Gədəbəydə avtomobil qəzası baş verib, xəsarət alanlar var

Gədəbəy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Zəhmət kəndində olub.

Belə ki, iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılardan biri, 1982-ci il təvəllüdlü Əfşan Qəhrəmanovun xəsarəti ağır olduğundan o, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. Digər iki yaralının vəziyyəti isə qənaətbəxş hesab olunur.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar