BANKLAR SAXTA PULLAR YAYIR! - Mərkəzi Bankdan xəbərdarlıq

AMB kommersiya banklarına saxta əsginaslarla bağlı xəbərdarlıq edib

“Report”un bank dairələrindən əldə etdiyi məlumata görə, məktub dövriyyədə saxta pul əsginasların olması ilə bağlı AMB-yə daxil olan şikayətlər əsasında yazılıb.

Məktubda deyilir ki, Mərkəzi Bank bununla bağlı monitorinqlər aparıb və həmin əsginasları kommersiya banklarına məxsus ATM-lərdən çıxdığı aydınlaşıb. Həmçinin bankların bu məsələdə diqqətli olması, yararlı olmayan əsginasları ATM-lərə daxil etməmək tapşırılır.

Kommersiya banklarına göndərilən məktubda qeyd olunur ki, banklar yararlı olmayan əsginasları aparıb Mərkəzi Banka təhvil versinlər.

Qeyd edək ki, bu məktub ölkədəki bütün kommersiya banklarına ünvanlanıb.

Xatırladaq ki, Azərbaycan manatlarının mühafizəsi sistemi dörd mərhələdən ibarətdir. 100 manat nominallı əsginasın mühafizəsi sistemləri aşağıdakı kimidir:

I və II dərəcəli mühafizə elementlərini adi gözlə görmək mümkündür. Bu elementlər əhali üçün nəzərdə tutulur. Əsginasın üz hissəsində pulun dəyəri gizli formada qeyd olunub.

Digər element əsginasın sol aşağı küncündə 100 rəqəminin müxtəlif bucaqlardan fərqli rənglərə çalmasıdır. Əsl əsginaslarda bu rənglər tünd qırmızı ilə yaşıl rəng arasında dəyişməlidir.

Əsginası işığa tutarkən onun sol tərəfində manat işarəsi, əsginasın dəyəri, “manat” yazısı və su nişanını görmək olar.

Bundan başqa, əsginasdakı İçərişəhər saray kompleksinin qala divarının bir hissəsinə xüsusi diqqət yetirmək lazımdır. Orijinal əsginasda qala divarında ayrı-ayrı kərpicləri, yanındakı binada isə “Azərbaycan” mikromətnini görmək mümkündür.

Əsginasın sağ aşağı küncündə Azərbaycanın xəritəsi və 100 rəqəmi əks olunan holoqram görünür. Bundan başqa, sağ yuxarı küncdə 100 rəqəminə və sağda şaquli “YÜZ MANAT” yazısına toxunduqda onların relyefliyini hiss etmək olar.

Əsginasın sağ yuxarı küncündə AMB yazısı var ki, onu xüsusi avadanlıq vasitəsilə görmək mümkündür. Digər əsginaslardan fərqli olaraq 100 manatlıq kağız pullarda ikinci AMB yazısı da var. Bu yazı rənglidir və əsginasın sol tərəfində yerləşir.

III və IV dərəcəli mühafizə elementlərini yalnız xüsusi avadanlığın köməyi ilə görmək mümkündür. Belə ki, III dərəcəli mühafizə elementi banklar üçün, IV dərəcəli isə yalnız Mərkəzi Bank üçün nəzərdə tutulub.

100 manat nominallı əsginasların uzunluğu 155 mm, eni isə 70 mm-dir.

635x100

Şərhlər

Muhendise 2019-09-28 10:24:56

ATM-de ele bir xarakteristika yoxdur ki ora bank terefinnen yuklenen eskinazlara muwterilere vermezden evvel yoxlasin. ATM Istehsalcisi da bunu nezerde tutmuyub. Chunki bankin ATMe saxta pul qoya bileceyi aglina gelmeyib. Lakin meger banklar muwterilere yalniz ATM vasitesi ile saxta pulu paylaya bilerler? Xeyr siz kassadan kredit, pul kocurmesi qebul etdikde ve ya valyuta deyiwdikde kassir size saxta eskinaz bilerekden bezen de bilmeyerekden vere biler.

Muwteriye 2019-09-28 10:24:56

Nikoyl bankda garwilawdiginiz haqsizliqla bagli Azerbaycan Respublikasi Merkezi Bankinin qaynar xettine wilayet ede bilersiniz. Bu sizin haqqinizdir.

Muwteri 2019-09-28 10:24:56

Nikoyl bankda dollar xirdaladim. Verdikleri manat eskinazin biri sonradan saxta cixdi. Lakin geri getirende dediler biz vermemiwik. Videoua dedim baxaq qoymadilar.

Mühəndis 2019-09-28 10:24:56

Bu məqalə-xəbər lüzumsuz açıqlama verir. ATMin optik gözləri niyə saxta əskinasları qəbul edir. Bankomat istehsalçısına reklamasiya verib hamısını yeni keyfiyyətliləri ilə əvəzlətdirmək gərəkdir.

Yengibar 2019-09-28 10:24:56

Bu pul saxtakarlığı həmişə banklardan başlayıb, bir vaxtlar Milli Bankın özündən (!) 3-4 Kamaz, (KAMAZ ha) pul yoxa çıxdı,2-3 yetimi tutub 3-5 il verdilər, amnistləyib buraxdılar.15-20 milyard pul yeyilən Beynəlxalq Bank ilin bankı seçilir, nə gözəl.Misallar nə qədər desən var.İndi də gəlir yox, keçiblər bu variantlara... Elə belə yazdım....

Son yazılar