Ukraynanı tərk edən keçmiş prokuror Trampın əleyhinə ifadə vermək qərarına gəldi

Ukraynanın keçmiş baş prokuroru, bu gün Böyük Britaniyaya qaçdığı deyilən Yuri Lutsenko ortaya çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, eks-baş prokuror “BBC Ukrayna”ya verdiyi müsahibədə ABŞ Konqresində çıxış etməyə və prezident Donald Trampın impiçment məsələsi üzrə izahat verməyə hazır oluğunu bildirib.

“Niyə də olmasın”,-deyə Y. Lutsenko jurnalistlərin müvafiq sualına cavab verərkən deyib.

O, heç bir şeydən qorxmadığını sözlərinə əlavə edib.

Yuri Lutsenko heç vaxt ABŞ prezidenti ilə görüşmədiyini və ya onunla hər hansı kontaktda olmadığını, lakin dəfələrlə Bİrləşmiş Ştatlaırn rəhbərinin şəxsivəkili Rudolf Culiani ilə söhbət etdiyini vurğulayıb.

Ukraynalı siyasətçinin bildirdiyinə əsasən, onlar bir çox mövzular, o cümlədən ABŞ-ın keçmiş vitse-pezidenti, habelə hazırda Demokrat partiyasının prezidentliyə əsas namizədlərindən sayılan Co Baydenin oğlu Hanter Baydenin işi ətrafında müzakirə aparıblar.

Eyni müsahibədə Yuri Lutsenko Ukrayna dövlətinin Hanter Baydenin rəhbərlik etdiyi və qeyri-qanuni pul qazandığı iddia edilən “Burisma Holdings” neft-qaz şirkəti üzrə, ata-oğul Baydenlərə qarşı təhqiqat aparmaq hüququnun olmadığını söyləyib.

Keçmiş baş prokurorun fikrincə, bu hər şeydən öncə ABŞ-ın yurisdiksiyasına daxil olan məsələdir.

Bundan başqa Yuri Lutsenko kiçik Baydenin hər hansı formada Ukrayna qanunvericiliyini pozmadığını bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar