“Metropark”ın yanında yaşayanlar “Azərsu”ya qarşı aksiya keçirəcəklər – YOL BAĞLANACAQ

Bakıda Nərimanov metrostansiyasının yanında, “Metropark” ticarət və əyləncə mərkəzinin arxasında yerləşən Ağa Nemətulla 39, 40, 42 saylı binaların sakinləri etiraz aksiyasına hazırlaşırlar. Buna səbəb 2 ildən artıqdır bu binaların zirzəmiləri və həyətlərinə kanalizasiya sularının axmasına dair şikayətlərinə “Azərsu” və digər qurumların etinasız münasibət göstərmələridir. Bu barədə AzPolitika.info-ya məlumat verən şikayətçilər bildiriblər ki, etiraz aksiyası keçirib, yol kəsməkdən başqa çarələri qalmayıb. Bəlkə bundan sonra onların probleminə diqqət yetirilər.

Qeyd edək ki, bir neçə gün əvvəl AzPolitika.info-nun əməkdaşı Ağa Nemətulla 39, 40, 42 saylı binaların sakinlərinin çağırışı ilə həmin ərazidə olub. Ərazidən çəkilən fotolardan da göründüyü kimi, kanalizasiya suları bu binaların qarşısına axır. Şikayətçilərin dediyinə görə, onlar 2 ildən artıqdır belə anti-sanitariya şəraitində yaşamağa məhkum olunublar. Problemin yaradıcısı isə Azərbaycanın oliqarx-nazirlərindən birinə məxsus olduğu bildirilən “Metropark” əyləncə və ticarət mərkəzidir. Belə ki, bu ticarət mərkəzi 2 il əvvəl istifadəyə verilərkən onun kanalizasiya xətti yaxınlıqdakı yaşayış binalarının kanalizasiya xəttinə birləşdirilib. Lakin 50-dən artıq yaşı olan bu xəttlər əlavə yükü götürə bilməyib. Bu səbəbdən kanalizasiya tez-tez tutulduğundan çirkab sular yolları, binaların zirzəmilərini və həyətləri basır. Yəni minlərlə insanın həyatı təhlükə altında qalır. Ən dəhşətlisi isə odur ki, kanalizasiya sularının basdığı binalardan birinin birinci mərtəbəsində Nərimanov rayonu 37 saylı Körpələr Evi-Uşaq Baxçası yerləşir. Fotolardan da gördüyünüz kimi, baxçanın uşaqları binanın qarşısını basmış kanalizasiya sularının üstündən keçərək içəri daxil ola bilirlər.

Sakinlər deyir ki, 2 il ərzində şikayət etmədikləri instansiya qalmayıb. Dəfələrlə şəxsən “Azərsu” prezidenti Qorxmaz Hüseynovun adına məktub yazıblar. Lakin bütün bu şikayətlərin heç bir nəticəsi yoxdur. Hər dəfə “Azərsu”nun işçiləri gəlib tutulan xəttləri açıb gedirlər, lakin 2-3 gündən sonra yenidən hər tərəfi çirkab suları basır. Birinci mərtəbələrdə yaşayan sakinlər məcburiyyətdən zirzəmilərə dolan çirkab suları nasoslarla küçəyə vururlar.

Kanalizasi suları azmış kimi, “Metropark” ticarət mərkəzinin zibil qutuları da yüzlərlə ailənin yaşadığı binaların 8-10 metrliyinə qoyulub. Bu zibilxanadan ətrafa yayılan üfunət iyi də əlavə bir problemə çevrilərək ərazini yaşanılmaz hala gətirib.

Ş

ikayətçilər bildirirlər ki, növbəti həftənin avvəlində etiraz aksiyası keçirmək, avtomobil yolunu bağlamaq qərarı veriblər.

Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar