YENƏ ŞABLON, YENƏ XƏCALƏT... - Paşinyan nə deyir, Məmmədyarov nədən danışır?...

BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan çıxışını demək olar ki, bütövlüklə Qarabağ münaqişəsinə və ölkəsinin Rusiya ilə strateji əməkdaşlığına həsr edib. Həmişəki kimi, həyasızcasına dünya ictimaiyyətinin gözünün içinə yalan danışan erməni baş nazir, Azərbaycanın ünvanına mümkün olan bütün böhtanları söyləyərək, ölkəmizi təcavüzkar qismində təqdim etməyə çalışıb.

Sitat: “Azərbaycan Dağlıq Qarabağı Sovet vaxtındakı statusla geri qaytarmaq istəyir. Ancaq bunlar boş yerə edilən cəhdlərdir. Çünki Dağlıq Qarabağ xalqı öz müqəddaratını təyin etmə hüququndan istifadə edərək, qanuni şəkildə müstəqilliyini elan edib. Eyni şeyi Azərbaycan xalqı da edib. Bakının indiki mövqeyi isə SSRİ-nin bərpası ideyasına bərabərdir...

Azərbaycan Qarabağ məsələsində kompromisə getməməklə göstərir ki, münaqişənin həllinə yox, 1990-cı illərdə və 2016-cı ildə uğursuzluqla başa çatan Qarabağ xalqına qarşı təcavüz cəhdlərinə görə intiqam almağa çalışır...

Azərbaycan Qarabağ münaqişəsini Ermənistanla Azərbaycan arasındakı ərazi problemi kimi görür. Biz bununla razı deyilik. Söhbət əsrlərlə əcdadlarının yaşadıqları kimi öz vətənlərində yaşamaq istəyən insanlardan, qadınlardan, kişilərdən gedir. Azərbaycan hakimiyyəti isə təəssüf ki, həmin insanlarla danışmaq istəmir. Çünki onları yalnız ərazi maraqlandırır. Daha doğrusu, insanlarsız ərazi...”

İndi isə eyni gündə və eyni tədbirdə - BMT Təhlükəsizlik Şurasının Nazirlər Debatında çıxış edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun çıxışından fraqmentlərə diqqət edək. “Report” agentliyinin yaydığı çıxışın mətnində Qarabağ münaqişəsinə, Paşinyanın son həyasız bəyanatlarına, Ermənistanın davam etdirdiyi təcavüz siyasətinə və beynəlxalq birliyin biganə yanaşmasına dair bir kəlməyə də rast gəlinmir. Sanki adam Azərbaycanın yox, Avstraliyanın xarici işlər naziridir.

Sitat: “Azərbaycan, regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, terrorizm, ekstremizm və separatizm, habelə narkotik ticarəti və əlaqəli cinayətkarlığa qarşı mübarizə aparılması, o cümlədən qarşılıqlı maraq və narahatlıq doğuran digər sahələrdə regional əməkdaşlığın təşviq edilməsi üçün ŞƏT ilə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməkdən məmnundur.

Birləşmiş Millətlər Təşkilatı və regional təşkilatlar arasında əməkdaşlıq, Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinin təşviq edilməsi baxımından zəruridir. Bir sıra hallarda aydındır ki, regional və sub-regional təşkilatlar bu xüsusda əvəzedilməz mexanizmlərdir.

Bununla yanaşı, ciddi problemlər hələ də mövcuddur. Regional təşkilatlar öz bölgələrinin qarşılaşdıqları təhdid və çətinlikləri dərk etmək bacarığına malik olsalar da, heç də hamısı, onlara üzv dövlətlərin qanunla müəyyən edilmiş müvafiq öhdəliklərinə əməl etmələrini təmin etmək qabiliyyəti, siyasi iradəsi və institusional potensialına sahib deyillər...”

Bilmirik, bütün bunları hansı dildə deyib, bu fikirlər necə tərcümə olunub və sair. Ancaq bütün bu söylənən boş, standart fikirlərin Azərbaycanın ən böyük dərdi, real problemi olan Qarabağ münaqişəsilə konkret və birbaşa əlaqəsi nə dərəcədədir? Ümumiyyətlə, bu tipli şablon çıxışlardansa, ölkəmizin acınacaqlı durumda olan xarici siyasət idarəsi və onun başçısı ortaya daha sərt, konkret, dəqiq və ünvanlı mövqe qoymalı deyilmi? Azərbaycan kimi işğala və misilsiz haqsızlığa məruz qalan ölkənin xarici işlər naziri hər çıxışında “od püskürməli” deyilmi? Nə ad verəsən buna? 

Görəsən, xarici siyasət idarəmiz nə vaxta qədər camaatın boğazından kəsilib büdcəyə yığılan pulların hesabına dünyanı “o ölkə sənin, bu ölkə mənim” deyərək gəzib, lyuks həyat yaşayıb ortaya heç bir ciddi nəticə qoymayaraq, məzmunsuz və dişsiz açıqlamalar verməklə millətin başını qatacaq? Və nə vaxta qədər lağlağı, məsxərə hədəfinə çevriləcək, çevriləcəyik?...

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

nazim 777 2019-09-27 09:17:27

........oz dilinde daniwa bilmeyen bir nazirden bundan bawqa ne gozlemek olardiki

Kazımov Mayis Nəsib oğlu 2019-09-27 09:17:27

Özün cəhənnəm,ay elmar,bu xalqı və hökumətimizi niyə hörmətdən salırsan.Barı danışma də.

Demaqoq 2019-09-27 09:17:27

.... Müavinlerinin de ekseriyyetinin ya anasi ya da heyat yoldashlari ermenidirler; ictimaiyyet bu xin adliqurumu tamamile bashli-bashina buraxib. Yeri gelmishken, xxo-lar xin-de cereyan edenleri „görmürler“.... göresen niye?

Adi vətəndaş 2019-09-27 09:17:27

ermənistanın baş nazirinin BMT-nin tribunasından bu çıxışından sonra Bizim bir Dövlət və bir Millət kimi bir yolumuz qalır - ayağa qalxıb torpaqlarımızı azad etmək və vovaların dilini kəsmək! And olsun Qurana ki, Dövlətimiz və Millətimiz buna qadirdir və hazırdır.Buna inanmayanlar Bizdən deyil və haram olsun onlara bu Vətənin çörəyi! Ordumuz var, Rəhbərimiz var və 2016-nın aprelində yarımçıq qalmış işimizi tamamlayacaq qeyrətli oğlanlarımız var! Yerdə qalanlar qarın söhbətidir və boş şeylərdir!!!

Azad Qarabağlı 2019-09-27 09:17:27

Hamımız "ağıllı şüarlar" buraxırıq? Eyni anda illərdir ki, müzakirədən dəyərlisini seçib, qətiyyətli addım atmırıq. Prezidentliyə namizədlər yekdil ultimatum qərarına gəldilər. Artıq 17 ay keçib. Birinciliyə söz verən şəxslərin hamısı daşnağa dönük kimi susurlar. Heç biri tələb etmir ki, işğalçı da bilsin bir həftəyə, ayamı arsenalını çəkib getsin? Qaçqınlar Komitəsinin sabiq sədri, Baş Nazirin Birinci müavini cənab Ə.Həsənov bir ağsaqqal kimi bunun bir günə belə mümkün olduğunu, artıq bəyan edib!

Yengibar 2019-09-27 09:17:27

Rehmetlik H.Eliyevin sözü olmasın, bes ora "qapıçı" aparmışdılar, Calal bey? Bu nazirler cehennem ( özleri qazanıblar), axı bir baş nazirimiz de var, deputat olanda bundan karagelen idi. O niye çıxıb doğma ingilis dilinde Paşinyana cavab vermir? Heç olmasa, tercümeçi versinler, Sayavuş müellim "derslerini" versin.

Əli 2019-09-27 09:17:27

Bunlar hansı ölkədə yaşayır görəsən? Oğlanları Amerikada yaşayır və gəlmək fikirləridə yoxdur özüdə nazir yeyir içir dünyanı gəzir bunun və bu qəbildən olanın nə vecinə ki qaçqın nə gündədir 5-10 manat ayda pulunu verir bir azda haray salanda kı bu pulla yaşamaq olmur 3-5 man artırır vəssalam işini bitmiş sayır.Görəsən bunlar nə vaxta kimi bu oyunu oynayacaqlar.Bunun bir sonu olmalıdır ya yox.Niyə bir vətənpərvər Xİ naziri qoymurlar ki sözümüzü desin.Ölmək belə şərəfsiz yaşamaqdan yaxşıdır. Bu millət niyə belədir görəsən və nə vaxta kimi biz belə olacağıq. Azərbaycanın xəritəsinə baxıram iki yerə bölünüb ermənilər Naxçıvanı bizdən ayırıb .Bu ayırma çox da uzaqda yox keçən əsrin əvvəllərində olub və ermənilər bizim torpaqları zəbt edib İranla sərhəd olublar və gələcək məqsədləri də yəqin ki Naxçıvan olub. Danışanda biz babalarımızın igidlıyindən ,qəhrəmanlığından Koroğludan Nəbidən, Babəkdən danışırıq. Ancaq fikirləşəndə görürəmki onlarda bizim kimi qorxaq olublar torpağı ermənidən qaytarmaq haqda fikirləşməyiblər indiki kimi.Vuruşmaq əvəzinə min cür bəhanə axctarıblar və Zəngəzuru yaddan çıxarıblar. bizə də onların nəvələri olaraq Qarabağı unutdurmağa çalışana oxşayırlar .Kimi gözləyirik? Bəhanə qurtaran deyil nə vaxt ayılacağıq bəs deyilmi?

məzahir 2019-09-27 09:17:27

Ümumiyyətlə, bu tipli şablon çıxışlardansa, ölkəmizin acınacaqlı durumda olan xarici siyasət idarəsi və onun başçısı ortaya daha sərt, konkret, dəqiq və ünvanlı mövqe qoymalı deyilmi? ))))) Cəlal Məmmədov, sənin bu yazınla Elmarın çıxışı arasında bir fərq görmürəm , hər ikisində məqsəd nəsə deyib (yazıb) maaş - donluq almaqdır. Axı BMT tribunası Azpolitikanın şərh bölümü deyil ki, nə gəldi və ya nə istəsən yazasan. Yəni, düşünürsən ki , adam savadsızlığından belə danışır.Hesab etmirəm ki, bu qədər avamsan.

Seyid 2019-09-27 09:17:27

E.Məmmədyarovda günah yoxdur.Yazıb əlinə veriblər... türkün məsəli bunu oxumalısan vəssalam.Əziz həmvətənlər deyəsən bizim hələ də azərbaycan reallığlarını dərk eləməyimizdə problemlərimiz var.

Vətəndaş 2019-09-27 09:17:27

Cəsarətli yazılarınız üçün sizə təşəkkürlər hörmətli Cəlal bəy..Bu yazılardan amma nə fayda özümüz deyib özümüz eşidirik. Necə deyərlər dəyirman bildiyin edər çaxçax baş ağrıdar. sizə bircə onu deyə bilərəmki özünüzü qoruyun.

cəngərlik sakini 2019-09-27 09:17:27

elmardı da fit çalıb gəzir özüyçün.

Qərbi azərbaycanlı 2019-09-27 09:17:27

Bu adamın loyallığı əsaslandırılıb yəni ?!

O.B.N 2019-09-27 09:17:27

Alına yana-yana qalına qonşunun dövlət dilin bilməyən Xarici İşlər naziri var...«V.Mayakovski»

turan 2019-09-27 09:17:27

Bu cür diplomatla Qarabağ almaq olar..gülməlidir..Paşinyan od püskürür, bu isə həmişəki kimi naftalin iyi gələn sözlər danışır..

Əli 2019-09-27 09:17:27

Sağ ol Cəlal bəy! Tamamilə haqlısınız! Belə nazirdən heç olmsa yaxşıdır. Onu Qarabağ-zad maraqlandırmır.

Xatun 2019-09-27 09:17:27

Müellifin bütün yazìlarìnì maraqla oxuyuruq. Öz mraqlì desti-xettile seçilir. Mentiqli ve konkret. Düshündüklerimizi Siz daha gözel formada yazìrsìnìz. Kash ki, bütün meqaleler bele oxunaqlì ola. Sagolun. O ki qaldì Memmedyarova... Bunun geini bele amerikalìdìr. Milletine "hörmeti" bol olan xarici ishler nazirimiz. Ne gözleyirsiz ki bundan?

Sus 2019-09-27 09:17:27

Düşmən 100 artıq dövlət başçısı qarşısında od pükürür,bizim "başsızlar" isə 100-cü dərəcəli Ə.Həsənovun ümüdünə dalıb.AXCP dövründə bəyənmədiyiniz T.Qasımov BMT TŞ 4 qətnamə çıxarmışdı.Barmağınızı qatlayın-siz nə etmisiniz.Ancaq bir şey- bÜTÜN ÖLKƏ RÜŞVƏT VƏ KORR-YA İLƏ MƏŞĞULDUR.kİM-KİMİ YORDU YORDU.Heç olmasa çəkilin, bəlkə bu xalq nəsə edə bildi.

Son yazılar