İŞDƏN ÇIXARILAN İCRA BAŞÇISI SABİQ NAZİRİN DAYISIDIR - "70 yaşım var, eybi yox..."

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ənvər Qasım oğlu Seyidəliyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

"AzPolitika" xəbər verir ki, dövlət başçısının digər sərəncamı ilə Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Ənvər Seyidəliyev sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun dayısıdır. 

Ə. Seyidəliyev redaktor.az-a açıqlama açıqlamasında işdən çıxarılması qərarına çox müsbət yanaşdığını deyib:“Allah prezidentimizin canını sağ eləsin. Bundan sonra məqsədim ancaq dövləti və dövlətçiliyi qorumaq, Prezidentin arxasınca getmək, onun tapşırıqlarını yüksək səviyyədə yerinə yetirmək olacaq. Mənim 70 yaşım var. İş olsa, işləyəcəm, olmasa da, eybi yox. Ancaq qəlbən cənab prezidentə dəstək nümayiş etdirəcəm”.

 

635x100

Şərhlər

Araşdırmaçı 2019-09-30 17:31:28

Cənab Prezident Şəki yaddann çıxıb ayda on gün işdə olmayır ? Şəkinin inkişafı üçün İcra hakimiyyətində köklü kadr dəyişliyi aparılmasına köməklik göstərin cənab Prezidentimiz..İH-nin kreslosunu artıq özəlləşdiriblər ?

sual 2019-09-30 17:31:28

Utanmasan deyirəm toyda neynəməyə nə var ki? Yox hələ gəl bir prezidentdən narazi da qal. ?0 yox 170 il kecsədə sən bu yıxdiğin varin 10 faizinə layiq dəyilsən Kim idin indi gör nələrin var. Adi bir yol işçisi olubsan bax da milyonlarının satını bilmirsən.Haram deyib yığırlar sonra da rahatca yeyib yaşayirlar belə öıkə harda var ki?

dadaşyev 2019-09-30 17:31:28

"Mənim yetmiş yaşım var.İşim yoxdu,eybi yoxdu,əzəmətli villalarım,başqalarının adına obyektlərim,rəngli karandaşım var."(Sərbəst şer yoldaş dadaşyevdən).

dadaşyev 2019-09-30 17:31:28

Vəzifəyə o qədər həris insanlarıq ki,70 yaşımız olanda da gözümüz kreslodan doymur.Bir yapon,ingilis,alman bunun yerində deyərdi ki,daha bu yaşdan sonra nə iş,ömrümün qalanını nəvə-nəticələrimlə keçirəcəyəm,onların əlindən tutub parka,bulvara gəzməyə aparacağam,asudə həyat sürəcəyəm,qoy gənclərimiz işləsinlər,işsizlikdən ləlöyün döyürlər küçələrdə.Biz niyə beləyik,a millət?!Niyə?!Nə vaxt düzələcəyik?!Başqa millətlər Ayda,Marsda yaşamaq üçün yollar axtarır,biz vəzifələr burulğanında çürüyüb qalmışıq.

Ağsulu 2019-09-30 17:31:28

SEyidəəliyev (həm Seyid,həm Əli-soyada bir bax!) rüşvət ve yediklərinin əlində qalması üçün başqa n deyəbilər ki? Əlbəttə yaltaqlıq etməyə məcburdur.

Uveys 2019-09-30 17:31:28

70 yaşı var adamin, hele de deyir iş verseler işleyecem. a kişi o dunyaya 2 metr kefenden başqa ne apara bileceksen, o da qismet olsa? sizin kimilerin elinden cavan kadrlar butun hevesden dusub pensiya arzusu ile yaşayirlar ki hansisa sakit kunce getsinler.

EJDER 2019-09-30 17:31:28

HA HA HA MALADES,NECE DEYERLER,,BRAVO,,ESGER.BACI OQLU TALADI GETDI,SAQ YEMESINLAR

Son yazılar