“SİZ ÖZ XALQINIZIN LƏYAQƏTİNƏ SAYĞI GÖSTƏRƏNDƏ...” – Trampın BMT tribunasından möhtəşəm çıxışı (MƏTN)

"AzPolitika" ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasının 74-cü sessiyasındakı çıxışının tam mətnini "strateq.az"-ın tərcüməsində Azərbaycan oxucularına təqdim edir:

“Cənab Sədr, cənab Baş Katib, hörmətli nümayəndələr, səfirlər, dünya liderləri!

Tarixin 70 ili bu zalın divarları arasından özünün bütün zənginliyi və dramatizmi ilə keçib. Soyuq savaşın qızğın dönəmində bu tribunadan prezidentlər, baş nazirlər çıxış ediblər, biz yeni ölkələrin formalaşmasının şahidi olmuşuq, biz inqilab liderlərini görmüşük, burada bizə ümidlər verən müqəddəslər, bizi səbrə öyrədən inqilabçılar, bizə cəsarət verən qəhrəmanlar çıxış ediblər. Onların hamısı dünyada bu ən böyük tribunadan çıxış edib və öz planları, təklifləri, baxış nöqtələri, ideyalarından danışıblar. Və bu, dünyada ən böyük tribuna olub.

Bizim zəmanə bizə qədər yaşamışların dövründəki kimi qarşıdurma, yüksək ümidlər, aşkar seçimlə fərqlənir.

Dünyada bütün tarix boyu var olan ziddiyyətlər yenidən tamamilə üzə çıxır. Bu, nəzarətə can atanlar, ona başqa ölkələrə hökm etmək taleyi yazıldığını düşünənlər arasındakı fikir ayrılığıdır. Amma öz taleyini özü yönəltmək istəyən başqa ölkələr və xalqlar da var. Müstəqilliyi yüksək dəyərləndirən, birinci növbədə azadlıq və özünü idarə etməyin qədrini bilən ölkənin seçilmiş başçısı kimi, bu gün burada sizin qarşınızda çıxış etmək mənim üçün çox böyük şərəfdir.

Mən seçildikdən sonra silahlı güclərimizi tamamilə yenidən qurmağa 2,5 trilyon dollar sərf etmiş ABŞ ən qüdrətli ölkədir. Və biz ümid edirik ki, bu gücü heç vaxt işlətməli olmayacağıq.

Amerikalılar bilirlər ki, başqalarının üstünlüyə, ağalığa can atdığı bir dünyada bizim ölkəmiz sərvət, güc və ruhun qüvvəsinə gəldikdə, güclü olmalıdır. ABŞ məhz buna görə, sayəsində bu gün necə varıqsa, elə oduğumuz ənənə və adətlərin müdafiəsində ən fəal şəkildə çıxış edir.

Mənim qızğınlıqla sevdiyim ölkəm kimi, bu zalda təmsil olunan hər bir ölkənin qədrini bildiyi və dəyərləndirməyə və layiqincə qorumağa layiq tarixi, mədəniyyəti, mirası var. Və bu bizə vahid və nadir potensial, güc ötürür.

Azad dünya özünün milli özüllərinə söykənməlidir. Onları bilərəkdən dəyişdirmək, yaxud yox etmək cəhdləri olmamalıdır. Çevrəmizə baxsaq, böyük, qeyri-adi planetmizə baxsaq, həqiqət  bir anda görünür – azadlıq istəyirsinizsə, öz ölkənizlə fəxr etmək gərəkdir, demokratiya istəyirsinizsə, öz suverenliyinizi bərkidin, barış istəyirsinizsə, öz xalqınızı sevin.

Müdrik liderlər həmişə öz ölkələrində birinci növbədə öz xalqlarının maraqlarını qorumaq üçün iş görüblər. Gələcək kürəsəlçilərin (qlobalistlərin) deyil, vətənsevərlərindir. Gələcək öz vətəndaşlarını qoruyan, qonşularına sayğı ilə yanaşan, hər bir ölkəni özəl, nadir edən fərqlərə sayğı göstərir. Biz ABŞ-da məhz buna görə qeyri-adi milli dirçəliş proqramını gerçəkləşdirməyə başlamışıq. Biz gördüyümüz hər bir işdə vətəndaşlarımızın ümid və arzularını əsas tuturuq. Yüksəlişə dəstəkdə iqtisadi siyasətimiz sayəsində son yarım əsrdə ölkəmizdə işsizlik göstəricisi ən aşağı səviyyədədir. Vergilərin azalması, normativ bazanın ixtisarı baş verir, məşğulluğun yeni tarixi göstəriciləri yaradılır, üç ildən az müddətdə altı milyon iş yeri təşkil olunub. Keçən ay Afrika amerikalıları, Latın Amerikası və Asiya mənşəli amerikalılar arasında işsizliyin səviyyəsi ən aşağı olub. Ölkəmizin sərəncamında böyük enerji daşıyıcıları ehtiyatları var və ABŞ bu gün neft və qaz istehsalına görə birinci yerdə durur, maaşlar və gəlirlər artır. 2,5 milyon amerikalı yoxsulluqdan çıxa bilib. Biz Amerika silahlı güclərinin qüdrətini inkişaf etdirmişik, biz habelə tam aydın şəkildə bundan çıxış edirik ki, tərəfdaşlarımız da ABŞ-ın keçmişdə çəkdiyi nəhəng müdafiə xərclərinə öz paylarını verməlidirlər.

Milli dirçəliş prosesləri  diqqətimizin  mərkəzindədir. Beynəlxalq ticarətin islahatına yönəlmiş əhatəli kampaniya aparılır. Beynəlxalq ticarət sistemi xeyli onilliklər boyu vicdansız hərəkət edən ölkələr tərəfindən istismar predmeti olub. İş yerləri azalıb və bəziləri orta zümrənin hesabına varlanıblar. Sənaye sektorunda iş yerlərinin sayı 4,2 milyon azalıb, 15 trilyon dollar həcmində kəsir meydana çıxıb.

Və ABŞ bu gün qəti addımlar atır ki, bu iqtisadi ədalətsizliyə son qoyulsun. Məqsəd sadədir – bizə balanslaşmış qarşılıqlı ticarət gərəkdir. Biz Meksika və Kanadadakı tərəfdaşlarımızla sıx qarşılıqlı fəlaiyyətdə olmuşuq ki, NAFTA-nın əvəzinə Meksika və Kanada ilə yeni, müasir saziş bağlayaq. Sabah Yaponiyanın baş naziri Abe ilə birlikdə yeni ticarət müqaviləsini başa çatdırmaq üzərində işi davam etdirəcəyik. Böyük Britaniya Avropa Birliyindən çıxır, biz hər iki ölkənin faydası üçün onunla ticarət sazişi bağlamağa hazırıq. Biz bu önəmli sazişi hazırlamaq məqsədilə baş nazir Boris Consonun hökuməti ilə sıx qarşılıqlı fəaliyyətdəyik. Amma bizim ticarət siyasətimizdə ən başlıcası Çinlə münasibətlərimizdir. Çin 2001-ci ildə ÜTT-ə qəbul olunub və başçılarımız o zaman deyirdilər ki, guya, bu qərar buna gətirər ki, Çin öz iqtisadiyyatını liberallaşdırmağı həyata keçirər və yolverilməz saydığımız təkrar olunmayacaq, özəl mülkiyyət, hüququn aliliyi qəbul ediləcək. İllər keçib və bu nəzəriyyə yanlış çıxıb. Çin nəinki vəd edilmiş islahatları apara bilməyib, bazar maneələri ilə məhdudlaşan, dövlət subsidiyaları, dempinq, texnologiyanın məcburi ötürülməsi, böyük miqyasda əqli mülkiyyəti, kommersiya sirlərini oğurlamaqdan asılı olan iqtisadi model qəbul edib. Bir örnək gətirirəm. Bu yaxınlarda Ağ Evdə Amerikanın görkəmli şirkətlərindən biri “Micron Technology”nin başçısı ilə görüşdüm. “Micron” bir çox elektron cihazlarda istifadə olunan mikrosxemlər istehsal edir. Çinin dövlət şirkəti isə “Micron”un 8,7 milyad dollara yaxın məbləğdə texnologiyasını oğurlayıbmış, sonra isə Çin şirkəti tərəfindən oxşar məhsula patentlər alınıb, “Micron” şirkətinə isə öz məhsulunu Çində satmağı qadağan ediblər.

Amma biz ədalətə nail olmağa çalışırıq. Çin ÜTT-nin tərkibinə daxil olduqdan sonra ABŞ-da 60 min fabrik və zavod bağlanıb. Bu, planetin müxtəlif nöqtələrində başqa ölkələrin də başına gəlir.

Ümumdünya Ticarət Təşkilatında radikal dəyişikliklər gərəkdir. Yol vermək olmaz ki, dünyanın ikinci iqtisadiyyatı başqalarına ziyan üçün sistemdən sui-istifadə etsin. Biz bu sui-istifadələrə illər boyu dözmüşük, buna fikir verməmişik və kimsə hətta bunu bəzən təşviq edib. Kürəsəlçilik buna gətirib ki, əvvəlki liderlər öz milli maraqlarına məhəl qoymayıblar, amma bu dövrlər keçib. Bu ədalətsiz praktikaya qarşı əks fəaliyyət üçün Çin mallarına 500 milyon dollarlıq əhatəli tariflər tətbiq etmişəm. Bu tariflərin tətbiqi nəticəsində Amerikada indi tədarük zənciri bərpa olunur, xəzinəmizə milyardlarla dollar daxil olur. Amerika xalqı tam tərəfdardır ki, Çinlə ticari münasibətlər bərpa olunsun. Ümid edəcəyik ki, hər iki ölkəyə əlverişli olan anlaşmalar əldə ediləcək. Amma tamamilə aydın bildirdiyim kimi, Amerika xalqı üçün əlverişiz sazişə razılaşmaram. Biz münasibətlərimizi sabitləşdirməyə çalışır və bu zaman habelə Honkonqdakı durumu çox diqqətlə izləyirik. Dünya ümid edir ki, Çin hökuməti Böyük Britaniya ilə bağlanmış müqaviləyə uyğun olaraq öz öhdəliklərini yerinə yetirəcək – buna uyğun olaraq Çin Honkonqda hüquqi sistemi və demokratik həyat tərzini  müdafiə etməyi öhdəsinə götürüb. Çinin bu duruma necə yanaşacağı bir çox baxımdan Çinin gələcəkdəki rolunu müəyyən edəcək. Hamımız ümid edirik ki, ÇXR sədri Si Szinpin böyük lider olacaq.

ABŞ başqa ölkələrlə münaqişəyə can atmır, biz hamı ilə barışa, işbirliyinə və qarşılıqlı faydalı münasibətlərə can atırıq. Amma bununla belə, mən həmişə Amerikanın maraqlarının müdafiəsində duracağam.

İranın repressiv rejimi bu gün barışsevər ölkələr üçün ən ciddi təhdidlərdən biridir. Bu rejim ölüm, dağıntı səpir və bu hamımıza yaxşı bəllidir. İran təkcə dünyada terrorizmin baş sponsoru deyil. İran liderləri Suriya və Yəməndə faciəli savaşları alovlandırırlar. İran rejimi eyni zamanda nüvə silahına və onu çatdırma vasitələrinə sahib olmağa can atanda milli sərvəti dağıdır. Biz buna heç vaxt yol verməməliyik. Biz İranın nüvə silahı və raketlər yaratmağa doğru hərəkətini durdurmalıyıq. Mən bunun üçün ABŞ-ın bu dəhşətli nüvə sazişindən çıxdığını bildirmirşəm. Bu sazişin ömrünə az qalmışdı. Müfəttişləri nüvə obyektlərinin çoxuna buraxmırdılar və yoxlama ballistik raketlərə yayılmayıb. Bu müqavilədən çıxdıqdan sonra bu ölkəyə münasibətdə sərt sanksiyalar tətbiq etmişik. Rejim bu sanksiyalardan birtəhər yan keçmək üçün eskalasiya və motivsiz təcavüz yolu ilə gedir. Biz İranın bu yaxınlarda Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumunun cavabında İran Milli Bankı və suveren fonduna münasibətdə ən sərt sanksiyalar tətbiq etmişik. Bütün ölkələr hərəkətə keçməlidir. Hər bir məsuliyətli hökumət bundan çıxış etməlidir ki, İranın qanlı fəaliyyətinə pul buraxmaq olmaz. İran təcavüzkar fəaliyyəti davam etdirdikcə, İrana münasibətdə sanksiyalar da qüvvədə olacaq və sərtləşdiriləcək. İran liderləri öz əməlləri ilə məğrur ölkəni hakim sinfin öz xalqına satdığı və öz hakimiyyəti və varlanmağı xatirinə hərəkət edərkən, nələr baş verdiyinin örnəyinə çevirir. İran liderləri yalnız öz günahları üzündən meydana çıxan problemlərdə qalan hamını ittiham edərkən dünya 40 il boyunca onları dinləyib. Onlar mərasimvari ritm tutublar: “Amerikaya ölüm!” Onlar qorxunc antisemitizm yayıblar. Ötən il bildiriblər ki, İsrail kəsilib atılmalı xərçəng şişidir, bu mümkündür və bu, baş verəcək. Amma Amerika belə antisemitizm təzahürlərinə heç vaxt dözməyəcək.

Fanatiklər diqqəti öz uğursuzluqlarından yayındırmaq üçün İsrailə qarşı nifrətdən artıq çoxdan istifadə edirlər. Xoşbəxtlikdən Yaxın Şərqdə bütünlükdə etiraf çoxalır ki, ekstremizmlə mübarizədə bölgə ölkələrinin ümumi marağı, ümumi iqtisadi perspektiv və imkanları var. İsrail və qonşuları arasında hərtərəfli normal münasibətlərə nail olmaq məhz buna görə çox önəmlidir. Dini məsələlərdə təkcə qarşılıqlı sayğı və dözümlülük prinsipi üzrə münasibətlər daha yaxşı gələcəyə aparır. İran vətəndaşları korrupsiyanı, yoxsulluğu azaldan, iş yerləri yaradan, həm ölkədə, həm də xaricdə qanlı divan tutmaları maliyyələşdirməkdən ötrü vəsaitləri oğurlamayan belə bir hökumətə layiqdir. 40 illik uğursuzluqdan sonra İran liderlərinin getmək və başqa ölkələrə təhdidi dayandırmağının vaxtıdır. Əsas diqqət ölkənin bərpasına ayrılmalıdır. İran liderlərinin İran xalqının maraqlarını birinci yerə qoymağının vaxtıdır. Amerika həqiqi mənada barışa və sayğıya can atan hər kəslə dostluq etməyə hazırdır. Amerikanın ən yaxın dostlarının çoxu haçansa bizim ən ciddi düşmənimiz idi. Lakin ABŞ əbədi düşmənlərə inanmır, bizə düşmən deyil, tərəfdaş gərəkdir. Amerika bilir ki, vuruşmağı hamı bacarır, amma ən cəsurlar barış adına seçim edir. Biz Koreya yarımadasında məhz buna görə cəsur diplomatik addımlar atırıq. Mən Kim Çen Ina dedim, mən qəti inanıram ki, onun ölkəsi də İran kimi böyük, işə salınmamış potensiala sahibdir, amma bu potensialı gerçəkləşdirməkdən ötrü Şimali Koreyanın nüvəsizləşdirilməyini aparmaq gərəkdir.  Bizim niyyətimiz dünyada hamıya aydındır. Hədəflər uzunmüddətli xarakter daşıyır. Bizim hədəfimiz harmoniyadır. Amerikanın məqsədi bundan ibarətdir ki, bu sonsuz savaşlar olmasın. Mənim administrasiyam bu hədəfdən çıxış edərək buna da ümidini ifadə edir ki, Əfqanıstanda da ən yaxşı gələcək yaxınlaşacaq. Təəssüf  ki, taliblər öz vəhşi hücumlarını sürdürməyin xeyrinə seçim ediblər. Biz terrorizmə qalib gəlmək üçün koalisiya üzrə həmkarlarımızla bundan sonra da qarşılıqlı fəaliyyət göstərəcəyik, barışın hökm sürməyi üçün hər şeyi edəcəyik. Qərb yarımkürəsində də barışın qərarlaşmasına can atırıq. Və bizim üçün ən ciddi problemlərdən biri inkişafa mane olan, cəmiyyətə ikitirəlik gətirən, çox amansız cinayətkar kartellər qurmağa şərait yaradan qanunsuz mühacirətdir. Kütləvi qanunsuz mühacirət baş verir, bu, haqsızlıqdır və təhlükəsiz deyil. Və buna dəxli olanlar, öz adamlarını göndərən ölkələr insan resurslarını çox sürətlə itirir, onlar gənclərin qayğısına qalmırlar. Mühacirləri qəbul edən ölkələr isə bütün məsuliyyəti ilə qəbul edə biləcəyindən getdikcə artan yeni və yeni mühacirlər görkəmində ağırlığı öz üzərinə götürür. Mühacirlərin özləri isə istismar, hücum, zorakılıq, qeyri-leqal mühacirləri göndərən cinayətkarlar tərəfindən sui-istifadə obyektinə çevrilirlər. Bizim güney sərhədlərimizə gələn qadınların çoxu cinsi həqarət obyekti olur, burada ABŞ-da isə qanunsuz insan alveri ilə məşğul olan bütöv bir sahə, qurum və təşkilatlar var. Onlar qanunsuz mühacirəti və dövlət sərhədinin pozulmasını hər cür təşviq edirlər. Sərhədlərin açılması uğrunda çıxış edən və sosial ədalət ritorikası ilə pərdələnən fəallara demək istəyirəm ki, sizin siyasətiniz ədalətsiz, qüsurlu və qəddardır. Siz qurbanı qadın və uşaqlar olan cinayətkar təşkilatların fəaliyyətini təşviq edirsiniz. Siz sərhədlərin təhlükəsizliyini, insan haqları və ləyaqətini pozarkən heç bir günahı olmayan insanların deyil, öz maraqlarınızı rəhbər tutursunuz. Bir çox ölkələrin bu gün bu zalda olan təmsilçiləri də qanunsuz mühacirətlə bağlı problemləri aradan qaldırırlar. Hər bir ölkənin öz sərhədlərini qorumaq haqqı var, ölkəmizin də belə bir haqqı var. İnsanların sərhədlərdən qanunsuz keçirilməsi, insan ticarətinə son qoymaqdan, bu cinayətkar şəbəkənin biznesini dayandırmaqdan ötrü bu gün birgə hərəkət etməliyik. Sizə səmimi deyə bilərəm ki, bölgədəki dostlarımızla, məsələn, Meksika, Kanada, Qvatemala, Honduras, Salvador və Panama ilə çox sıx qarşılıqlı fəaliyyətdəyik. Onlarla sərhədlərin toxunulmazlığı və xalqlarımızın tərəqqisini təmin etmək üçün əməkdaşlıq edirik. Bizimlə fəal işbirliyi və güney sərhədlərimizə 27 min hərbçi göndərdiyinə görə Meksika prezidenti Lopes Obradora təşəkkür etmək istəyirəm. Meksika bizə özəl sayğı göstərir, mən də onlara sayğı ilə yanaşıram.

Biz qanunsuz mühacir axınını dayandırmaq üçün ABŞ-da görünməmiş addımlar atmışıq. Bizim sərhədləri qanunsuz keçənlər, xahiş edirəm, qulaq asın, bu qaçaqmalçılara pul ödəməyin, bu adamları sərhədlərdən qeyri-leqal keçirdən cinayətkarlara pul verməyin, özünüzü təhlükəyə məruz qoymayın, çünki biz sizi belə də qəbul etməyəcəyik. Sizi əlüstü geri evə göndərəcəklər. Nə qədər mən ABŞ-ın prezidentiyəm, sizi bizim ölkəyə buraxmazlar. Biz qanunlarımızın icrasını və sərhədlərimizin təhlükəsizliyini təmin edəcəyik. Qərb yarımkürəsinin bütün ölkələri bizim ölkələrə daha yaxşı gələcək təmin etməyə çalışır. Bölgəmiz böyük potensiala sahibdir, onun gerçəkləşdirilməsi gərəkən xeyli imkan və səyləri var. Biz bu vəzifələri yerinə yetirmək niyyətindəyik. Bizim yarımkürədə innovasiya və uğurlardan istifadəyə hazır milyonlarla işsevər gənc var, amma gənclərin bütöv bir nəsli başqa ölkədə daha yaxşı yaşayış axtarışı ilə öz evini tərk edirsə, bu ölkələr öz potensiallarını gerçəkləşdirə bilmir. Biz istəyirik ki, bölgəmizin bütün ölkələri, bu ölkələrin xalqları da azadlıq və barış şəraitində tərəqqi etsin. Biz bu ölkələrin amansız təqib və repressiya mühitində yaşayan xalqlarını da dəstəkləməyə hazırıq. Bu, Kuba, Nikaraqua və Venesueladır.

BMT-nin insan haqları üzrə Şurasının bu günlərdə dərc edilmiş məruzəsinə görə, Venesuelada qadınlar qida məhsulları almaq üçün on saat növbədə dururlar. Siyasi motivlərə görə uşaqları həbs edirlər. Çağdaş ölüm eskadronları məhkəmə və istintaqsız insanlara divan tuturlar. Diktator Maduro Kubanın oyuncağıdır, onu kubalı cangüdənlər qoruyurlar, Kuba isə bu arada Venesuelanın neft sərvətini qarət edir ki, özünün  korrupsiyalaşmış kommunist rəhbərliyini dəstəkləsin. ABŞ və tərəfdaşlarımız bundan qabaqkı çıxışımdan sonrakı dövrdə Venesuelanın qanuni hökumətini tanıyan 55 ölkədən ibarət koalisiya qurub.

İstəyirəm ki, Venesuela vətəndaşları bilsinlər: Amerika sizin yanınızdadır. ABŞ artıq ən yaxın vaxtda ölkəyə böyük həcmdə humanitar yardım göndərməyə hazırdır və biz Venesuelada durumun inkişafını çox diqqətlə izləyir və ölkədə demokratiyanın bərpa olunacağı günü gözləyirik. Venesuelanın azad olacağı və azadlığın bütün yarımkürədə hökm sürəcəyi günü.

Ölkəmiz üçün ən ciddi çağırışlardan biri cəmiyyətləri, ölkələri dağıdan sosializm kabusudur. Venesuela hadisələri hamımızın yadına salır ki, sosializm və kommunizmin mahiyyəti bərabərlik və ədalətdən ibarət deyil. Onda deyil ki, yoxsulluğa qalib gəlinsin və əlbəttə, millətin rifahına qayğı da deyil. Sosializm və kommunizmin yeganə hədəfi hakimiyyətin hakim sinfin əlində olmasıdır. Və artıq ölkəmizdə dediyimi bu gün bir də bütün dünyaya söyləmək istəyirəm ki, Amerika heç zaman sosialist ölkəsi olmayacaq. Sosializm və kommunizm son yüzillik boyunca yüz milyon insanın ölümünə səbəb olub. Təəssüf, biz görürük ki, Venesuelada həlak olanların sayı çoxalır. Bu totalitar ideologiya çağdaş texnologiyalarla uyuşaraq təzyiq və ağalığın yeni formalarını törədə bilər. ABŞ məhz buna görə texnologiya və yatırım seçimi məsələlərində bizim məlumatları qorumaq məqsədilə yeni addımlar atır. Burada təmsil olunan bütün ölkələri də təkidlə belə hərəkət etməyə çağırırıq. Azadlıq və demokratiyanı daim qorumaq gərəkdir, biz bunu həm ölkəmizdə, həm də xaricdə həmişə qorumalıyıq.

Biz eyniliyə və nəzarətə can atanlara şübhə ilə yanaşırıq. Hətta azad ölkələrdə də azadlığa yeni təhdidlər meydana çıxır. KİV və sosial şəbəkələrin azacıq sayı böyük nüfuz qazanır – deyə biləcəyimiz gördüyümüzə təsir edir. Onlar iddia edirlər ki, siyasi zümrə insanların maraqlarına, demokratik normalara, guya, məhəl qoymur. KİV-lər və akademik çevrələrin təmsilçiləri dəyər və ənənələrimizi hücuma məruz qoyurlar. Mənim administrasiyam sosial şəbəkələrə tam aydın şəkildə eyham vurur ki, söz azadlığını qətiyyətlə qoruyacağıq və yol vermərik ki, sosial şəbəkələrin bu nəhəngləri azad xalqı susmağa vadar etsin. Xalq onun qonşularını susdurmağa çalışanların əməllərinə heç vaxt qol qoymayacaq. İnsanların hamısının ləyaqətin tapdalanmadığı şəraitdə yaşamaq hüququ var. Mənim administrasiyam buna görə də başqa ölkələrlə qarşılıqlı iş görür ki, cinsi azlıqların təmsilçilərinə münasibətdə cinayətlərə son qoyulsun. Biz cinsi yönə görə başqa ölkələrdə təqib edilən LGBT cəmiyyəti təmsilçilərinin təşkilatları ilə qarşılıqlı iş görürük. Biz qadınların cəmiyyətimizdəki rolunu da dəstəkləyirik. Qadınlar cəmiyyətimizin təhlükəsizlik və sabitliyin yüksəlməsinə şərait yaradırlar. Buna görə də bu, təkcə ölkənin tərəqqisinə münasibətdə deyil, həm də milli təhlükəsizlik baxımından önəmlidir. Qadınların iqtisadiyyat sahəsində irəliləməyinə şərait yaratmaq vacibdir. Mənim administrasiyam qadınların tərəqqisini təmin etmək üçün kürəsəl proqramla çıxış edib. Bu təşəbbüs çərçivəsində ilk addım planetin müxtəlif nöqtələrində bütün qadınların mülkiyyətə sahib olmağa hüquqi qayda, kişilərin də işlədiyi sahələrdə işləmək, azad yer dəyişmək hüququ, kreditlərə və uyğun kredit təşkilatlarına çıxış qazanmalarına yönəlib.

Dünən müxtəlif ölkələrin liderləri ilə ABŞ-ın dini liderləri və din azadlığını qorumağa qəti hazır olduğundan danışmışıq. Bu təməl hüquq bu gün təhlükə altındadır. İnanmaq çətindir, lakin planet əhalisinin 80%-i inanc azadlığı üçün təhlükə olan, ya da bunun ümumiyyətlə olmadığı ölkələrdə yaşayır. Amerikalılar azadlıq, din və inanc azadlığını qorumaq üçün bütün səylərini qoyacaqlar. Biz hamı üçün din azadlığı prinsiplərini gözləməyə hər cür şərait yaradacağıq. Amerikalılar habelə həyatın müdafiəsi üçün çıxış edəcəklər. Bəllidir ki, vergi verənlərin pul ödədiyi abort hüququ verməyə yönəlmiş müxtəlif layihələr var. Məmurlar həyat hüququnu qorumaq niyyətində olan ölkələrin suverenliyini poza bilərlər. Biz Amerikada hesab edirik ki, hər bir uşaq – dünyaya gələn də, hələ doğulmayan da – Tanrı hədiyyəsidir və ABŞ buna görə də vətəndaşlarımızın hüquqlarını pozmağa yol verməz – o cümlədən, özünümüdafiə hüququnu. Buna görə bu il elan etmişəm ki, ABŞ-ın qanuna tabe olan vətəndaşlarının azadlığı üçün təhlükə olan silah alveri haqda müqaviləni ratifikasiya etmirik. Biz həmişə silaha yiyələnməyə və silah gəzdirməyə konstitusiya hüququmuzdan çıxış etmişik. Konstitusiyamıza ikinci düzəlişi həmişə müdafiə edəcəyik. Amerikanın bu gün uğrunda çıxış etdiyi əsas qaydalar bizim əsas sənədlərimizlə nəzərdə tutulub. Ölkəmizin qurucuları həmişə bundan çıxış ediblər ki, bizə heç kim nəzarət edə bilməz. Tiraniya müxtəlif cür bəlirlənir, amma həmişə ağalığa can atmağa keçir. О, bütün vətəndaşların maraqlarını deyil, yalnız kiçik bir qrup adamın  maraqlarını qorumağa yönəlib. Biz bundan çıxış edirik ki, Amerikada hakimiyyət məğrur və müstəqil xalqın inkişafında daha çox marağı olanlara məxsusdur. Vətəndaşlar öz tarixi köklərini nəzərə almaqla, öz mədəniyyətlərinə söykənməklə inkişaf etməli, öz dəyərlərinə, xalqına sadiq olmalı, bilməlidirlər ki, gələcəyi onların özləri quracaq, amma bundan məhrum ola bilərlər. Onlar öz ölkələrinin  vətənsevəri və öz talelərinin ağası olmalıdırlar. Azadlıq, təhlükəsizlik və demokratiyanı yalnız vətənsevərlərin iradə və sadiqliyi sayəsində təmin etmək olar. Biz burada təzyiqə, tiraniyaya qarşı çıxırıq. Biz bundan çıxış edirik ki, ənənələr yaratmaq gərəkdir, biz dostluq münasibətləri qurmağa çalışırıq, barışa can atırıq. Öz ölkəmizə sevgi dünyanı bütün ölkələr üçün yaxşı edir. Buna görə də bu gün burada olan liderlər missiyamızı yerinə yetriməkdə bizi dəstəkləyə və ən böyük töhfə verə bilərlər. Bu, öz tarixinizi, mədəniyyətinizi dəyərləndirəndə, öz vətəndaşlarınızın qədrini biləndə, ölkəniz güclü, çiçəklənən, vicdanlı olanda mümkün olacaq. Siz öz xalqınızın ləyaqətinə sayğı göstərəndə, hər şeyə gücünüz yetəcək. Ölkələrimiz daha da böyük olanda, gələcək daha parlaq olur. Xalqımız xoşbəxt olacaq və işbirliyimiz möhkəmlənəcək.

Tanrının yardımı ilə azadlığın düşmənlərini enə, insan uğurlarında yeni zirvələrə çata bilərik, özümüz üçün köhnə həqiqətləri kəşf edə, sirləri başa düşə, dostluğu təmin edə və ölkələr arasında indiyədək heç vaxt olmamış harmoniyaya yetişə bilərik.

Hörmətli liderlər! Barış və ədalətə yol bütün bəşəriyyət üçün öz evindən başlanır.

Sizə təşəkkür edirəm, qoy Tanrı sizi uğurlarsın. Tanrı dünya ölkələrini uğurlasın. Tanrı Amerikanı uğurlasın!

Sizə təşəkkür edirəm!”

635x100

Şərhlər

Arif 2019-09-28 15:15:07

Yenədə yazmırsan olmur. Bəyəm qlabalaşmanı ABŞ və müttəfiqləri diqtə etmir, qonşulara sayğı ilə yanaşmağa imkan verirsiniz, bütün qitə ölkələrini qonşuları ilə ya milli, ya coğrafi, bunlar olmayanda, iqtisadi münaqişələr yaradaraq idarə edirsiz.Musalmanın nəyi düz olmasada "Avazın yaxşı gəlir oxuduğun quran olsun"kəlamı bir başa ingilis siyasətinə aiddir.

Elxan 2019-09-28 15:15:07

Super

Son yazılar