“DƏLƏDUZLUQ FAKTI MÜƏYYƏN OLUNARSA...” – Baş Prokuror Cəbrayılovun işi barədə

"Mərkəzi Seçkin Komissiyası deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra bu məsələ müzakirə olunacaq. Bildiyiniz kimi, onun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər".

"Report"un xəbərinə görə, bunu Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, hazırda R.Cəbrayılovun həmin işlə bağlı iddia ərizəsinə mülki qaydada baxılır: "Əgər məhkəmə baxışında onun tərəfindən dələduzluq və ya cinayət faktı müəyyən ediləcəksə, Rəfael Cəbrayılovun barəsində xüsusi qərardad çıxarıb, prokurorluğa göndəriləcək. Bundan sonra biz həmin araşdırmaları aparacağıq".

635x100

Şərhlər

Zərərçəkmişlər 2019-10-01 12:43:26

Bəs Komitə sədri Hicran Hüseynova haqqında niyə ölçü?Vətəndaşlardan işə düzəltmə adıyla küllü miqdarda(170 000 dol)pul alıb,Sabiq aparat rəhbəri Səfər İmanovla razılaşaraq onun üzərinə atıb.Hicran Səfəri ailəliklə kənarda maliyələşdirir.Hüquq-Müh orqanları tərəfindən istintaq aparılsada Hicran istintaqa çağırılmadı.Dəfələrlə əsaslı aidolar-vidolar yayıldı heç nə özü başa düşmədi ki,xalxın pulunu qaytarsın,niyə rəhbərlik onun haqqında ölçü götümədi?Hələdə oturub DÖVLƏTİN kreslosunda "ÖZ İŞİNİ"davam etdirir.

Son yazılar