Qurban Qurbanovdan iddialı açıqlamalar

Baş məşqçi sabahkı oyuna yaxşı hazırlaşdıqlarını deyib

"Bu oyuna böyük maraq var. Rəqibi demək olar ki, tanıyırıq. "Sent-Etyen" maraqlı rəqibdir".

Bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Sent-Etyen"lə oyun öncəsi keçirdiyi mətbuat konfransında deyib.

Q.Qurbanov sabahkı oyuna yaxşı hazırlaşdıqlarını bildirib: "Ən azından azarkeşlər üçün maraqlı oyun olacaq. Sabahkı oyuna yaxşı hazırlaşmışıq. Avrokubok təcrübəmiz olsa da, qrup mərhələsinin oyunları başqadır. Rəqibi düzgün təhlil etmişik. Məncə, hamı sabahkı oyundan razı qalacaq".

Baş məşqçi qeyd edib ki, hər bir rəqibi istədiyin kimi öyrənə bilərsən: "Sent Etyen"in əvvəlki rəqibi "Karabükspor"dan heç nə öyrənməmişik. Rəqibin oyunlarına baxmaqla özümüzü aldada bilərdik. "Sent Etyen" standart vəziyyətlərdə təhlükəlidir. Biz isə müxtəlif oyunlarda məhz standart vəziyyətlərdən qollar buraxmışıq. Qapıçımızın üzərinə böyük iş düşəcək. Çalışacağıq ki, qaydaları az pozaq və rəqib künc zərbələrindən az istifadə etsin".

Qeyd edək ki, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Sent Etyen" matçı sabah saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. /Trend

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar