"ŞƏXSƏN TANIDIĞIM ŞƏRƏFİ OLMAYAN İNSANLAR MƏNİ TƏNQİD ETDİ..." - Deputat hələ də Moskvaya xidmət arzusundadır+ VİDEO
Deputat hələ də Moskvaya xidmət arzusu ilə yaşayırmış: " Kommunist Partiyasının biletini hələ də saxlayıram. Cəlil Məmmədquluzadə demiş, bəlkə də, qaytardılar”
Son günlər ətrafında müxtəlif qalmaqallar yaranmış deputat Rəfail Cəbrayılov mətbuat konfransı keçirib.
"AzPolitika.info" məlumat verir ki, özünə yaxın bir qrup jurnalisti toplayıb açıqlama verən deputat mətbuat konfransında özü ilə bağlı yayılan məlumatlar haqda danışıb.
R.Cəbrayılov əvvəlcə “200-dən çox evim var” sözünə aydınlıq gətirib. O bildirib ki, borclu olduğu şəxsə (R.Cəbrayılov konkretləşdirməyib: Fətəliyeva Təranə Rasim qızına olan 300 min dollar borcu nəzərdə tutur, yoxsa Xatirə Nəcəfovaya 300 min dollar borcu) mənzil təklif edib.
Qarşı tərəf etiraz etdikdə isə bildirib ki, orda 200-dən çox mənzil tikilib, mən təmin edərəm, ev satılsın, pul verilsin:“Əfsuslar olsun ki, o məsələ bugünə qədər tam həllini tapmayıb. Belə bir məsələyə görə mənimlə bağlı məhkəməyə müraciət etdilər”.
R.Cəbrayılov məhkəməyə müraciət olunmasını dramatikləşdirməyə ehtiyac olmadığını deyib və bildirib ki, əksinə, məhkəmə prosesinə sevinir: “Çünki ölkə Prezidentinin siyasəti nəticəsində hüquqi dövlət yaranıb və nəinki deputatı, naziri, hər kəsi məhkəməyə vermək olar. Bunun nəyi pisdir ki?”
R.Cəbrayılov həmin şəxsi evinə dəvət etməsi və problemin həllinə çalışmasından peşman olmadığını bildirib:“Həyatım geriyə fırlansaydı, mən yenə bu cür hərəkət edərdim”.
R.Cəbrayılov deyib ki, borc məsələsi müzakirəyə çıxarıldığına görə deputat kimi fəaliyyət göstərmək istəməyib: “Məsələ qardaşım Elşən Cəbrayılova məxsus tikinti şirkəti ilə bağlı idi. Devalvasiyadan sonra vətəndaş Təranə Fətəliyeva ilə qardaşım arasında narazılıq yarandı. Ümumiyyətlə, mənə dedilər ki, bəlkə, istefa verməyə tələsməyəsən, amma mən belə daha düzgün hesab etdim. Bu, Azərbaycanda nadir hadisələrdəndir. Yeni Azərbaycan Partiyasının üzvü deyiləm, ona görə bunu dramatikləşdirməyə ehtiyac yoxdur”.
R.Cəbrayılov ölkəni tərk etməyəcəyini deyib. İqtidara sədaqətli olduğunu iddia edib.
O, borc məsələsinin tez bir zamanda həll ediləcəyini də qeyd edib.
R.Cəbrayılov Heydər Əliyev siyasi kursuna sadiq qaldığını vurğulayıb: “Hazırda İlham Əliyevin siyasi kursuna sədaqətlə xidmət edirəm. Bundan sonra da belə olacaq. Mən tez-tez əqidəsini dəyişən adam deyiləm. Kommunist Partiyasının biletini hələ də saxlayıram. Cəlil Məmmədquluzadə demiş, bəlkə də, qaytardılar”.
Qeyd edək ki, Rəfael Cəbrayılovun bu açıqlaması həm onun siyasi baxımdan nə qədər savadsız olduğunu, həm də hələ də Moskvaya xidmət arzusu ilə " alışıb-yandığını" düşünməyə asas verir. Adamın sözlərində belə anlaşlır ki, yenidən SSRİ-nin bərpasına ümid etdiyi üçün partiya biletini saxlayıb!.
İndi sual olunur, belə düşüncəli birinə kim mandat verib, SSRİ arzusu ilə yaşayan bu adam necə müstəqil Azərbaycanın Milli Məclisinə düşüb?
"AzPolitika.info" deputatın mətbuat konfransını təqdim edir:
Xatırladaq ki, Rəfail Cəbrayılovun öz deputat mandatını girov qoyaraq, kredit götürməsi ilə bağlı məlumatlar yayılıb. Buna görə, R.Cəbrayılov özü Milli Məclisə ünvanladığı müraciətlə deputat mandatından imtina edib.
AzPolitika.info
Şərhlər
Necə yəni bəlkə də qaytardılar?Bu,açıq-aşkar Vətənə xəyanətdir,a kişi.Nədeyirroaəəbu?Buqələmun nəyin yanından keçirsə o rəngə düşə bilir.Amma əgər yaşıl yarpağın yanında sarı yarpaq varsa o sarı yarpağa çatmamış sarı rəngə düşəmməz.Əgər bu adam eyni vaxtda Sovetin qırmızı bayrağı fonunda qırmızı,bizim göy-qırmızı-yaşıl bayrağın fonunda göy-qırmızı-yaşıl görünə bilirsə,demək, şeytana papış tikər bu.Amma bəs buna illərlə göz yumanlar nədir görəsən?
Bəs Komitə sədri Hicran Hüseynova haqqında niyə ölçü?Vətəndaşlardan işə düzəltmə adıyla küllü miqdarda(170 000 dol)pul alıb,Sabiq aparat rəhbəri Səfər İmanovla razılaşaraq onun üzərinə atıb.Hicran Səfəri ailəliklə kənarda maliyələşdirir.Hüquq-Müh orqanları tərəfindən istintaq aparılsada Hicran istintaqa çağırılmadı.Dəfələrlə əsaslı aidolar-vidolar yayıldı heç nə özü başa düşmədi ki,xalxın pulunu qaytarsın,niyə rəhbərlik onun haqqında ölçü götümədi?Hələdə oturub DÖVLƏTİN kreslosunda "ÖZ İŞİNİ"davam etdirir.
Bəs Komitə sədri Hicran Hüseynova haqqında niyə ölçü?Vətəndaşlardan işə düzəltmə adıyla küllü miqdarda(170 000 dol)pul alıb,Sabiq aparat rəhbəri Səfər İmanovla razılaşaraq onun üzərinə atıb.Hicran Səfəri ailəliklə kənarda maliyələşdirir.Hüquq-Müh orqanları tərəfindən istintaq aparılsada Hicran istintaqa çağırılmadı.Dəfələrlə əsaslı aidolar-vidolar yayıldı heç nə özü başa düşmədi ki,xalxın pulunu qaytarsın,niyə rəhbərlik onun haqqında ölçü götümədi?Hələdə oturub DÖVLƏTİN kreslosunda "ÖZ İŞİNİ"davam etdirir.
komsomolçu-kommunist-kapitalist-burjua-ateist-dindar, beynəlmiləçi-millətçi..manqurdluğun son mərhələsi deyilmi bu dönüşmələr?
Yazının müəllifi sanki Azərbaycanda yaşamır,aydan gəlib.Ay kişiAZərbaycanda mandatın siyahi ilə verildiyini,bu siyahinin Əli Əhmədov və Siyavuşun tərtib etdiyini bə nə üçün etdiyindən hələ xəbərin yoxdiur? Mandatın qiymətini bilmirsən? Qalı məsələ Cəlil Məmmədquluzadə məsələsinə,o da Gəbrayılovun çıxışında kursa sədaqətli olması ilə yenidən ortaya atılmaq həvəsində olduğuna işarədir. Bir də guya Milli Məclisdə Cəbrayılov kimiləri azdır?Sadəcə onlar bir az Cəbrayılovdan fərasıtlidirlə
BÜTÜN SECİCİLƏRİNİ GİROV QOYAN BİR DEPUTATI YER-GÖY GÖRÜBMÜ?
Muellim danismasa daha yaxsi olardi .mence o hec kime ve hec neye sadiq adam olmaz.menim fikrimce.sadece o komnist biletini qabartmaqla yapci olmadigini vurgulayir..yeni bele meslehetdi..ugurlar size..bizde konullu istefa medeniyyeti olmadigi ucun .uellimin bu addimina ozum ozume qurrelenmisdim.amma bu dediklerini oxuyandan sonra her sey berbd oldu
Qəbul etdikləri Qanunların mürəkkəbi qurumamış onu eninə uzununa zorlayan, tapdalayan Rəfael kimi deputatlar MM-də çooooxdur və standart olmayan vəziyyətdə onların.... bir anda biruzə verir.Dünən ölümünə qədər döyüb, söyüb, goreşən sürüsü kimi yaglı leşi parçalayanların, bu gün isə "Priton" TV özünə bəraət qazanmaq üçün Rəfaelə kefi istəyən qədər vaxt,kefi istəyən sualları verməsi nə demək?Bu gedişlə Rəfaeli az sonra QƏHRƏMAN etsələr əsla təəccüblənməyin.TFUU
Cebrayil muallim senin mandatin saxta mandatdir, sizin saxta egideniz kimi. Dovletin ve milletin taleyuklu meseleleri bir yanda bunlar ise sadaqat andi icmekle meshguldur. Dagil a dunya gor uc cagrish deputatin eqidesi nece mohkem ve besitdir. Bu shukurludur, bunu saq eli milleti talan eden digerlerinin bashina. Shahmar Movsumovun qardashi milletin 100 milyonunu yeyib ustunden su icib. Gorunur bu o yerlerden deyil, yoxsa Novruzov bunu mudaviye ederdir.