ABŞ Raul Kastroya və onun ailəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ "insan hüquqlarının pozulmasında iştirak etdiyi üçün" Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Raul Kastronun və onun ailəsinin adlarını sanksiya siyahısına salıb. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.

"Dövlət Departamenti rəsmən Kuba Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Raul Modesto Kastro Ruzun adını sanksiya siyahılarına daxil edir...", - deyə Pompeonun yaydığı bəyanatda bildirilir.

Bundan başqa ki, sanksiyalar siyahısına həmçinin "ən yaxın qohumlar", məhz Kastronun övladları düşüb.

Qeyd edilir ki, bu təşəbbüs "ciddi korrupsiya və insan hüquqlarının kobud pozuntusunda iştirak"la əlaqədar başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar