev isə müsahibələrinin birində bu mövzuyla bağlı maraqlı bir mövqe sərgiləmişdi. Sitat: “Müdafiə nazirini öyrətmək lazımdır ki, hər zaman eyni sözü desin. Başqa açıqlama vermək ona qadağan olunmalıdır. Axırıncı müsahibəsində də dolayısı ilə Rusiyanı qıcıqlandıracaq bir açıqlama vermişdi (red: “Sizi müdafiə edənlər arxanızda dura bilməyəcək”)... Ümumiyyətlə, yaxşı olardı ki, bizim xarici işlər nazirinin özü də açıqlama verməsin. Elə mətbuat xidmətinin rəhbəri, Prezident Adminstrasiyasında müvafiq şöbə ilə razılaşdırılmış açıqlamalar versin. Bu halda bizim işlərimiz daha yaxşı olar...”

Q.Həsənquliyevin bu münasibəti təsadüfi deyil və bəlkə də bu, Azərbaycanın bəzi yüksək rütbəli məmurlarına, onların işinə, bacarığına, savadına verilən ən doğru qiymət və münasibətdir. Həmin sıraya keçmiş “Qaçqınkom” sədri, hazırda baş nazirin müavini postunu tutan Əli Həsənov da daxildir. Görün baş nazirin müavini nə deyir: “Azərbaycan ordusu istəsə Dağlıq Qarabağı işğaldan bir günə azad edər. Bir günə… Amma Prezident İlham Əliyev yenidən qan tökülməsini istəmir... Ermənistanda hakimiyyətə Nikol Paşinyan gəldi. Məsələnin müsbətə doğru həll ediləcəyinə ümidimiz artdı. Amma Paşinyan da ağzına gələni danışır...”

Adamdan soruşan lazımdır ki, görəsən əslində “ağzına gələni” kim danışır?

Bu qədər primitiv, savadsız və naşı bir açıqlamanı yalnız illər boyu başı yeyib-yağlanmağa qarışan, nəinki geopolitik anlayışı, təsəvvürü, doğru-düzgün məntiqi, heç olmasa ən azından dövlətin, onun başçısının mövqeyindən belə düz-əməlli xəbəri olmayan Azərbaycan məmuru verə bilər!

Birincisi, bu adama kim ixtiyar verib ki, ölkə başçısının adından danışır? Özü də belə primitiv və insanlarda qıcıq yaradan bir formada. İnanın ki, hansısa ucqar bir kənd məktəbinin ibtidai sinif müəllimi də bu mövzuda daha savadlı fikir yürüdər və bu cür kələ-kötür, bəsit danışmaz.

Bəli, inanırıq ki, Ordumuz bir günəmi, beş günəmi, bir ayamı, bir sözlə, qısa müddətə torpaqlarımızı işğaldan azad etmək qüdrətindədir. Ancaq bunu edə bilməməyimizin səbəbləri bəllidir. Bunun qan tökmək istəməməklə nə əlaqəsi ola bilər? Bütün dünya, aləm bilir ki, heç kim qanla aldığı torpağı qansız geri verməyəcək. Elə 25 ildir saqqız kimi uzanan və heç bir nəticə verməyən danışıqlar da bunun sübutu deyilmi?

“Erməni əsgərinin Ağdamda nə işi var? Əgər o ölmək istəmirsə onda qoy Ağdama getməsin..” Bunu ölkə Prezidenti deyib. Ancaq görünür, Əli Həsənovun bu açıqlamadan xəbəri yoxdur. Varsa da, mahiyyətini anlamır. Bu ifadə həm də onun təsdiqidir ki, erməni əsgərinin qanı tökülməsə və təəssüf ki, biz də itkilər verməsək, nə Ağdam, nə də başqa torpaqlar azad edilməyəcək.

“Geopolitik düha” olan Əli Həsənovun Paşinyanın hakimiyyətə gəlişi və ondan olan gözləntilərə dair sonrakı fikri də başqa bir aləmdir. Onun sözlərindən belə çıxır ki, Azərbaycanın ümidi Ermənistanda hakimiyyət dəyişikliyinə bağlı olub, ancaq heyf ki, Paşinyan da “fal çıxdı”. Bu “böyük diplomata” başa salan lazımdır ki, Azərbaycanın xarici siyasət konsepsiyasında təcavüzkar ölkənin kim tərəfindən idarə edilməsinə, hakimiyyətin hansı siyasi qüvvənin əlində olmasına dair heç bir bənd, müddəa yoxdur. Əksər iri məmurlardan daha çox ölkəsinə, xalqına xeyir verən adi çoban da başa düşür ki, Ermənistanda hakimiyyətdə kim də olsa, o torpaqları bizə xoşluqla qaytarmayacaq. Və heç bir erməni siyasətçi işğal olunan torpaqları danışıq yolu ilə azad edib, öz karyerasını və həyatını təhlükə altına qoymaz.

Ümumiyyətlə, axı nəinki xaricdə, elə Azərbaycanda da kimə maraqlıdır ki, Əli Həsənov Qarabağ məsələsi barədə nə düşünür? Adama deyərlər ki, sən Almaniyadakı biznesindən, yığdığın varidatdan, ya da harınlayıb camaatı tapdalayan nəvənin maşın kolleksiyasından danış. “Qaçqınkom” kimi qaçqın-köçkünün ümid, çörək yeri olaraq baxdığı qurumu korrupsiya yuvasına çevirən birinin Qarabağla bağlı danışmağa mənəvi haqqı varmı? Bunu biz demirik, dövlətin rəsmi qurumu olan Hesablama Palatası deyir ki, 2016-2017-ci illərdə, yəni hələ Əli Həsənovun 20 illik (!) sədrliyinin yoxlama aparılan təkcə bir ilində “Qaçqınkom”da böyük yeyintilər, pozuntular, hətta ölülərin adına yardımlar, müavinətlər yazılaraq, mənimsənilməsi faktları aşkarlanıb. Bununla bağlı materiallar isə Baş Prokurorluğa göndərilib. İndi görün digər 19 ildə nələr olub. Adama deyərlər ki, bundan danış, sənin Qarabağla nə işin var?

Onsuz da ya zəlzələdən, ya vəlvələdən, Azərbaycan vətəndaşının məmurlara, xüsusilə də Əli Həsənov kimi iri çaplılarına münasibəti “sıfırın altındadır”. Və belələrinin hər yersiz, mənasız, ucuz pafos və yalançı vətənpərvərlik şüarlarıyla dolu açıqlamaları həmin münasibəti daha da yerin dibinə soxur. Hələ bəzən bunlar “ali baş komandanın döyüş əmrini gözləyirik”, “ölümə hazırıq” və s. kimi “goplar” da danışırlar. Ancaq belələrinə döyüş əmri yox, sadəcə, ölkə, dövlət, hakimiyyət adından açıqlama verməyi qadağan edib, “sus” əmri vermək lazımdır!

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

hərbici pensiyacı 2019-09-26 09:44:37

cəlal məmmədov bütün şərh yazan vətəndaşlar arasında daim daha tutarlı məntiqli faktlara əsaslanan hər şeyi öz adı ilə deyən yoldaşdır. indidə özündə cəsarət tapıb hər şeyi öz adı ilə deyir.dogrudanda yenə təkrar edirəm dırnagından sacına kimi korrupsiya icində olan beləsinin utanmadan xalqın adından prezidentin adından danışmaga haqqı yoxdur.bu adam həmişə oldugu kimi yenədə xalqı prezidenti düşünüb danışmır öz kreslosunu var dövlətini düşünüb törətdiklərini ört basdır edib malalamaq ücün danışır.

oxucu 2019-09-26 09:44:37

Ötən ilin əvvəlindən qaçqınkomda Baş Prokurorluq, Hesablama Palatası və Komitə daxili yoxlamalar gedir. Nəticələri hələ ki, elanlanmayıb...

M.Cəlala 2019-09-26 09:44:37

İlk öncə Kreml, qərb, hay emissarlarına vəzifə verən, böş-artıq danışıq, satqın bəyanat, qəza və məlum korrupsiyadan sonra onları vəzifəliləri saxlayan ilgi NƏ və kimlərdir?

fikrət 2019-09-26 09:44:37

əli insanov deyəsən rusiyadan medal almaq fikrinə düşüb baş naziri qabaqla əli insanov oqurladiqin qacqin pullarinda ver rusiyaya alacaqsan medal

Həsən hüseynov 2019-09-26 09:44:37

Əli Həsənovun şərhi CƏlal Məmmədovun sayaqlamalarından daha məniqidir

dr.Amirov 2019-09-26 09:44:37

Hörmətli azpolitika, DEVLƏT-VƏTƏN təəssübkeşliklərinizçün təşəkkürlər! "...sən Almaniyadakı biznesindən, yığdığın varidatlardan, Qaçqınkomu korrupsiya yuvasına çevirməyindən... danış. Gizlədilən iki milyard dollar; 32 ədəd göydələn; Sumqayıt girişindəki yüzlərlə bokslu avto-remont bazaları; otel-restoranlar; Göyçə-Sevan gölü sahillərində villa-istirahət mərkəzləri və s.-lərin də hesabatı hazırdır, yəqin...

t.ədalət 2019-09-26 09:44:37

Dağlıq Qarabağı Rusiya işğal edib.Azərbaycan ordusunun ipi də Rusiyanın əlindədir.DQ problemini yaradan Rusiya, bu yolla Azərbaycanı əlində saxlayır və Rusiyaya meyilli qüvvələrin hesabına Azərbaycanı yenidən pəncəsi altına salmağa çalışır.Rusiya ilə dostluq Dağlıq Qarabağ və ona bitişik ərazilərin əbədi işğal altında qalmasına hesablanıb.Əli Həsənov və digərlərinin vəzifədə olması da Rusiyaya rəğbəti hesabınadır.Ancaq Azərbaycan heç vaxt "rusist"lərin düşündüyü kimi Rusiyanın işğalına məruz qalmayacaq!

pensioner 2019-09-26 09:44:37

bacoglulara yazigi gelir

alı 2019-09-26 09:44:37

Boş yerə deyilməyib ki, "Oliqarxiya gücləndikcə dövlət gücdən düşər, oliqarxiya məhv olarsa dövləti də məhvə sürükləyər"(təxminən belə)Bunlar dövlətə babalarının tarlası kimi baxaraq onu maliyyəsini zəli kimi sordular.İndi özlərinə təhlükə hiss etdikdə əl-qol atır, siyasi böhrana rəvac verirlər.YAP-ın sədr müavini.... Bu adamın ən azı yaxın keçmişinə baxın.Dövlətə, müstəqilliyə, indiki hakimiyyətə qarşı və ... yolunu açıq görərsiz.Sözün sonu.

EJDER 2019-09-26 09:44:37

AYE BU BIZIM BAW NAZIRIMIZIN WOHRET ORDENLI MUAVINIDI,HA HA HA KORRUPSIYA KOMITESININ SEDRI,AYE.ALI MALIM NAIL BALA NEJEDI,BEZIN QIYMETI QALXIF.WAK WIRAKA DA BIR ,,QUW,,SARAKOZI CANI.GEL BU NATEMIZLERLE INKIWAF ELE

Veteran 2019-09-26 09:44:37

Bunun cenesinin "petle" si bowalib deye agizini acanda yuma bilmir deye ne geldi daniwir!

qaçqın 2019-09-26 09:44:37

ALLAH xatirinə susun....bu gözəl ölkəyə, Rəhbərə hörmət qoyun.

NURəddin 2019-09-26 09:44:37

Hörmətli Cəlal bəyə bu sanballı yazısına görə təşəkkür edirəm.

HƏRBİCİ PENSİYACI 2019-09-26 09:44:37

mən anlaya bilmirəm nə vaxtdan azərbaycan dövlətinin siyasətini azərbaycan xalqının taleyini bogazınadək korrupsiyaya batmış məmurlar müəyyən edir həll edir. xalqa hec bir aidiyyatı olmayan bunlar xalqın indidə prezidentin adından danışır.guya onlar bilmirki qansız qadasız azərbaycan əsgərinin gücü hesabına olmasa hec kim bizə bir qarışda torpaq qaytaran deyil. bu məmurlar belə cıxışlarla sadəcə kreslo və var dövlətlərini qoruyurlar. başqa onları hec nə maraqlandırmır.örtük yırtılıb hər şey göz qabagındadır

Kazımov Mayis Nəsib oğlu 2019-09-26 09:44:37

Cəlal müəllim,gözəl əlaqələndirirsiniz.Belə lazımdı.

eloqlu 2019-09-26 09:44:37

ermenistanda cevrilish elemek lazim ) Azerbaycanli qoymaq lazimdi ,pashinyanin yerine ) oda qarabaqi bize qaytaracaq ) Eli mellim dûz deyireeem ???? yoxsaaaaa.................

vetendash 2019-09-26 09:44:37

Butun musahibelerinde, "QARDASHIM" ifadesi ile danishan ve yuksek vezifeli, milyarder memurlari ittiham eden, partiya sedri Hafiz Haciyev, QORXAQDIR ki, KONKRET ADLAR CHEKMIR. Daqliq Qarabaqi ve etraf 7 rayonlari YALNIZ MUHARIBE ile ermeni ishqalindan AZAD ETMEK OLAR ve BOSHBOQAZLIQA SON QOYULMALIDIR. E.Memmedyarovun HER BIR MENASIZ ve NETICESIZ "GORUSHLERI"-ne, texminen 5000 $(besh min) dollar Dovlet Budcesinden pul xerclenir. E.Memmedyarovu ve bunu kimileri, vezifelerinden DERHAL QOVMAQ LAZIMDIR...

Edalet 2019-09-26 09:44:37

Vuran oglan hec vaxt demir vuraram

Bashirov Qarib 2019-09-26 09:44:37

Mirzə muəllim,Rəbbimiz belələrini başımıza agsaqqal tikmək uçun yaratmış və becərmişdir.

Əlacsız 2019-09-26 09:44:37

Belələrini görəndə adam az qalır ki, insan olduğuna nifrət etsin! Görməsək və eşitməsək yaxşıdır. Onda heç olmasa belələrinin olmadığı illuziyasına inanırsan. Şəxsən mən bəzən ən fantastik illuziyanı acı həqiqəttən üstün tuturam. Çünki yaşamaq istəyirəm! Başqa əlacım yoxdur!

yalçın 2019-09-26 09:44:37

haylar bu saçma-sapanı hökümətin gerçək mövqeyi kimi qəbul edib işğallarını qorxmadan-hürkmədən davam etdirə bilərlər..dəhşət, dəhşət...

Mirzə AĞ 2019-09-26 09:44:37

Ya Rəbbim! Neylərdin bunları?!

ilqar 2019-09-26 09:44:37

bu da onlardandi metiqe bir bax duz edir

Vətəndaş 2019-09-26 09:44:37

Mənşəyi məlum olmayanların faydası da naməlumdur.

Cəmşid Dərələyəzli 2019-09-26 09:44:37

Rəhmətlik Əliağa Vahid demiş, adamların materialı doğular. O materialdan sonra insan olar. Nə yazıq ki, doğulmuş materialların çoxundan da insan olmaz.İndi neyləyək ki,....

Son yazılar