Putin etirazlar qarşısında geri çəkilir - Mühüm gəlişmələr

Bu ilin iyulundan etibarən Rusiyada başlayan etiraz aksiyaları səngimək bilmir. Sentyabrın 8-də Moskva Şəhər Bələdiyyəsinə keçirilən seçkilərdə bəzi müxalif namizədlərin qeydə alınmaması səbəbilə start götürən mitinqlər təkrarlanır. Aksiyalarda həbs edilən iştirakçılar müxtəlif cəzalara məhkum ediliblər.

Son olaraq, bazar günü aksiya keçirilib. Əvvəlki aksiyalarda namizədlərin qeydə alınması tələb edilirdisə, indi həbs edilənlərin bütünlükdə azad olunması tələb olunur. Artıq etirazların getdikcə nəticə verdiyi görünməkdədir. Belə ki, Rusiya məhkəmələri son həftələrdə geri çəkilmiş durumda görünür. Bəzi şəxslər azad edilib yaxud girov qarşılığında azadlığa buraxılıblar. Nümayişçilər isə bütün həbs edilənlərin azad olunmasını tələb edirlər.

Bazar günü etirazçılara müraciət edən Lyubov Sobol yay etirazlarının əsas fiqurlarından biridir.

Əsas müxalifət nümayəndələrindən Aleksey Navalni və Lyubov Sobol bazar günü izdihama müraciət ediblər.

"Biz öz hüquqlarımıza hörmət edilməsini tələb etməyə davam etməliyik, çünki onlar bizə küçələrdə etiraz etməkdən başqa seçim qoymadılar", Lyubov Sobol bildirib.

Aleksey Navalni polis zorakılığını qınayıb və insanları gələcəkdə keçiriləcək mitinqlərə qoşulmağa çağırıb.

Özəl xəbər agentliyi İnterfaks mitinqdə həbslərin olmadığı xəbərini verib.

"Polis əməkdaşları və Rusiya Milli Qvardiyasının nümayəndələri ictimai asayişi və vətəndaşların təhlükəsizliyini təmin edirlər". Bunu Moskva polisinin mətbuat xidmətindən mitinq başladıqdan sonra bildiriblər.

Ekspertlər aksiyalar qarşısında prezident Vladimir Putin iqtidarının getdikcə geri çəkiləcəyini, həbs edilənlərin tədricən azad olunacağını bildirirlər. Rusiya hökumətinin addım-addım etirazçıların tələblərini yerinə yetirməsinin arxasında Qərbdən gələn təzyiqlər göstərilir. Hər addımbaşı Kremli sıxmaq fürsəti arayan Qərbə bu şansı verməmək üçün Putin hakimiyyətinin etirazları bu cür yollarla səngitmək niyyətində olduğu qeyd edilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar