“Yəhudiləri Azərbaycanda yaşamağa çağırıram” - İcma sədri

“Mən həmişə deyirəm ki, yəhudilərin dünyada yaşamağa yeri yoxdursa, Azərbaycana gəlsinlər, burada hamımıza yer var”.

APA-nın məlumatına görə, bunu Alban-udi Xristian İcmasının sədri Robert Mobilinin Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeniylə təltif edilməsi münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində keçirilən tədbirdə Bakı Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev deyib.

M. Yevdayev bildirib ki, Azərbaycanda antisemitizm yoxdur və bunu hər zaman dünyada bəyan edirlər: “İsrailin müdafiə naziri Qubada Qırmızı Qəsəbəyə yarım saat qonaq gəlmişdi, saat yarımdan sonra getdi. İsrailin xarici işlər naziri də yarım saatlıq gəlmişdi, o da iki saata qədər qaldı. Çünki necə gözəl yaşadığımızı görürlər. Ona görə də yəhudiləri Azərbaycanda yaşamağa çağırıram. Əgər biz yəhudilər 2 min ildir ki, buradayıqsa, hələ 2 min il də burada olacağıq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar