CƏBRAYILOV MİLLİ MƏCLİSDƏN İSTEFA VERƏCƏK - Mandatını təhvil verməyə razılaşıb

Deputat Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoyaraq külli miqdarda borc götürməsi, onun borclarının ümimilikdə bir neçə milyonu ötməsi barədə xəbərlər siyasi gündəmin əsas mövzularındandır.

R.Cəbrayılov əvvəlcə Fətəliyeva Təranə Rasim qızından 300 min dollar borc alması müqabilində deputat vəsiqəsini girov qoyub. O, notarial qaydada təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci ildə Təranə Fətəliyevadan 300 min ABŞ dolları borc alıb, lakin ödəyə bilməyib.

Buna görə də Təranə Fətəliyeva Abşeron Rayon Məhkəməsinə müraciət edib və məhkəmə 15 fevral 2019-cu ildə iddiaçının xeyrinə qiyabi qətnamə qəbul edib. Rafael Cəbrayılov isə məhkəmənin qərarı ilə razılaşmayıb və apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bu barədə məlumatlar xəbər portallarında yayılar-yayılmaz o da məlum oldu ki, deputat Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəlliməsi Xatirə Nəcəfovadan 300 min dollar borc alıb və qarşılığında deputat vəsiqəsini ona girov olaraq verib.

Başqa bir məlumata görə isə, Rafael Cəbrayılovun AG Bank ASC-yə ümumilikdə 2.222.232 ABŞ dolları (3.777.794 manat) və 326.848.80 min manat məbləğində kredit borcu var. Bu borc öhdəliyi ilə bağlı məhkəmə də keçirilib və prosesdə sözügedən məbləğin cavabdeh Cəbrayılov Rafael Kamil oğlundan AG Bank ASC-nin xeyrinə tutulmasına qərar verilib.

Beləliklə, millət vəkili Rafael Cəbrayılovun AG Bank ASC-yə 4.104.642, ayrı-ayrı şəxslərə (Təranə Fətəliyeva və Xatirə Nəcəfova) 1.020.000 manat, ümumilikdə 5.124.642 manat məbləğində borcu olduğu bəlli olur.

Göstərilən məbləğin deputat Rafael Cəbrayılovun borcunun yalnız bir hissəsini təşkil etdiyi, onun müxtəlif banklara və ayrı-ayrı şəxslərə yenə külli miqdarda borcu olduğu deyilir.

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev Rafael Cəbrayılovun 300 min ABŞ dolları borc qarşılığında deputat vəsiqəsini girov qoymasına münasibət bildirib. A. Abıyev AzPolitika.info-ya açıqlamasında deyib ki, hazırda deputatlar məzuniyyətdədirlər: "Hazırda məzuniyyətdəyik, bir həftədən sonra məzuniyyət başa çatır. Yəqin ki, Rafael Cəbrayılovun deputat vəsiqəsini banka girov qoyması ilə bağlı məsələni məzuniyyətdən qayıdandan sonra müzakirə edəcəyik. Ancaq bununla bağlı əvvəlcə Milli Məclis rəhbərliyi ilə müzakirə aparılmalıdır. Müzakirə aparılandan sonra İntizam Komissiyasının müvafiq qərarı olacaq. Gəlin, hələ tələsməyək. Məzuniyyət bitsin, millət vəkilləri bir araya gəlsin ki, yığılıb müzakirə apara bilək".

YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov isə bildirib ki, deputat vəsiqəsini girov qoymaq ən azı cinayətdir: "Xalq verib bu mandatı deputata. İnsanlar, cəmiyyət seçib, etibar edib, həmçinin, xalq təmsilçisi kimi parlamentə göndəriblər. Hər hansısa şəxsi marağa görə, nəinki şəxsiyyət vəsiqəsini, hansısa sənədi, deputat vəsiqəsini girov qoymaq ən azı cinayətdir. Bu məsələyə ancaq İntizam Komissiyası baxa bilər, o da ancaq MM sədri təklif verərsə. Bizim daxili nizamnaməyə görə, parlamentin sədri bununla bağlı İntizam Komissiyasına müraciət edir. İntizam Komissiyası da baxır, araşdırır və əgər belə fakt ortaya çıxırsa, o zaman İntizam Komissiyası bunu parlamentə çıxarır. Parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasına göndərilir və deputat mandatdan məhrum olunur”.

Siyavuş Novruzov həmkarını bu proseduru gözləməməyə və istefa verməyə çağırmışdı. Rafael Cəbrayılov özü isə Real TV-yə açıqlamasında mətbuat konfransı keçirəcəyini və jurnalistlərdən onun açıqlamalarını geniş işıqlandırmağı xahiş etmişdi.

AzNews.az-a kifayət qədər mötəbər mənbələrdən daxil olan məlumata görə, siyasi hakimiyyət və mənsub olduğu partiya Rafael Cəbrayılovla bağlı artıq qərar verib və onun deputat vəsiqəsini girov qoyaraq borc almasını bağışlamaq fikrində deyil: "Gələn həftə Milli Məclisin payız sessiyası başlayacaq. Cəbrayılov deputat səlahiyyətlərinə xitam verilməsi üçün parlamentə müraciət edəcək. Diqqət etdinizsə, Siyavuş Novruzov da ona məhz bunu təklif etmişdi. Siyavuş Novruzovun bu təklifini hakim partiyanın ümumi mövqeyi kimi qarşılamaq olar”.

Xatırladaq ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası bazar ertəsi, yəni sentyabrın 30-da keçiriləcək. Ehtimal etmək olar ki, Cəbrayılov istefa ərizəsini parlament rəhbərliyinə ya toplantıdan əvvəl, ya da iclas başlayan zaman təqdim edəcək(musavat.com).

Qeyd edək ki, Rafael Cəbrayılovun istefa verməsindən sonra onunla bağlı cinayət işinin açılmasını da istisna etmək olmaz. Onun banklardan götürdüyü milyonlarla dollar vəsaiti qardaşının vasitəsi ilə xaricə daşımasına dair məlumatlar buna şərait yarada bilər.

635x100

Şərhlər

HİCRAN HÜSEYNOVADAN ŞİKAYƏTÇİLƏR 2019-09-28 13:22:01

Komitə sədri Hicran Hüseynova Rəfayeldən də çox məşhurdur.... İşədüzəltmə adıyla vətəndaşlardan yığdığı pulları (170.000 dollarları)sabiq aparat rəhbərinin üzərinə ataraq ölkədən ailəliklə çıxardıb kənarda maliyyələşdirir.Buda bir az səs küy salacaq Sonra Hicran kimi Dövlətin kreslosunda oturaraq "ÖZ İŞİ" ilə məşğul olacaq.Yəni "İŞİNİ"davam etdirəcək.

Eldəniz Şahmarov 2019-09-28 13:22:01

Bizdə istefa vermək mədəniyyəti yoxdur çətin ki ola? Ölənə qədər işləyirik

eloqlu 2019-09-28 13:22:01

Sudyu na milo

umud 2019-09-28 13:22:01

Nə düşmüsünüz bu yazıq Rafail Cəbrayılovun üstünə. Guya o biri deputatlar çox yaxşı gündədirlər?Ya biznes sahibləri gəlir MM-ə,yada deputat təyinatı alan kimi biznesə qurşanırlar. Eh, qadınlar da bu gündədirlər. Deputatlığa kimi elmi dərəcəsi olmur. 2 çağırışdan sonra elmlər doktoru, professor olurlar.Tədqiqata, elmi iş yazmağa vaxtı hardan tapırlar bunlar? Nəyə görə elmi dərəcə,biznes MM-ə təyin olunmaqdan əvvəl yadlarına düşmürdü? Bunların heç birini yazıq millət seçməyib Siyavuş m. Siz də yaxşı bilirsiz!

dadaşyev 2019-09-28 13:22:01

Vallah əvvəl elə bilmişəm şəkil məclisdə çəkilib,tənək dolması yeyən yerdə.Görüb çəkən var,uspet eləmiyib dolmaları yeməyə,hər yanağı altında birini gizlədib,ona görə üzü yumru çıxıb.Sonra kreslodan bildim ki,yoox,məclis olmağına məclisdi,amma milli məclisdi,orda da dolma yeyilməz,çünki son dərəcə mühüm işlərlə məşğuldurlar.Həm də kim dolmanı iki-iki yeyər?Belə optik aldanışlara yol verməmək xatirinə,ay məmurlar,bir az normada yeyin də.Yeməyin deyəmmərəm,mümkün deyil onsuz da,amma heç olmasa basıb yeməyin.

Roman Ismayilov 2019-09-28 13:22:01

Ela Ela Tebrikler qoy tutulsunlar

Edalet 2019-09-28 13:22:01

Ewid INANMA !

Sedaqet 2019-09-28 13:22:01

Bu xanıma AFERİN!!! Gücü çatıb bunlara!!! Ona qoruma verilsin DİN terefinden bedbext edeceklər onu... Ay ALLAHım gör kimlər oturub bu məclisdə??? Gör kimlər həll edir bizim problemləri??? Güya bu millət vəkilləri bir birinin zir zibilindən xəbəri yoxdu??? Var var var... sadəcə əksəri bu gündədi ona görədə səs çıxara bilmirlər. Bir birinin zibilini üzə çıxarar deyə qorxub dilə gətirmirlər. Tədbirlər görüb bunlar striptiz barlarını gözlərinə soxmaq lazimdı, belə çıxır ki fahişəliyidə bunlar inkişaf etdirir!!!

dadaşyev 2019-09-28 13:22:01

Bax,ona görə də deyəndə ki,Avropa Şurasında-filanda səsimizi eşitmirlər,təəccüblənən,əsəbiləşən yoxdu daha.A balam,Avropadakılar bu tip əcaibliklərimizi bizdən yaxşı görürlər deyə səsimizə səs vermirlər.Deputat vəsiqəsini girov qoymaq nə demək yahu?Sənin özəl malındı o vəsiqə,yoxsa xalqın səni seçdiyini (!) təsdiq edən sənəddir?Və "məzuniyyətimiz bitsin,baxarıq" nə deməkdir?A kişilər,məzuniyyəti dayandırıb təcili toplanmalısınız,çünki xalqı təmsil edənin son dərəcə mənəvi iflası məsələsidir bu.Allah Allah!

Xudayar 2019-09-28 13:22:01

Məgər Milli Məclisdə Cəbrayılov təkdir?Elə Milli Məclisin 85-90 faizi onun tayıdır da! Guya Hadı və digərləri Cəbrayılovdan fərqlidir? Əli Əhmədovla,Məzahirlə Siyavuşun siyahisi bundan artıq olmayacaq ki! Səhər yalan,günorta yalan,axşam yalan! ........... Qoymusunuz milləti savadsız yerinə,elə bilirsiniz heç nə görünmür? Elə Cəbrayılov kimiləri sizin kim olduğunuzu və nə ilə məşğul olduğunuzu sübut etmir? Bəs deyilmi?

sual Siyavuş Novruzova 2019-09-28 13:22:01

Siyavuş Novruzov, sen MECBUR EDIRSEN ki, vetendashlar TENQID ETSINLER seni, bu dediyin YALAN SOZLERE gore :“Xalq verib bu mandatı deputata. İnsanlar, cəmiyyət seçib, etibar edib, həmçinin, xalq təmsilçisi kimi parlamentə göndəriblər." Sual: Hadi Receblini, MEGER, xalq sechib deputat Milli Meclise ? Moskvada, BIABIRCHI "striptiz biznesi" ile meshqul olan Hotellerin sahibi, azerbaycanli qadin (Milli Meclisin "deputat"-inin arvadi) barede, METBUATDA YAYILAN MELUMATI, OXUDUNMU ve sen, NE TEKLIF ETDIN ?

Cabbar 2019-09-28 13:22:01

Axı mandat Cəbrayılovda deyil ki,onu MM geri alsın.Əvvəlcə biorcu qaytarıb mandatı azad etmək.sonra geri almaq olar.Bəs 300 000Abş dollarını kim ödəyəcək? MM?

oxucu 2019-09-28 13:22:01

bu milli məclisə baxanda lap adam iyrənir.

yalçın 2019-09-28 13:22:01

son qərarı kim verəcək..ondan betər bir durumda olan oqtay əsədov?

Adil 2019-09-28 13:22:01

Niye araşdıran yoxdu ki bu qadın bu qedet pulu hardan getirib. Nece qazanılıb bu pullar ki seleme verib

EJDER 2019-09-28 13:22:01

HESAB EDIREM KI,BU ANALOQU OLMAYAN HOKUMETIN ,ANALOQU OLMAYAN MILLI MACLISININ ,ANALOQU OLMAYAN DIPTATINA,,WOHRET,,VERILMELIDI,LUKAWENKO CANI.HEJE DEYERLER,,BRAVO,,NUN PRODUKTI VE PEHRIZ COREYI SENE HARAM OLSUN,AY BISNESMEN RAFAEL.QANUNA GORE DEPUTATIN BISNESI OLA BILMEZ,SARAKOZI CANI.HA HA HA AZERBIJAN HIQUQI DOVLETDI,GUYA

t.ədalət 2019-09-28 13:22:01

R.Cəbrayılova belə böyük borc verənlər:Təranə Fətəliyeva və Xatirə Nəcəfova da məsuliyyət daşıyır.Onlar bu qədər pulu, hansı yolla əldə ediblər......Qırx il öz zəhməti ilə gecə-gündüz çalışanlar tanıyıram,onlar heç on ədəd yüzlüyü üst-üstə qoya bilmirlər..

Vugar 2019-09-28 13:22:01

Cox ela olub bu Millet vekiline arzu edirem digərləri də hebs olunsun

Cəmşid Dərələyəzli 2019-09-28 13:22:01

Bezi memurların harınlığı və qudurğanlığı o həddə çatdı ki, dövlətin ən ali sənədini hərraca çıxarıb, girov qoymalarının belə şahidi olduq. Bu biyabırçılıqdır. Bu eyni zamanda Dövlətin və onun Başçısının nüfuzuna kölgə düşürməkdir. Mövzu o deyil ki, hələ o mandatı necə alıb. Mövzu, onun istefa verməsinə qədər, qanunvericiliklə bu işə məsul olan qurumlar hərəkətə keçməli idi. Fakt ortada. Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev nəyin müzakirəsini edəcəkmiş. Ortada bir cinayət var, tərbiyəsizlik yoxdur ki, intizam komissiyası məsələyə baxsın. Azərbaycan Respublikası Konstitusiyanın 90-cı maddə-sinin II bəndində göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər. Bəlkə ortada cunayət yoxdur. Hansı ki, YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov belə bildirib ki, deputat vəsiqəsini girov qoymaq ən azı cinayətdir: Bəs onda görəsən cənab Baş Prokror nəyi gözlətir.

Son yazılar