Avstriya parlament seçkilərində Kurtsun partiyası 37 faiz səslə liderlik edir

Avstriyada vaxtından əvvəl keçirilən parlament seçkilərində səslərin 46 faizi hesablanıb.

"Report"un TASS-a istinadən məlumatına görə, səsvermənin nəticələrinə əsasən beş partiya 4%-lik baryeri keçib.

Belə ki, Sebastian Kurtsun rəhbərlik etdiyi Avstriya Xalq Partiyası səslərin 37 faizini toplayıb. Sosial-Demokrat Partiyası 22 faiz, sağçı Avstriya Azadlıq Partiyası 16 faiz səs toplayıb.

14 faiz səslə Yaşıllar partiyası dördüncü, Yeni Avstriya partiyası isə 8 faiz səslə beşinci yerdə qərarlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar