Ağstafada kürəkən qayınatasına balta ilə ağır xəsarət yetirib

Ağstafa rayonunda 57 yaşlı kişiyə kürəkəni tərəfindən ağır xəsarət yetirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.

Ağstafa rayon sakini, 1962-ci il təvəllüdlü Mehdiyev aydın Qurban oğlu yaşadığı evin həyətində başından balta ilə ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib və cərrahiyyə əməliyyatı olunub.

Yaxınlarının bildirdiyinə görə, hadisəni mübahisə zəminində kürəkəni törədib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar