Erməni hərbçisi öldürüldü

[caption id="attachment_55594" align="alignleft" width="300"] arxiv foto[/caption]

Azərbaycanın işğal olunmuş torpaqlarında qurulmuş qanunsuz Dağlıq Qarabağ rejiminin hərbi instansiyası sentyabrın 18-də erməni silahlı birləşmələrinin itki verdiyini açıqlayıb.

“Media forum” saytı “Tert.am” agentliyinə istinadla xəbər verir ki, açıqlamada atəşkəsin pozulduğu, nəticədə 1990-cı il təvəllüdlü hərbi qulluqçu Mqer Akobyanın həlak olduğu bildirilir.

Təfsilat açıqlanmır, amma hadisənin cəbhə xəttinin cənub istiqamətində baş verdiyi qeyd olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar