HACIYEVİN BACANAĞI AZADLIĞA BURAXILDI - 100 milyon mənimsəməkdə ittiham olunurdu...

Azərbaycan Beynəlxalq Bankın (ABB) hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin bacanağı İsmayıl Hidayət-zadə həbsdən azad edilib.

"AzPolitika.info"ya daxil olan məlumata görə, "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən külli miqdarda kredit götürərək qaytarmamaqda günahlandırılan və mənimsəmədə təqsirləndirilən "İntertabakko" Zaqatala Tütün Emalı Zavodunun sabiq direktoru İsmayıl Hidayət-zadə sentyabrın 27-də Nizami rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılb.

Qeyd edək ki, İsmayıl Hidayət-zadə 4 il əvvəl - 2015- ci ilin avqust ayının 24-də  Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən saxlanılıb.

"İntertabakko" Zaqatala Tütün Emalı Zavodunun direktoru olmuş İ.Hidayət-zadə "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən 100 milyon dollar kredit götürərək qaytarmamaqda təqsirli bilinib. İ.Hidayət-zadə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

8 oktyabr 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ.Hidayət-zadə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.

Ancaq ötən il Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə İsmayıl Hidayət-zadənin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılaraq, onun cəzası 7 il-dən 5 ilə endirilib.

Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin başqa bir cinayət işi üzrə bu ayın əvvəli başa çatan məhkəmə prosesindən sonra isə İsmayıl Hidayət-zadə əvvəlki cəzası toplanmaqla 5 il 6 ay azadlıqdan məhrum edilib.

İsmayıl Hidayət-zadə ona kəsilən cəzanın 4 ilin çəkdiyindən, görünür üçdə iki ilə azadlğa buraxılb. Ancaq maraqlıdır, onun mənimsədiyi iddia olunan 100 milyon dolların qaytarılması təmin edilibmi?

AzPolitika.info

635x100

Şərhlər

Şəki-Bazarının Səhmdarı 2019-09-30 14:38:19

Cahancir Hacıyevin bacanağı İsmayıl Hidayət-zadə milyonları mənimsədiyinə görə həbs edilmiş,bir neçə il yatdığından sonra azadlığa buraxıldı..Şəki-Bazar ASC-nin sahibi İsmayıl Hidayət-zadədir. İ.Hidayət-zadə Şəki-Bazar ASC-nin sahibi olduğu illər ərzində vergidən yayınma halları hökm sürür,ildə nə azı ildə 600,0-700,0 min manat vergidə yayınır, Vergilər Nazirliyi tərəfindən göz yumulur...? SSRİ dönəmi olseydi,belə adamlara ölüm cəzası verilərdi və əmlakları müsadirə olunardı...?

Vaqif 2019-09-30 14:38:19

под судимый ваш последний слова. -10000000$!!! Суд удаляеться на совещание,

Vətəndaş 2019-09-30 14:38:19

Özünü də buraxacaqlar. Atılmış milyardları ört-basdır oyunudur

Xəzinədar-KasSirr 2019-09-30 14:38:19

Milyonlar, ya milyard manat yüz min deyil ki, biri yeyib-içə və ya bir ev tikdirə? Dənizə töküb, küləyə buraxdılarmı ki, yox olsun?

yalçın 2019-09-30 14:38:19

onun sağını bitdi

Son yazılar