Həccin vaxtı açıqlandı

Azərbaycanın ilk zəvvar qrupu sentyabrın 24-də yola düşəcək

Həcc ziyarətinin vaxtı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızovun ANS PRESS-ə verdiyi məlumata bu il ziyarət sentyabrın 23-dən başlanacaq. Zəvvarlar son bir necə ildə olduğu kimi ziyarətə təyyarə ilə yola düşəcəklər.

Zəvvarların ilk qrupu sentyabrın 23-dən 24-ə keçən gecə saat 01:40-da yola düşəcək. Növbəti reyslər isə sentyabrın 25-i və 28-i olacaq. Zəvvarların qayıdışı isə 11-15 oktyabra nəzərdə tutulub.

Ziyarətə gediş Səudiyyə Ərəbistanının “Nas” milli avia şirkəti, qayıdış isə Azərbaycan Hava Yolları (AZAL) vasitəsilə həyata keçiriləcək.

M.Payızovun ANS PRESS-ə verdiyi məlumata görə, Ebola virusunun yayılması ilə əlaqədar Səudiyyə Ərəbistanı 3 ölkənin vətəndaşlarına viza verməyib. Bunlar Qvineya, Liberiya və Sierra Leonedir. Zəvvarların gələcəyi ölkələrə tövsiyə xarakterli təlimatlar göndərib. "Təlimatda gigiyenik qaydalara riayət etmək, ünsiyyət zamanı çəkinmək kimi məsləhətlər yer alıb".

Xatırladaq ki, bu il 3600 zəvvar Həcc ziyarətinə yola düşəcək. Ziyarətlə bağlı bütün lazımi tədbirlər görülüb, zəvvarların nəqliyyat, qalmaq və qidalanmaqla bağlı bütün məsələləri həll edilib. Ziyarətin qiyməti 3250 və 4000 manatdır. Qiymətdəki fərq zəvvarların qalacağı otellərlə, oradakı şəraitlə bağlıdır.

Bu il Qurban bayramı oktyabrın 4-nə təsadüf edir. Buna görə zəvvarlar oktyabrın 3-ü Ərəfat dağına çıxacaqlar. Oktyabrın 4-də isə şeytana daş atma mərasimi keçirəcək

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar