“DİSTANT TƏHSİLİ YÜKSƏK SƏVİYYƏDƏ HƏYATA KEÇİRMƏK OLAR” - Tanınmış təhsil ekspertlərindən UNEC rektorunun çağırışına dəstək



Etibar Əliyev: “Bu gün bütün qabaqcıl universitetlərdə distant təhsildən istifadə olunur, Azərbaycanda da buna şərait yaradılmalıdır”
Hikmət Əlizadə: “Hesab edirəm ki, distant təhsilin tətbiqi əhalinin daha çox hissəsinin təhsilə cəlb edilməsinə xidmət edəcəkdir”
Kamran Əsədov: “Distant təhsil Azərbaycan universitetlərinin də dünyada tanınmasına gətirib çıxaracaq”
Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in rektoru, professor Ədalət Muradovun ölkəmizdə distant təhsil formasının ən qısa vaxtda tətbiq edilməsinə dair çağırışı geniş ictimai dəstək qazanmaqdadır. Təhsil üzrə tanınmış ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri UNEC-in rektorunun təklifinin bir an öncə reallaşdırılmasını, müasir təhsil formalarından biri olan distant təhsildən Azərbaycan gənclərinin də yararlana bilməsi üçün müvafiq mexanizmlərin hazırlanılb qəbul edilməsini zəruri hesab edirlər.
“Kütləvi ali təhsil XXI əsrdə, əsasən, distant olsa daha məqsədəuyğundur”
Xatırladaq ki, professor Ədalət Muradov Azərbaycan Respublikası Vergilər Nazirliyinin Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkil etdiyi “Kölgə iqtisadiyyatına qarşı mübarizə – iqtisadi inkişafın mühüm amili kimi” mövzusuna həsr olunan beynəlxalq elmi-praktiki konfransda bu məsələyə toxunaraq, artıq ölkəmizdə də ali təhsilin təsnifatlaşdırılmasının zəruri olduğunu bəyan edib: “Rəqəmsal iqtisadiyyat ali təhsili ciddi sürətdə təsnifatlaşdırmağı tələb edir. Düşünürük ki, rəqəmsal iqtisadiyyat tələblərinə cavab verən ali təhsil kütləvi ola bilməz. Bu təhsil elitar olmalı və ancaq cəmiyyətdə intellektilə seçilmişlərin seçimi olmalıdır. Ali təhsilin kütləviliyini də qəbul edərək düşünürük ki, kütləvi ali təhsil XXI əsrdə, əsasən, distant olsa daha məqsədəuyğundur”.

Professor Muradov rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlardan söz açarkən, yeni təkliflə çıxış edib: “XXI əsrin ən vacib özəlliklərindən biri təhsilin qloballaşmasıdır. Bununla əlaqədar olaraq, həm istedadlı gənclər uğrunda, həm də dəyərlərin yayılması uğrunda rəqabət sərtləşir. Təsadüfi deyil ki, qlobal təhsil məhsulları, kütləvi on-line kurslar, eləcə də təhsil keyfiyyətinin beynəlxalq müqayisəsi, universitetlərin reytinqi geniş vüsət alır. Dünyada özünəməxsus təhsil ierarxiyası formalaşır və bu ierarxiyanın aşağısında olan universitetlər heç şübhəsiz ki, ən perspektivli alim və tələbələrin emiqrasiyası, özlərinin təhsil brendinin dəyərdən düşməsi ilə üzləşəcəklər”.
“Düşünürük ki, rəqəmsallaşma ali təhsilimizdə zəif yerlərimizi güclü tərəflərimizə çevirmək üçün real imkanlar yarada bilər. Məhz bunu nəzərə alaraq, il ərzində 20 min tələbəyə distant təhsil verə biləcək müasir texnologiyalarla təchiz edilmiş UNEC EXTERN yaratmışıq və təklif edirik ki, ölkəmiz bu prosesə ən qısa vaxt ərzində qoşulsun və ilk olaraq distant təhsil forması əcnəbilərə, təkrar ali təhsilə, yenidənhazırlığa və əlillərin təhsilinə tətbiq edilə bilər” - deyə UNEC rektoru bildirib.
Professor Ədalət Muradovun bu fikirləri, daha doğrusu Azərbaycan ali təhsili üçün inqilabi sayıla biləcək mütərəqqi bir dəyişikliyin həyata keçirilməsinə dair çağırışına yuxarıda qeyd etdiyimiz kimi, ölkənin təhsil üzrə ekspertləri, tanınmış ictimai xadimlər də qoşulub.
“AzPolitika.info” saytı distant təhsilin əhəmiyyəti və Azərbaycanda tətbiqinin zəruriliyinə dair hazırladığı yazıda onlardan bəzilərinin fikirlərinə geniş yer verib. (
Etibar Əliyevin fikrincə, Azərbaycanda da ənənəvi təhsillə yanaşı distant təhsilin tətbiqinə başlanılması müsbət nəticələr verə bilər: “Bilirsiniz ki, son illər Azərbaycanda bir çox universitetlərdə ciddi islahatlar aparılır. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması, infrastrukturun yenilənməsi professor-müəllim heyətinin təkmilləşməsi, keyfiyyətli təhsil mühitinin yaradılması, imtahanların şəffaf şəkildə keçirilməsi istiqamətində ciddi işlər görülüb. Bu cür islahat aparılan universitetdə mən düşünürəm ki, distant təhsil layihəsi daha böyük uğur qazana bilər. Çünki belə universitetlərimiz distant təhsilə başladıqda yalnız ölkə daxilindən deyil, həm də xaricdən xeyli sayda tələbə cəlb edə biləcək. Yəni, həmin universitetin nüfuzu, reytinqi olmalıdır ki, distant təhsil üçün tələbə toplaya bilsin. İslahatlar aparılmayan universitetlərdə belə distant təhsilin qurulması çətinlik yarada bilər”.
E. Əliyevin sözlərinə görə “UNEC EXTERN” Mərkəzində distant təhsil üçün hər bir şərait yaradılıb: “UNEC İctimai Nəzarət Şurasının koordinatoru kimi universitetdə distant təhsil üçün yaradılmış infrastrukturla tanış olmuşuq. Əminliklə söyləmək olar ki, bu universitet distant təhsilin həyata keçirilməsinə tam şəkildə hazırdır. Bu nümunədən digər universitetlər də istifadə edə bilər”.
Ekspert bildirdi ki, distant təhsilin qiyabi təhsili əvəz etməsi ilə bağlı fikirləri də doğru hesab etmir: “Distant təhsil tamamilə başqa formada tətbiq olunan təhsil növüdür. Burada elə bir mühit yaradılmalıdır ki, tələbə özünü əyani təhsildəki kimi auditoriyada hiss etsin. Düşünürəm ki, həm “UNEC EXTERN” Mərkəzində yaradılmış yüksək səviyyəli, Avropa standartlarına uyğun infrastruktur, həm də professor-müəllim heyətinin peşəkarlığı, distant təhsilin bu formada verilməsi üçün şərait yaradır”.
E. Əliyev qeyd etdi ki, müasir dövrdə təhsilin müxtəlif növləri vətəndaşlara təklif olunmalıdır: “Distant formada təhsil almaq da vətəndaşın hüququdur. Bu təhsil növünün Azərbaycanda tətbiqi həm də ali təhsilin kütləviləşməsinə səbəb olar. Bundan qorxmaq lazım deyil. Bu proses bütün dünyada gedir. Vaxtında distant təhsili tətbiq etmədiyimizdən, ali təhsilli insanların sayı bizdə çox azdır. Biz hər 10 minə düşən tələbə sayına görə postsovet məkanına daxil olan ölkələrdən də geridə qalırıq. Təbii ki, təhsilin kütləviləşməsiylə yanaşı, keyfiyyəti də artmalıdır. Siz də şahidisiniz ki, ötən əsrin 90-cı illərində xeyli sayda özəl ali məktəblər yarandı. İndi o ali məktəblərin yarısı yoxdur. Keyfiyyətsiz təhsil ucbatından həmin ali məktəblərə gedən olmadı və onlar bağlandı. Keyfiyyətsiz distant təhsil verən universitetləri də eyni aqibət gözləyəcək.”
Ekspert yaxın vaxtlarda qəbul edilməsi gözlənilən “Ali təhsil haqqında” Qanunda distant təhsilin tətbiqi ilə bağlı müddəaların da əks olunmasını zəruri hesab edir: “Parlamentin komitə sədri İsa Həbibəyli “Ali təhsil haqqında” Qanun layihəsinin artıq hazır olduğunu bildirir. İnanıram ki, ölkədə distant təhsilin tətbiqi o layihədə öz əksini tapacaq. Düşünürəm ki, deputatlar da bunu dəstəkləməlidir. Nəzərə almaq lazımdır ki, bu həm də universitetlərimizin gəlir əldə etməsi, xaricdən Azərbaycan ali məktəblərinə tələbə axını baxımından da əhəmiyyətlidir. Müasir dövrdə tələbələrin təhsil üçün başqa bir ölkəyə getməsi, həmin ölkədə yaşaması heç də asan deyil. Eyni zamanda bir çox universitetimizin yataqxanası olmadığından, tələbə cəlb etməkdə çətinlik çəkir. Bu baxımdan distant təhsili tətbiqinin olduqca böyük əhəmiyyəti var. Ona görə də düşünürəm ki, deputatlar bu təhsil formasının Azərbaycanda tətbiq edilməsini dəstəkləyəcəklər”.
“Distant təhsil cəmiyyətin mədəni səviyyəsinin yüksəlməsinə şərait yaradar”
Təhsil Şurasının sədri, professor Hikmət Əlizadə də distant təhsilin çox böyük əhəmiyyətinin olduğunu bildirdi: “Düşünürəm ki, təhsil hər bir insanın mədəni səviyyəsini artırır. Buna görə də, əhalinin daha çox hissəsinin təhsil almasını məqsədəuyğun hesab edirəm. Ali məktəblərin maddi-texniki bazası onların əyani və qiyabi formada daha çox tələbənin təhsil alması imkanlarını məhdudlaşdırır. Bu istiqamətdə distant təhsilin imkanları isə genişdir. Hesab edirəm ki, distant təhsilin tətbiqi əhalinin daha çox hissəsinin ali təhsilə cəlb edilməsinə xidmət edəcəkdir”.

Professor Hikmət Əlizadənin fikrincə, Azərbaycanda distant təhsilin verilməsi üçün imkanlar mövcuddur: “Düşünürəm ki, indi universitetlərin belə imkanları var, sadəcə olaraq bu istiqamətdə texniki avadanlıqların alınması və tətbiq edilməsi zəruridir. Çünki distant təhsildə təkcə elektron variantda mühazirələrin və yaxud proqramların tələbəyə çatdırılması məqsədəuyğun deyil. Müasir dünyada distant təhsildə müxtəlif variantlardan istifadə edirlər. Məsələn, əvvəlcədən vaxt müəyyən edilir, ”Skype” vasitəsilə mühazirə deyilir, həmin mühazirəyə bir sıra tələbələr qulaq asırlar. “Skype” vasitəsilə dialoq, dairəvi masa təşkil etmək olar. Mən düşünürəm ki, belə imkanlar yaratsaq distant təhsili yüksək səviyyədə həyata keçirmək daha asan olar”.
Təhsil Şurasının sədrinin sözlərinə görə, distant təhsilin neqativ təsirinin ola biləcəyinə dair fikirləri də qəbul etmir: “Mən düşünürəm ki, əgər biz distant təhsili hər bir kəs üçün açıq eləsək, imtahan təşkil etmədən, hər bir insanın distabt formada təhsil almasına imkan yaratsaq, heç bir neqativ hal olmayacaqdır. Əhalinin çox hissəsi təhsil alsa, bu cəmiyyətin mədəni səviyyəsinin yüksəlməsinə şərait yaradar. Eyni zamanda, fikrimcə, distant formada daha çox qızlar təhsilə cəlb edilməlidir. Çünki hər bir ailədə ana övladlarına təhsil verir.Ana nə qədər savadlı olursa, onun övladları da bir o qədər yüksək savad əldə edə bilirlər. Bu istiqamətdə, hesab edirəm ki, distant təhsili geniş şəkildə tətbiq etmək məqsədəuyğun olardı”.
“Distant təhsil olarsa, bir çox problemlər tamamilə aradan qalxacaq”
Tanınmış təhsil eksperti, tarix elmi üzrə fəlsəfə doktoru Kamran Əsədov da distant təhsil formasının Azərbaycanda tətbiqi dəstəklədiyini vurğuladı: “Bilirsiniz ki, 2009–cu ildə qəbul olunan “Təhsil haqqında” Qanunda təhsil formalarından biri kimi distant təhsil qeyd olunmuşdur. Distant təhsil təhsiliin əhatə dairəsinin genişlənməsinə şərit yaradacaq. Yəni, bu gün insanlar daha az xərc çəkməklə təhsil almaq istəyir. Bu mümkündürmü? Bəli, distant təhsil buna imkan verir. Distant təhsilin bunun kimi faydalı tərəfləri kifayət qədər çoxdur. Yəni kimlərinsə maddi imkanı aşağıdır, rayondan Bakıya gəlməyəcək, kirayə pulu verməli olmayacaq. Rayonda yaşayanların da, az bal toplayanların da, hər kəsin yüksək səviyyəli bilik almaq, elmi dərəcəsi olan şəxslərin dərslərini dinləmək imkanları olacaq. Eyni zamanda fiziki qüsurlu, müəyyən kompleksi olan şəxslər var ki, onlar təhsil ala bilmirlər. Ancaq distant təhsil olarsa, bu kimi bir çox problemlər tamamilə aradan qalxacaq. Bunlar olduqca müsbət haldır. Gənclər istənilən universiteti seçib, orada təhsil ala biləcək. Düzdür, təəssüf ki, distant təhsil üçün Azərbaycanda ali təhsil müəssisələrinin hamısının infrastrukturu yoxdur. Yalnız bu İqtisad Universitetində qurulub. Ancaq bu texnoloji bir məsələdir, həll etmək olar.”

Kamran Əsədovun sözlərinə görə, Azərbaycanda distant təhsilin mahiyyəti düzgün başa düşülmür: “Təəssüf ki, distant təhsil deyəndə çoxları elə başa düşür ki, müəllim danışacaq, kamera çəkəcək, uşaqlar dinləyəcək. Bu, belə deyil. Bunun mexanizmi tamamilə fərqlidir. Çox böyük üstünlükləri var. Ona görə də dünyanın aparıcı universitetləri distant təhsilə önəm verir. Məsələn, təkcə Türkiyənin Anadolu Universitetində distant təhsil alan tələbələrin sayı 100 milyona yaxındır. Dünyanın bütün ölkələrində distant təhsillə bağlı geniş proqramlar tutulur. Bizdə distant təhsil deyəndə bəzən elə başa düşürlər ki, bu ancaq ingilis dilində və rus dilində olmalıdır? Xeyr, eyni mövzunun müxtəlif dillərdə tədrisi həyata keçirilir. Tutalım, Banqladeşdən, Meksikadan, dünyanın 201 ölkəsinin hər birindən rahatlıqla o proqrama daxil olub, istədiyi tədris dilini seçməklə lazım olan informasiyanı ala bilirlər. Azərbaycanda xarici dil bilən müəllimlərimizin sayı az olduğundan dərhal bunu həyata keçirmək olmayacaq. Ancaq başlamaq lazımdır. Dünyanın inkişaf etmiş universitetlərinin keçdiyi yolu biz də keçməliyik. Yəni, artıq qiyabi təhsil deyilən bir format yoxdur. Belə deyək ki, insanlar günorta işləyirlər, onlar vaxtında dərsə gələ bilmirlər. Amma distant təhsil elədir ki, hətta işlədikləri yerdən belə təhsil ala bilərlər. Ona görə də düşünürəm ki, bu təhsil formasını tez bir zamanda tətbiq etmək lazımdır. Amerikanı təkrar kəşf etməyə ehtiyac yoxdur. Dünya təhsil praktikası var”.
“Ali təhsilimiz beynəlxalq reytinqli olmamasının səbəblərindən biri də distant təhsilin infrastrukturunun olmamasıdır”
Ekspert eyni zamanda qeyd etdi ki, müasir dövrdə əsas məsələlərdən biri maliyyə xərclərini azaldıb, universitetin gəlirlərini artırmaqdır ki, distant təhsil buna tamamilə imkan verir: “Postsovet ölkələrində də artıq bu təhsil formasından istifadə olunur. Qazaxıstanda var, Ukraynada var, Gürcüstanda da distant təhsil var artıq. Bunun üçün sadəcə universitetlər təhsilin müasir tələblərini bilənlər tərəfindən idarə olunmalıdırlar. Distant təhsilin infrastrukturunun yaradılması üçün, tutalım, 30-40 min manat vəsait lazımdır - auditoriyaları və ləvazimatları quraşdırmaq üçün...Universitetlər bunu bir dəfə xərcləyəcək, əvəzində böyük gəlir əldə edəcək. Universitetlərimiz artıq auditoriya üçün pul xərcləməyəcək, böyük inzibati heyət saxlamayacaq, ancaq kifayət qədər gəlir əldə edə biləcək. Distant təhsil gəlirliyinə və etibarlılığına, rahatlığına görə digər təhsil alma formalarından daha üstündür. Hətta əyani təhsildən də yaxşıdır. Siz vaxt itirmirsiniz, təhsil alırsız. Yalnız imtahan prosesində universitetə gəlirsiniz. Onu da çox rahat elektron qaydada həyata keçirə bilirik. Bunun kifayət qədər üsulları, formaları, vasitələri var. Sadəcə tətbiq üçün parlament və hökumət səviyyəsində qərar verilməlidir. İnanıram ki, Azərbaycan buna keçəcək. Çünki biz beynəlxalq konvensiyaya qoşulmuşuq. Ali təhsilimiz beynəlxalq reytinqli olmamasının səbəblərindən biri də distant təhsilin tətbiq edilməməsi, distant təhsilin infrastrukturunun olmamasıdır. Bu problemi tez bir zamanda həll etməli, distant təhsilə başlamalıyıq.”
İ. İsmayılbəyli
AzPolitika.info
Son yazılar
Обзор новинок в сфере смартфонов - Smartphone Trends 2024
Смартфоны продолжают оставаться одними из самых быстроразвивающихся технологий, предлагая пользователям новейшие решения, которые делают нашу жизнь проще и продуктивнее. В 2024 году производители уделили особое внимание инновациям в дизайне, производительности, камерах и экосистемах. Давайте подробнее рассмотрим, какие тренды и устройства формируют рынок смартфонов сегодня. Дизайн и форм-фактор Раскладные устройства Раскладные смартфоны вышли из категории нишевых продуктов и стали массовым явлением. Производители, такие как Samsung, Huawei, Oppo и Motorola, предлагают устройства, которые сочетают компактные размеры с большими дисплеями. Например, Samsung Galaxy Z Fold 6 и Huawei Mate X5 отличаются улучшенными шарнирами, более прочными экранами и более легкими корпусами. Безрамочные экраны Технологии безрамочных экранов достигли новых высот. Компании, такие как Xiaomi и Vivo, активно разрабатывают смартфоны с экранами, которые полностью обволакивают корпус устройства. Xiaomi Mix Fold Alpha 2, например, стал пионером в использовании "360-градусного" дисплея. Устойчивость к внешним условиям Новые модели смартфонов становятся всё более прочными. iPhone 15 Ultra и Samsung Galaxy S24 Ultra предлагают усиленную защиту от воды и пыли по стандарту IP68+, а также новые материалы, такие как сапфировое стекло и титановый корпус. Производительность Производительность смартфонов продолжает увеличиваться благодаря новым процессорам и увеличению оперативной памяти. В этом году важной вехой стал выпуск процессоров, созданных по технологии 3-нм, таких как Apple A18 Bionic и Qualcomm Snapdragon 8 Gen 3. Эти чипы предлагают не только мощь для сложных задач, но и повышенную энергоэффективность. Искусственный интеллект Искусственный интеллект стал неотъемлемой частью смартфонов. Новейшие модели оснащены сопроцессорами AI, которые позволяют улучшать фотографии, оптимизировать производительность и даже предлагать персонализированные функции. Например, Google Pixel 8 Pro использует алгоритмы AI для устранения шума и автоматического улучшения фотографий. Геймерские смартфоны Любители игр получают еще больше возможностей с такими устройствами, как ASUS ROG Phone 7 и RedMagic 8 Pro. Эти смартфоны оснащены активными системами охлаждения, высокочастотными экранами с частотой обновления 165 Гц и уникальными триггерами для удобного управления в играх. Камеры Камеры смартфонов 2024 года достигли новых высот, предлагая функциональность, сравнимую с профессиональными камерами. Большие сенсоры и оптический зум Смартфоны, такие как Xiaomi 14 Ultra и Sony Xperia 1 VI, оснащены крупными сенсорами, что позволяет захватывать больше света и улучшать качество изображений. Оптический зум на уровне 10x и более стал стандартом для флагманов. Видео 8K Запись видео в формате 8K становится доступной для большинства премиальных моделей. Компании также добавляют функции стабилизации, включая сенсорный сдвиг и электронную стабилизацию. Инновации в программном обеспечении Google и Apple активно работают над улучшением ночной съемки и портретного режима. Например, iPhone 15 Pro Max автоматически определяет освещение и может менять диафрагму, чтобы улучшить кадры в условиях низкой освещенности. Экосистема и программное обеспечение Смартфоны становятся частью всё более обширных экосистем. Например, Apple продвигает интеграцию с другими устройствами через iCloud+, а Samsung делает акцент на синхронизации с бытовой техникой через SmartThings. Поддержка долгосрочных обновлений Производители, такие как Samsung, Google и OnePlus, предлагают до 5 лет программной поддержки, включая обновления безопасности и новые версии операционных систем. Это делает покупку флагманов более долгосрочной инвестицией. Развитие операционных систем В 2024 году Android 14 и iOS 17 принесли множество улучшений. Android 14 делает акцент на безопасности и кастомизации, тогда как iOS 17 предлагает новые функции для взаимодействия между устройствами и улучшения в сфере конфиденциальности. Батареи и зарядка Увеличенная емкость Смартфоны, такие как Realme GT Neo 6, предлагают батареи емкостью до 6000 мАч, обеспечивающие более длительное время автономной работы. Быстрая зарядка Быстрая зарядка выходит на новый уровень. Xiaomi 14 Pro поддерживает зарядку мощностью 200 Вт, позволяя зарядить устройство до 100% за менее чем 10 минут. Беспроводная зарядка Беспроводная зарядка стала быстрее и универсальнее. Компании активно внедряют стандарты Qi2, улучшая совместимость между различными устройствами. Тренды и будущее 5G и спутниковая связь 5G стал стандартом для большинства смартфонов, но в 2024 году внимание сместилось на спутниковую связь. Apple, Huawei и Samsung предлагают базовые функции связи через спутники, такие как отправка сообщений в экстренных ситуациях. Устойчивое развитие Компании делают акцент на экологичности. Смартфоны теперь содержат больше переработанных материалов, а упаковка становится минималистичной и экологически чистой. Концептуальные устройства Концептуальные устройства продолжают вдохновлять. Например, Oppo X Nendo демонстрирует инновационный подход к складным конструкциям, а Nothing Phone 3 удивляет прозрачным дизайном и уникальными световыми эффектами. Заключение 2024 год стал годом значительных инноваций в сфере смартфонов. От улучшенных камер и мощных процессоров до новых форм-факторов и экосистем — выбор устройств огромен, и каждый пользователь найдет то, что соответствует его потребностям. Следите за новыми анонсами, ведь мир технологий не стоит на месте!
Обзор новинок в сфере ноутбуков - Laptop Trends 2024
Рынок ноутбуков в последние годы демонстрирует стремительное развитие, предлагая пользователям устройства, способные удовлетворить самые разные потребности — от работы и учебы до профессионального творчества и гейминга. В 2024 году производители сосредоточились на улучшении производительности, портативности, энергоэффективности и внедрении инновационных технологий. В этой статье мы подробно рассмотрим ключевые новинки и тренды в сфере ноутбуков. Дизайн и конструкция Тонкость и легкость Компании продолжают стремиться к созданию более компактных и легких ноутбуков. Новые модели, такие как Dell XPS 13 Plus 2024 и LG Gram SuperSlim, устанавливают новые стандарты в портативности, сохраняя при этом высокую производительность. Использование материалов, таких как магниевый сплав и углеродное волокно, делает устройства прочными и невероятно легкими. Экранные инновации Технологии дисплеев играют важную роль в новых моделях ноутбуков: OLED-дисплеи становятся все более популярными благодаря превосходному качеству изображения, глубокому черному цвету и высокой энергоэффективности. Например, ASUS ZenBook Pro 16X оснащен 4K OLED-панелью с высоким уровнем яркости. Мини-LED технологии, используемые в устройствах, таких как Apple MacBook Pro M3, предлагают превосходную цветопередачу и контрастность. Сенсорные экраны становятся стандартом для многих моделей 2-в-1, включая HP Spectre x360. Расширение экранов Устройства с дополнительными экранами набирают популярность. Например, ASUS ROG Zephyrus Duo 16 предлагает дополнительный дисплей для удобного многозадачности, что особенно ценно для креаторов и геймеров. Производительность Новые процессоры В 2024 году лидеры индустрии, такие как Intel, AMD и Apple, представили мощные процессоры: Intel Core 14-го поколения предлагает значительное улучшение однопоточной и многопоточной производительности благодаря усовершенствованной архитектуре. AMD Ryzen 8000 отличается увеличенной энергоэффективностью и интеграцией графики RDNA 3. Apple M3 устанавливает новые стандарты для ARM-архитектуры, обеспечивая превосходную производительность и долгую автономную работу. Графика нового поколения Графические процессоры NVIDIA RTX 40-й серии стали ключевым элементом для игровых и профессиональных ноутбуков. Такие устройства, как Razer Blade 18 и Alienware x16, поддерживают трассировку лучей в реальном времени и технологии DLSS 3, обеспечивая невероятное качество графики. Оперативная память и хранилище В новых моделях ноутбуков используется оперативная память стандарта DDR5, которая обеспечивает более высокую скорость и энергоэффективность. Для хранения данных всё чаще применяются SSD NVMe 4.0, предлагающие молниеносную скорость загрузки и передачи данных. Энергоэффективность и автономность Энергоэффективность стала одним из главных приоритетов для производителей ноутбуков. Новые чипы от Apple и AMD демонстрируют выдающуюся автономность — до 20 часов работы без подзарядки. Например, MacBook Air M3 и Lenovo ThinkPad X1 Carbon Gen 12 предназначены для долгосрочного использования в мобильных условиях. Быстрая зарядка Современные ноутбуки поддерживают технологии быстрой зарядки. Например, устройства с зарядкой 100 Вт через USB-C могут восстановить до 50% заряда за 30 минут. Искусственный интеллект и машинное обучение Встроенные ИИ-ускорители Некоторые новые процессоры оснащены интегрированными ИИ-ускорителями, которые оптимизируют задачи машинного обучения, улучшают видеоконференции и повышают энергоэффективность. Например, Microsoft Surface Laptop Studio 2 использует ИИ для улучшения работы камеры и микрофонов. Программное обеспечение Производители интегрируют ИИ в программные платформы. Например, Windows 11 добавляет функции интеллектуального управления батареей, а macOS Sonoma делает взаимодействие с экосистемой Apple более интуитивным. Игровые ноутбуки Игровые ноутбуки продолжают совершенствоваться, предлагая пользователям ещё больше мощности и функциональности. В 2024 году особое внимание уделяется: Экранам с частотой обновления до 360 Гц (например, MSI Titan GT77 HX). Поддержке Ray Tracing и технологий повышения FPS, таких как NVIDIA DLSS 3. Охлаждающим системам, включающим жидкометаллические термоинтерфейсы и паровые камеры. Тренды и инновации Экологичность Многие производители делают акцент на экологически чистых материалах и переработке. Например, Acer Aspire Vero 2024 изготовлен из переработанного пластика и имеет упаковку, пригодную для повторного использования. Ноутбуки с 5G Подключение к сетям 5G становится стандартом для премиальных моделей, таких как HP Elite Dragonfly G4, что обеспечивает высокую скорость передачи данных в любом месте. Концептуальные устройства Производители экспериментируют с новыми форм-факторами. Например, Lenovo Yoga Book 9i предлагает два полноценных сенсорных экрана, которые можно использовать в различных конфигурациях. Заключение 2024 год принес множество интересных новинок в сфере ноутбуков. Производители продолжают удивлять инновациями, создавая устройства, которые становятся не только инструментами для работы, но и настоящими помощниками в повседневной жизни. Независимо от ваших потребностей — будь то творчество, гейминг или бизнес — вы наверняка найдете ноутбук, который удовлетворит все ваши требования.
Тренды крипторынка 2024 - Crypto Market Trends
Криптовалютный рынок — одна из самых динамично развивающихся областей финансовых технологий. Несмотря на высокую волатильность и неоднозначное отношение регуляторов, интерес к криптовалютам продолжает расти. В этой статье мы рассмотрим ключевые тренды, которые определяют развитие крипторынка в 2024 году. Усиление регулирования Регуляторная прозрачность В 2024 году многие страны усиливают свои усилия по регулированию крипторынка. Основной акцент делается на: Борьбу с отмыванием денег (AML) и финансированием терроризма (KYC-процедуры). Защиту интересов розничных инвесторов через создание стандартов для криптобирж. Разработку национальных стратегий регулирования. Примером может служить Европейский Союз с инициативой MiCA („Markets in Crypto-Assets“), которая устанавливает единые правила для участников криптовалютного рынка. CBDC (Цифровые валюты центральных банков) Страны продолжают активно разрабатывать и внедрять цифровые версии национальных валют. Такие проекты, как e-CNY в Китае и пилотный Digital Euro, направлены на повышение эффективности платежных систем и сокращение доли наличных расчетов. Расширение применения блокчейн-технологий Токенизация активов Тренд токенизации активов продолжает набирать обороты. Блокчейн позволяет: Создавать токены, представляющие реальные активы, такие как недвижимость, произведения искусства и ценные бумаги. Упрощать доступ к инвестициям благодаря дробным долям. DeFi 2.0 Финансовые сервисы на основе блокчейна (DeFi) переходят на новый уровень. В 2024 году проекты сосредотачиваются на: Устойчивости бизнес-моделей. Повышении безопасности. Разработке гибридных решений, сочетающих централизованные и децентрализованные элементы. Пример: платформы, предоставляющие стейкинг с улучшенной ликвидностью и страхованием. NFT 2.0 Рынок невзаимозаменяемых токенов (NFT) меняется. Если в прошлом он был сосредоточен на цифровом искусстве, то теперь NFT используются в: Игровой индустрии для создания внутриигровых активов. Метавселенных для представления виртуальной недвижимости. Управлении интеллектуальной собственностью. Метавселенные и Web3 Интеграция криптовалют в метавселенные Метавселенные, такие как The Sandbox и Decentraland, активно используют криптовалюты для внутриигровой экономики. Пользователи могут зарабатывать токены, участвуя в мероприятиях или создавая контент. Развитие Web3 Технологии Web3 предлагают новый взгляд на интернет: Полная децентрализация данных. Управление через DAO (децентрализованные автономные организации). Прозрачность и безопасность операций. Углеродная нейтральность Критика криптовалют за высокий углеродный след стимулирует разработчиков переходить на экологичные алгоритмы. Примером служит переход Ethereum на алгоритм Proof-of-Stake, который сократил энергопотребление сети на 99%. Другие проекты, такие как Chia и Algorand, делают ставку на энергосберегающие механизмы консенсуса. Институциональное принятие Участие традиционных финансов Банки и инвестиционные компании увеличивают свои вложения в криптоактивы. В 2024 году такие гиганты, как BlackRock и Goldman Sachs, предлагают клиентам доступ к криптовалютным ETF и другим инструментам. Криптовалюты в розничной торговле Все больше компаний интегрируют криптовалютные платежи. Например: PayPal предлагает оплату в криптовалюте. Сеть магазинов Starbucks принимает биткоины через Lightning Network. Автоматизация торговли Алготрейдинг Трейдеры используют алгоритмы и ИИ для анализа рынка и выполнения сделок. Это позволяет: Реагировать на изменения быстрее человека. Снижать риски за счет диверсификации стратегий. Платформы социального трейдинга Популярность таких платформ, как eToro, продолжает расти. Инвесторы могут копировать стратегии успешных трейдеров, что упрощает вход для новичков. Основные вызовы Безопасность Кибератаки остаются одной из главных угроз. В 2024 году проекты уделяют больше внимания: Защите смарт-контрактов. Обучению пользователей принципам кибербезопасности. Волатильность Криптовалюты остаются высоковолатильным активом. Это создает сложности для их использования как платежного средства и долгосрочного хранения стоимости. Регуляторная неопределенность Несмотря на прогресс, подходы к регулированию остаются различными в разных странах, что создает барьеры для глобальной интеграции. Заключение Криптовалютный рынок продолжает эволюционировать, предлагая новые возможности для инвесторов, разработчиков и пользователей. Тренды 2024 года демонстрируют, что индустрия стремится к устойчивости, безопасности и интеграции с традиционными финансовыми системами. Тем не менее, она сталкивается с вызовами, требующими внимания и адаптации. Крипторынок остается одной из самых инновационных и перспективных областей в мире финансовых технологий.
Şərhlər
Qiyabi illik təhsil haqqı bir çox universitetlərin əyani illik təhsil haqqına bərabərdir. Hər ailənim cibinə görə deyil.Azərbaycanda məhz buna görə bir çox gənclər imkansızlıqdan ali təhsildən imtina etməli olur.Təklif edrdim qiyabi şöbədə təhsil haqqına yenidən baxılsın
Bu təhsil sisteminınə keçsə onda günaha bataçaçsınız, çünki bəzi alı məktəblərdə müəllimlərin çörəyini kəsmiş olacaqsınız. Belə ki bəs onda o məllimlərin bayramı, 8 mart, fond, məktəbin təmiri və s və ilaxirə pullarını kim yığar, ona görədə belə şeylərə getməyin, müəllimlərin çörəyinə dəyməyin, axı onlar bizim gələcəyimizi tərbiyyə edirlər.