“Planı 2024-cü ilə qədər SSRİ-ni bərpa etməkdir...” - Saakaşvilidən xəbərdarlıq

Rusiya prezidenti Vladimir Putin SSRİ-nin bərpası kursunu götürüb.«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, belə məlumatla Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili çıxış edib.

Saakaşvili deyib ki, Gürcüstanın indiki hakimiyyəti dövlətçiliyin qorunmasına qarşı qəsdin iştirakçısıdır. Onun fikrincə Rusiyanın təzyiqi ilə Gürcüstan hakimiyyəti NATO və Avropa İttifaqına üzvlük kursunu dəyişə bilər.

Saakaşvilinin sözlərinə görə, hətta vəziyyət o həddə çata bilər ki, Gürcüstan və Rusiya ümumiyyətlə, «bir dövlət ola bilər: “Putin qərara alıb ki, 2024-cü ilə, yəni növbəti seçkilərə qədər Sovet İttifaqını bərpa etsin və bu məqsədlə Gürcüstanı, Ermənistanı, Moldovanı, Belarusu, Ukraynanın qərbi istisna olmaqla əsas hissəsini özünə birləşdirsin. Onun planı belədir”.

Eks-prezident ehimal edir ki, Rusiya Gürcüstanı, Ermənistanı, Moldovanı, Belorusu, qərb bölgələri istisna olmaqla, Ukraynanın əsas hissəsini özünə birləşdirməyi planlaşdırır.

Saakaşvili əlavə edib ki, “Putin planı”nın tərkib hissəsinə indiki mərhələdə həmin ölkələri dünya siyasi arenasında neytralitet elan etməyə məcbur etmək və onların siyasi liderlərinin təsir imkanlarını zəiflətmək daxildir.

O, məlumatın mənbəyini dəqiqləşdirməyib, ,amma hər-halda bu, dünya üçün ciddi siqnaldır…

635x100

Şərhlər

Arif 2019-09-27 22:08:03

SSRİ-ni nə idyoloji nədə maddi baxımından bərpa etmək mümkün deyil, artıq keçmiş respublikalar arasında demək olar bütün bağlantılar qırılıb, bu bağlantıların bərpasına isə o, qədər vəsait tapmaq heç zaman mümkün deyil, artıq bunu siyasətdən, iqtisadiyyətdən anlayışı olan ciddi insanlar tam anlayır. Saakaşvil isə getdikcə ciddiliyini itirir.Bütün günahlar qərbdədir, demokratiya adıyla rusyanın qonşularını ona qarşı qoydular, nəticə isə göz qabağındadır.

Son yazılar