İŞİD ABŞ-la döyüşə hazırlıq barədə videofilm yaydı

“İslam Dövləti” (İŞİD) terror təşkilatının silahlıları ABŞ-la döyüşə hazırlıq barədə videofilm yayıblar.

SalamNews-un İTAR-TASS-a istinadla verdiyi xəbərə görə, ekstremistlərin “Müharibə alovu” adlandırdıqları videofilm yerli şərhçilər tərəfindən rəsmi Vaşinqtona açıq xəbərdarlıq kimi qiymətləndirilir.

“Müharibə başlayır və mücahidlər Amerika əsgərlərini gözləyirlər.”, - 52 dəqiqəlıik videofilmi müşayiət edən mətndə deyilir.

ABŞ müdafiə naziri Çak Heygel və ölkə Silahlı Qüvvələrinin Qərargah rəisləri komitəsinin sədri general Martin Dempsi ötən gün Konqresdə keçirilən dinləmələrdəki çıxışlarında İŞİD-ə qarşı hərbi kampaniyanın amerikalı hərbçilərin yerüstü əməliyyatlarda iştirakını tələb edəcəyini istisna etməyiblər.

“Daily star” qəzeti yazır ki, İŞİD silahlıları Suriyanın şimal və şərqində sürətlə yeraltı tunel şəbəkəsi hazırlayırlar. Silahlılar Fərat vadisindəki keçmiş düşərgələrini tərk ediblər, qərargahlarının yerləşdiyi Riqqa (paytaxt Dəməşqdən 450 kilometr məsafədə - red.), əbu-Kəmal və Maədin küçələrindən yoxa çıxıblar.

Şahidlərin sözlərinə əsasən, Təşkilata məxsus bütün ağır silahlar və anbarlar köçürülür. Silahlıların ailələri təhlükəsiz rayonlara, onların nəzarət etdikləri şəhərlərdən uzağa aparılıb. Səhra komandirlərinin məsləhətləşmələri minimumadək azaldılıb.

“Onlar (ekstremistlər) hər zaman hərəkətdədirlər. Onların hər yerdə gizli yuvaları var.", - Riqqa sakinlərindən biri söyləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar