Neft ucuzlaşdı, OPEC hərəkətə keçdi - Video

Neftin hasilat səviyyəsi gələn il üçün 5 milyon barrel azaldıla bilər

Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi OPEC-i hərəkətə keçirib. Təşkilat qiymətləri tənzimləmək üçün hasilatın aşağı salınacağını açıqlayıb.

ANS TV-nin məlumatına görə, dünya neft ixracının 40%-ə qədərini özündə birləşdirən OPEC-in baş katibi Abdulla əl-Bədri bildirib ki, təşkilatın noyabrda keçiriləcək toplantısında istehsalın azalması qərarı verilə bilər. Onun sözlərinə görə, gündəlik 30 milyon barrel hasilat səviyyəsi gələn il üçün 5 milyon barrel azaldıla bilər. Əl-Bədri həmçinin qiymətlərlə bağlı proqnozunu da açıqlayıb. O qeyd edib ki, iki aydır ucuzlaşmaqda olan qara qızıl ilin sonuna qədər bahalaşacaq. Neftin qiyməti sentyabrın 9-dan 100 dollarlıq psixoloji həddən aşağı düşməyə başlayıb, hətta 96 dollara qədər enib.

Əl-Bədrinin açıqlamasından sonra isə qiymət 99 dollara qədər qalxıb. İxracının böyük bir hissəsini neft təşkil edən Azərbaycanda da ucuzlaşmanın qısamüddətli olduğunu hesab edirlər. Dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayev bunun narahatlıq doğurmadığını bildirmişdi.

Azərbaycanın 2014-cü il dövlət büdcəsində neftin qiyməti 100 dollardan hesablanıb. Amma indiyədək əksər hallarda “AzəriLayt” 100 dollardan baha satıldığından bu fərqin indiki ucuzlaşmanı konpensasiya edəcəyi bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar