Türkiyə aviasiyası Suriya ilə sərhəddə naməlum PUA-nı vurub

Türkiyə hərbi hava qüvvələri Suriya ilə sərhəddəki Kilis bölgəsində naməlum pilotsuz uçan aparatı (PUA) vurub.

APA xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“Hansı dövlətə mənsub olduğu və tipi müəyyən edilməyən PUA sentyabrın 28-də “Ərəfat qalxanı” əməliyyatı rayonunda və Kilis əyalətinin qərbində Türkiyənin hava sərhədini altı dəfə pozub. Yerli vaxtla saat 13:24-də o, İncirlik aviabazasından qalxan iki “F-16” qırıcıları tərəfindən vurulub”, - məlumatda belə deyilir.

Qeyd olunur ki, PUA-nın qalıqları Kilis əyalətinin ərazisindəki Çıldıroba hərbi bazasının bölgəsinə düşüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar