KLİNTON TRAMPI ABŞ-a XƏYANATDƏ GÜNAHLANDIRIB – "Bizim ölkəmizi satıb"

Amerika Birləşmiş Ştatlarının (ABŞ) eks-dövlət katibi və 2016-cı ildəki prezident seçkilərində indi fəaliyyətdə olan prezident Donald Trampın rəqibi olmuş Hillari Klinton ABŞ-da sürət götürən yeni qalmaqala reaksiya verib və prezidentin ünvanına sərt ifadələr səsləndirib.

«Bu, amansız reallıqdır və biz, fəaliyyətə keçməliyik» - deyə, Klinton bəyan edib və Trampa yönəlik impicment prosedurunu dəstəklədiyini bildirib. Eks-dövlət katibi bu barədə özünün «Tvitter» səhifəsində yazıb.

«Birləşmiş Ştatlarn prezidenti bizim ölkəmizi «satıb». Bu, siyasi bəyanat deyil – amansız reallıqdır və biz, fəaliyyətə keçməliyik. O, bizləri güclü və azad edən dəyərlərə açıq təhlükə təşkil edir» - deyə, Hillari qeyd edib.

Artıq xəbər verildiyi kimi, sentyabrın 24-də ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri, Demokrat partiyasının liderlərindən biri olan Nensi Pelosi Donald Trampa yönəlik impicment prosedurunun başlandığını elan edib. Buna səbəb isə «The Wall Street Journal» qəzetində, Trampın telefon danışığı zamanı Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiq göstərməsi barədə materialın dərc edilməsi olub.

AzPolitika.info

635x100

Şərhlər

Mİrzə AĞ 2019-09-29 11:39:02

Şəkilə diqqət yetirin: Bööö... mööö...

Son yazılar