Avtobus dairəvi yolda yük maşını ilə toqquşdu - Foto

Bakı dairəvi yolunda növbəti ağır qəza baş verib.

Hadisə yerində olan əməkdaşımızın verdiyi xəbərə görə, "Sədərək" yarmarkası istiqamətində irəliləyən sərnişin avtobusu əks tərəfdən gələn yük maşını ilə toqquşub. Ölən və yaralananlar var.

Hadisə yerinə təcili yardım maşınları cəlb olunub və onlar yaralıları xəstəxanaya daşıyıblar. Yol bağlanıb.

Qəzanın hansı sürücünün günahı üzündən törənməsi yol polisləri tərəfindən araşdırılır. /musavat.com

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar