CƏBRAYILOVUN QARDAŞI TƏCİLİ BAKIYA QAYITDI - Deputat şikayətçilərlə görüşdə ağlayıb

Millət Vəkili Rafael Cəbrayılovla bağlı yeni məlumatlar yayılmaqda davam edir. Yenisabah.az-a daxil olan xəbərə görə, deputatın qardaşı Elşən Cəbrayılovun rəhbərlik etdiyi Dərhal MMC-nin külli miqdarda borcu üzə çıxıb. Bu haqda saytımıza məlumat verən mənbə bildirir ki, bu vaxta qədər R. Cəbrayılov öz statusundan istifadə edərək həmin borcun ertələnməsinə nail olub.

“Həmin şirkət 30 bina tikib. Onlardan 23-nün heç bir vergisi verilməyib. Rafael özü etiraf edir ki, həmin verginin ödənilməsinin ləngiməsini o edib. Əvvəl nüfuzu vardı, buna nail ola bilirdi. Amma bir də onda ayılıb ki, 1.6 milyon vergi borcu yaranıb. Elşən də həmin pulları da götürərək ölkədən gedib.

Həmçinin o da ortaya çıxıb ki, bunlar bir mənzili və obyekt yerlərini bir neçə nəfərə satıblar. Məsələn doktor Yusif Orucovun 240 min dollarını alıblar, müqavilə bağlayıblar. Amma müqavilədə ona verilməsi nəzərdə tutulan obyekt yeri başqasına satılıb. Hazırda həmin yerdən başqa bir adam istifadə edir”.

Xəbərdə o da bildirilir ki, qardaşı deputatı hələ uzun müddət əvvəldən aldadırmış. Rafael Cəbrayılov deputat olduğuna görə şirkəti qardaşının adına yazdırıb və bütün səlahiyyəti ona verib: “O da mənzilləri dostlarınının, özünə yaxın olan şəxslərin adına keçirib. Hətta Rafaelin indi yaşadığı villa da deputatın adına deyil. Elşən onu Nurəddin adlı dostunun adına keçirib”.

İndi bu vəziyyət yaranıb və R. Cəbrayılov qardaşına təklif edir ki, bəzi yerləri satıb borcları qaytaraq. Məsələn, Gənclər Şəhərciyində Bazar deyilən yerin 1.5 milyon, “Avtoservis” deyilən yerin 2 milyon qiyməti var.

Və yaxud 8-ci mikrarayonda ofis var, hansı ki, Elşən özü də həmin binada yaşayır. Oranın da 2 milyon qiyməti var:Rafael Cəbrayılov təklif edir ki, ya onlar satılıb borclar qaytarılsın, ya da elə borclulara verilsin”.

Əldə etdiyimiz digər xəbərə görə, R. Cəbrayılovun qardaşı Elşən Cəbrayılov təcili olaraq Azərbaycana qayıdıb. Bunu ondan R. Cəbrayılov tələb edib. Bu günlərdə şikayətçilərin bir qrupu ilə görüşən deputatın qardaşı haqda xoş ifadələr işlətmədiyi, “onun başına oyun açdığını” deyib: “Görüşdə Rafael Cəbrayılov hətta ağladı. Birinci gün onun deputatlıqdan istefa verəcəyi gözlənilir. Hətta cinayət işinin açılması da ehtimal olunur. Bu da deyir ki, qardaşlarım məni necə yandırdılarsa, mən də onları elə yandıracağam”.

Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan toplam 840 min ABŞ dolları (Təranə Fətəliyeva 300 min, Xatirə Nəcəfova 300 min, Yusif Orucov 240 min) məbləğində pul alıb. Bu pullar deputata Binəqədidə inşa etdiyi binalardan mənzil alınması üçün verilib. Lakin indiyə həmin şəxslərə nə mənzil verilib, nə də pulları geri qaytarılıb. Rafael Cəbrayılovu ictimai hədəfə gətirən təkcə külli miqdarda borcu olması deyil. Məsələ burasındadır ki, o, bu pulları qaytaracağına əminlik yaratmaq III və IV çağırış deputat vəsiqələrini girov qoyub.

Məsələ ilə bağlı deputatın və qardaşının mövqeyini dərc etməyə hazırıq.

635x100

Şərhlər

VƏTƏNDAŞ 2019-09-28 20:28:31

Komitə sədri Hicran Hüseynova Rəfayeldən də şox karrupsiyayla məşhurdur. İşədüzəltmə adıyla vətəndaşlardan yığdığı pulları (170.000 dollarları)sabiq aparat rəhbərinin üzərinə ataraq ölkədən ailəliklə çıxardıb kənarda maliyyələşdirir.Buda bir az səs küy salacaq Sonra Hicran kimi Dövlətin kreslosunda oturaraq "ÖZ İŞİ" ilə məşğul olacaq.Yəni "İŞİNİ"davam etdirəcək.

Yusif 2019-09-28 20:28:31

Milli Məclisin deputatları,nazitrlər,icra başçıları və digərləri Azərbaycan qanunlarını heçə sayaraq rüşvət,kommersiya,büdcə yeyintisi,fırıldaqlar edirsə Siz bu yetim Rəfaeldən nə istəyirsiniz? Nə düşmüsünüz Rəfaelin üstünə?Guya digər deputatlar ondan təmizdi?

EJDER 2019-09-28 20:28:31

HAMINIZ QUSAJAQSINIZ,AZ QALIF

dadaşyev 2019-09-28 20:28:31

Bəlkə də deputat vəsiqəsinin özünü yox,dublikatını çıxartdırıb girov qoyub.Çünki belə başa düşdüm ki,iki və daha artıq yerə girov qoyub pul götürüb.Maşının generalnı doverennostu,diplom-filan itəndə gedib dublikatını çıxarırıq haa,bax onnan.Üstünə də yazırlar dublikat.Onnandu?Və ya onnandı kınq?Bir də,notarial qaydada deputat vəsiqəsini girov qoyub?Orası anlaşılmadı.Necə yəni notarial qaydada?O notariusda işləyənlər görməyiblər ki,bu deputat vəsiqəsidi?Neynirrroaaəəbunnar?

Səlim 2019-09-28 20:28:31

Vay-vay nələrin şahidi oluruq. Gör quzunu kimlərə tapşırıblar. Ölkə vətəndaşlarının sərvəti necə etibardan sui-istifadə edib deptat dələduzluq edib ələ keçirib. Nə qədər deptatlıqdan istifadə edib sərvət ələ keçiriblər. Belə adamları deptat çeçəllər yəni. Gör o biri deptatlar nə gündədir, hələ sədri, müavinləri demirik. vay-vay bunlar bu ağılla hara getmək, nə etmək istəyirlər......

Oğuz 2019-09-28 20:28:31

Bəs indiyə kimi hüquqmühafizə orqanları hara baxıb? Nə üçün öz vəzifə borclarını yerinə yetirməyiblər? Deputatdan qorxublar,yoxsa ... Bir də ki,Cəbrayılov kimiləri azdır? ....

Edalet 2019-09-28 20:28:31

Hansi zasluqalarina gore bu Rafael her cagiriwda deputat sechilir? Kupcasi olmayan MTK larin hamisi camaatin bawina bele oyunlar acir.MTK lar kupca(cixariw) vermey maraginda deiller.Ele MTK lar var ki,hetta 6000 manat pul almamiw lazim olan senedi vermir....

EMIN 2019-09-28 20:28:31

ManI’m Elsan Cabrayilovla 8-9 il i$ birliyim olun. O insan biznesda cox duzgundu

EJDER 2019-09-28 20:28:31

AYE,SEN TEK DEYILSEN .MILLI MECLISDE BIZNESS ILE MEWQUL OLAN MOWENNIK COXDUR,LUKAWENKO CANI.HA HA HA BIZ ANALOQU OLMAYAN INKIWAF EDIRIK,INANAN DAWA DONSUN

dadaşyev 2019-09-28 20:28:31

davamı:Yəni ticarətlə məşğul olması qanunla qadağan olunduğu üçün qardaşının adına yazdırdığı obyektlərdən dövlətə olan öz vergi borcunu deputat olduğu üçün vermək istəməyib.O kadar net yani kardeşim.Məbləğ də arta-arta gedib deyə vergi işçiləri dirəşiblər,bu da va-bank getməyə məcbur olub.Deputat vəsiqəsini girov qoyub ki,vermədiyim vergiləri yarım saata gətirirəm,bir deputat kimi vəsiqəmə and içirəm.Və cumub Məşdiba,ee,nədi o,xanımın yanına.Yox,vəsiqəni xanıma verib,nə Məşdibad əşi,sən də qoy görək,əh.

dadaşyev 2019-09-28 20:28:31

Aaaa!Bu boyda həngamələrdə qardaşlarını təqsirləndirərək Cəhrə arvad kimi sudan quru çıxmaq istəyir.Hər şey bir yana,deputatlığından istifadə edərək dövlətin vergi borcunu gecikdirməyin dövlətə qarşı ağır cinayət olduğunu bilmirmi bu görəsən?Əcaibliyə bax,xalqın deputatı,dövlətin ali qanunverici orqanının səlahiyyətli nümayəndəsi ona bu böyük səlahiyyəti etibar edən dövlətə qardaşının vergi borcunu ödəməsinə elə o səlahiyyətindən istifadə edərək mane olur.(P.S.-Borc kağızda qardaşının adınadı,amma özünündü)

Son yazılar