“SAXTA SƏNƏDLƏŞMƏ, ÇİRKLİ PULLARIN YUYULMASI...” - “Biznesmen-məmurlar bunun üçün “Azərpoçt”dan istifadə edirlər...”

Ötən ilin aprel ayında “Azərpoçt” MMC-nin rəhbərliyində edilən dəyişiklikdən sonra bu qurumun ətrafında baş verən neqativ hallarla bağlı çoxsaylı şikayətlər eşidilməyə başlandı. Son iş yeri 2015-2018-ci illərdə qalmaqallı Azərbaycan Beynəlxalq Bankının Rusiya Federasiyasındakı törəmə filialında idarə heyətinin sədri vəzifəsi olan Emin Əfəndiyevin adı “Azərpoçt”a baş direktor təyin ediləndən sonra kütləvi ixtisarlar, çoxlu sayda insanın işsiz qoyulmasından tutmuş iş yerlərinin, ştatların pulla satılmasına, hətta quruma aid poçt şöbələrinin belə satışına qədər bir çox qanunsuzluqlarda hallandırılıb.

“Azərpoçt”a yaxın mənbədən “AzPolitika”ya daxil olan daha bir məlumatda isə sözügedən qurumun rəhbərliyinin "çirkli pullar"ın yuyulmasında iştirak etdiyi bildirilir. Qeyd olunur ki, “Azərpoçt”un əsasən keçmiş bank mütəxəssislərindən ibarət yeni rəhbərliyi şəbəkələşmiş şəkildə külli miqdarda vəsaitlərin ölkədən çıxarılaraq xarici banklarda açılmış hesablara köçürülməsində iştirak edir. Mənbə "Azərpoçt"da bu sistemi Beynəlxalq Bankının daha bir sabiq əməkdaşı,17 il həmin bankda işləmiş, hazırda  “Azərpoçt”da Departament direktoru olan Fərid Həşimovun yaratdığını idia edir.

Qurumun 1500-dən artıq şöbəsində Mərkəzi Bankın lisenziyası əsasında ənənəvi poçt xidmətlərilə yanaşı maliyyə xidmətləri də göstərildiyini xatırladan mənbə qeyd edir ki, burada həm ölkədaxili, həm də beynəlxalq pul köçürmələri sistemi fəaliyyət göstərir. Lakin bu maliyyə işində qeyri-qanuni, saxta yollarla sənədləşmə, çirkli pulların yuyulması və s. halların mövcud olduğuna dair əsaslı şübhələr var: “Azərbaycanda son illərdə bankların fəaliyyətinin zəiflədiyi dönəmdə bankir, biznesmen elitasının bəzi nümayəndələri “Azərpoçt” MMC-nin idarəetmə strukturundakı rəhbər vəzifələrə təyin olundular. Hansı ki, onların keçmişi şəffaf deyil, işlədikləri banklarda ciddi qanunsuzluqalara yol verdiklərinə dair ittihamlar var. Bu səbəbdən onların illərdir ki, daimi müştərilərinə çevirilmiş iri biznesmen-məmurların çirkli pullarını yumaq və başqa vasitələrlə mənfəət əldə etmələri üçün “Azərpoçt”dan istifadə etdiklərini istisna etmək olmaz”.

“Azərpoçt”un rəhbərliyinə gətirilən bank işçilərinin poçt sisteminə heç bir aidiyyatının olmadığını bildirən mənbə, onların bir çoxunun adlarını da sadalayır: “ATA Bank”dan bankir İltifat Ağayev, “ATA Sığorta”dan Müseyib Əliyev , tanınmış biznesmen Eldar Dadaşovun qardaşı, “Buta lizing”in rəhbər şəxlərindən olan Məmməd Dadaşov, “Azər Türk-Bank”dan Nüşabə Gözəlova və s.”

Mənbə çirkli pulların yuyulması mexanizmindən də söz aşır:Proses belədir: qanunsuz yollarla əldə olunmuş pullar yenilənmiş sistem üzərindən xarici dövlətlərdə yerləşən bankların hesablarına köçürülür və oradan biznes yatırımlarına çevrilərək leqal pul görüntüsünü əldə edirlər. “Azərpoçt” üzərinən qurulan sxem əsasında real sövdələşmələr saxta sövdələşmələrlə əvəz olunur, sənədlər saxtalaşdırılır. Eyni zamanda, 3-cü şəxslərin sənədlərindən istifadə edilir…”

Mənbə xaricə böyük məbləğdə pul köçürmələrində Maliyyə Departamentinin direktoru Müseyib Əliyevin və bir zamanlar “ATA Bank”ın Müşahidə Şurasının sədri olmuş İltifat Ağayevin də rolunun olduğunu ehtimal edir: “İltifat Ağayevin xaricdə müxtəlif şirkətlər və banklarla əlaqəsi mövcuddur. Təbii ki, hazırda onun da “müştəriləri” “Azərpoçt”a müraciət edirlər. Həmçinin, baş direktor Emin Əfəndiyev qurumun Poçt Əməliyyatları Departamentinin direktoru Məmməd Dadaşovla və Fərid Həşimovla bərabər tez-tez xarici ölkələrə səfər edir. Hətta Əfəndiyev M.Dadaşovun biznesmen qardaşı Eldar Dadaşovla xaricdə tez-tez görüşürlər keçirir. Ona görə ki, ikincinin bir çox xarici ölkələrdə şirkətləri var…”

Mənbə bildirir ki, bu məlumatlar “Azərpoçt”dakı durumun yalnız görünən tərəflərini əhatə edir və ətraflı araşdırma aparılacağı təqdirdə, daha konkret faktlar, qanunsuzluqlar aşkarlana bilər.

Daha bir iddia isə "Azərpoçt" rəhbəri Emin Əfəndiyevin ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyevlə qohumluq əlaqələri və işbirliyi haqdadır. Mənbə bu informasiyanın ciddi araşdırma tələb etdiyini bildirir.

“AzPolitika.info” “Azərpoçt” rəhbərliyinin və yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırdır.

“AzPolitika.info”

635x100

Şərhlər

Vetendaw 2019-10-01 19:27:16

Menim Alibaba.com-dan zakaz etdiyum telefon Bakida PDM deyilen yerde 28 mayda vagzal terefde yerlewir yoxa cixib. Satici firma yazir ki Powtdan iste senin malin onlardadi. burdakilar ise deyir yoxdu. PDM kime baxir niye oranin yiyesi yoxdur?

Arif Eliyeve 2019-10-01 19:27:16

Arif mellim sizin iwiniz ne yerde qaldi? gele iwe berpa ola bilmedinizmi?

Prezidentini sevənə 2019-10-01 19:27:16

Prezident Ilham Əliyev, dediyiniz təzə komandanı ona görə yaratdıki, illərlə nəqliyyat, rabitə sahəsində yaranılmış öz başınalığı, neqativliyi aradan qaldırsın, təssüflər olsun təzə komandada gəlib bunlara qoşuldu.Doğurdanda tank yıxa bilmədiyi insanı pul yıxırmış.

Prezidentini sevən 2019-10-01 19:27:16

Rabitədə hökm sürən özbaşnalıqların əsas səbəbkarlarından biri "MTN"-nin çetesində adı hallananlar ( Nazir müavini Elmir Vəlizadə,nazirliyin poçt sektorunun müdiri Novruz Məmmədov, Azərpoçtun Baş direktor müavinləri Rəsul Bayramov və Sübhan Kazımov)yüksək vəzifə sahibidirlər və törətdikləri əməllərinə görə məsuliyyətə gəlb edilmədilər və kreslolarını qoruyub saxlaya bildilər..? Bundan məlumatları olan təzə komanda onlardan örnək götürdülər və onların yolu ilə iri addımlarla irəliləyirlər...?

Rabitəçi 2019-10-01 19:27:16

Azərpoçt baş direktoru gör necə ... ki artıq nə Azərbaycan Hökumətini nə də ÖlkəPrezidentini saymır.Nazirlər Kabinetinin qərarına əsasən ziyanlı işə görə əməliyyatçılara verilən 10 faizi kəsib,Hər yerdə maaşlar artdığı halda Azərpoştda maaşlar azaldilib İndi düşünün bunlar haraları ilə fikirləşirlər Poçtalyonun ,əməlyatçının və poçt rəisinin maaşı eynidir.Bütün sürücülərin maaşlari ən azi 30-40 manat azaldilib. Bu "ağıllı bankirlər"in məqsədi poçtu dağıtmaqdır. Allah lənət eləsin onlara İnşallah edər.

PDM-işçisi 2019-10-01 19:27:16

deputat Rəfayıl Cəbrayılovdan yazdılar mandatında imtina etmək üçün MSK-ya ərizə yazdı. amma bunda sifət var eeeeeeee 6 aydı bütün şər içlərindən ermənilərdən iş birliyindən yazılır hələ də yerindədir

Qarabağ 2019-10-01 19:27:16

Haminizi Salamlayıram Emin Mellim Ad gününüz Mübarek!!! İnşAllah Azerpoçtda 50 illik Yubleyinizi keçirdesiniz!!! Size Uzun Ömür Can sağliqiq Arzuluyuram Hemişe Ayaqüste Olasiz Ps: Yazilan Şerhler Hamsi oxunur!!!

Araşdırmaçı 2019-10-01 19:27:16

Azərpoçtda Eminə qarşı təxribat aparanlardan biri onun müavini rəsul bayramovdur......?

Cesidleyiciye 2019-10-01 19:27:16

Gesheng tebrik idi amma bir duzelish etmeliyem. boyuk kishi olasan arzusu inanmiram nevaxtsa yerine yete.

Çeşidləyici 2019-10-01 19:27:16

Emin qağa adgünüvü təbrik edirəm, böyük kiiiiişi olasan, nə pis oldu diyirem, 2 milyardı göndərib çıxmağ istiyürdün aradan, hec ele şeymi olar, hələ biz sənə denrajdenya keçirəcüyük, tortda olacağe qağa üstündə fişəngləridə var, atamcanı Ağdaşdakı bazardan almuşığ.Özün elədündə, qağa kəntdə sənə öyrətməyiblərki, “Oğru, oğrudan gizdənər”, səndə Azəribayicanda nəğədər oğru var hamsın yığmısan başuva də., Atam-atam deyim bilgünən, əgər başvu əkməsələr salamat qalson buralarda birdə belə səhvlər buraxmaginən haaa bizdərdə belədü “ Oğrunu oğru ilə tutarlar” Salamet qal, həpiiii bözdüüüüü tuuuuuuuu yuuuuuuuuuuuuu!!!!!!!!!!!.

Çeşidləyiciyə 2019-10-01 19:27:16

Yəqin bütün bu bağlama oğurluqlarının başında özünün dediyinə görə gündə 5 dəfə namaz qılan .... dayanır

Muhasib 2019-10-01 19:27:16

Taniyanlar bilir Emin Efendiyevin getirdiyi isciler istedikleri zaman ise gelir istedikleri terzde iscilernen reftar edir. Ozunnen yuxari iscileri saymir. Bir sozle at oynadirlar qoculuq edirler bunu da Emin Efendiyev onlara tapsirib. Kohne Iscilere evveler verilen yardimlar azalib premiyalar kesilib ve yalniz oz qocularina Heshimov, Dadashova ve Iltifata az qala her ay hem yardim ve hem de premiyalarin ardi kesilmir. Bucur weraitde edaletsizliyi goren iwci sizce nece iwdemelidir?

Dövlətimizi sevən 2019-10-01 19:27:16

Sabiq Rabitə Naziri Əli Abbasov işdən uzaqlaşdırıldıqdan sonra nazirlikdə və tabeli strukturlarında özbaşnalıqlar hökm sürməyə başladı,qanunlarımız ayaq altına atıldı.. Onlar öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğrultmaq əvəzinə, vətəndaşları dövlətdən narazı salmağa çalışırlar.? Onların qanunsuz əməllərinə "stop" deyən yoxdur ? Nazir və onun müavinləri vətəndaşların şikayətlərinə əhəmiyyət belə vermirlər? Azərpoçtda hökm sürən özbaşnalıqlardan əlbəttə Nazirin və müavinlərin xəbəbləri var...?

Cewidleyiciye 2019-10-01 19:27:16

Bes Shirvan etrafindaki rayonlarin cesidleyicileri qirilmalidi? Bizi isden niye cixardillar? Cavab vermesez gedecem yuxarilara kimi goreceksiz.

Neftçala Çeşidləyicinə 2019-10-01 19:27:16

Şirvanda mərkəzi ona görə yaradıblarki, ətraf rayonların çeşidləyici ştat vahidliyini Şirvana gətirsinlər, təbiki ətraf rayonlardan bura heç kim gəlməz, daha doğrusu verilən əmək haqqına görə, bunlar isə həmin ştat vahidliyi ilə yeni yaradılmış mərkəzdə təzə işçilər işə götürürlər, görürsünüzdə pul qazanmaq yollarını necə tapıblar.

Rabitəçi 2019-10-01 19:27:16

Hansısa çox yüksəkdə duran məmurlardan, kimsə rabitə nazirliyini başlıca Azərpoçtun özbaşınalığını açıq aşkar müdafiyə edir, belə olmasaydı bir ildən artıqdır KİV-ləri, yüzlərlə rabitə mütəxəsisləri, dövlətin bütün qurumlarına ünvanlanan şikayətlər cavabsız qalmazdı.Artıq piçağ sümüyə dirənib, bu təşkilatda sabah xoşa gəlməz hadisə baş versə, həmin arxalarında duran məmurlar deyəcəklərki, bu təxribatdır, mənə elə gəlirki nazir və onun ətrafı rabitəçiləri qəsdən bu yola yönəldirlər.

Shamil muellim 2019-10-01 19:27:16

Okazivaetsya bu pul severleri Azerposhta yigilma sebebi bu imish? Ay yeni struktur bele geldi nebilim yeni islahat bele getdi. Indi her shey aydindir.

Bankir 2019-10-01 19:27:16

Emin Efendiyev bankimizda iwleyende leqebi tas Emin olub. Her bir iwe oz tasini qoyardi. Hetta tapwla iwe gelen iwciden nese umurdu.

Vətəndaş 2019-10-01 19:27:16

Mən deyəndə bunları yuxarılardan himayə edirlər ,heç kim inanmır.Ona görədə dəfələrlə AR.Baş prokurorluğu yanında korrupsiyaya qarşı mübarizə idarəsinə dəfələrlə müraciət olunsada,əməllərində cinayət motivləri sübutla təqdim olunsada cinayət işi açılmır və bir tərəfli qaydada rədd olunur.Ona görədə saytlarda gedən yazılar Emin Əfəndiyev və onun əlaltılarının vecinə deyil .Azərpoçtu şəxsi şirkətləri kimi idarə edirlər.İşçiləri sortlara bölüb istədikləri kimi rəftar edirlər.Azərpoçtda Nazir R.Quluzadənin , müavin Ə.Adullayevin xeyir duasııyla AR Qanunlarını var gücləri ilə ayaqlayıb tapdalayırlar.NRYTN və onun qurumları mən deyərdim insan resursları ən kobud şəkildə aşağılanır.Peşəkar rabitəçilərlə xalq düşməni kimi rəftar olunur.Görəsən bunların nə vaxt ipini çəkəcəklər?Artıq rabitəçilər cana yığılıb.

Surucu 2019-10-01 19:27:16

Emin Efendiyev iwcilernen soyuq davranir onlarin fikirlerini dinlemir dinlese de gereksiz sayir oz bildiyi kimi hereket edir iwcileri emek muqavilesinnen artiq saat iwledir. Siyahi cox uzundur. Indiye kimi Azerpowtun tarixinde Emin Efendiyev kimi seriwtesiz ve qeyri effektiv rehber olmayib. Lakin indi oldu powt iwcilerini "tebrik edirem".

Neftcala Cewidleyici 2019-10-01 19:27:16

10 Oktyabrdan Wirvan Regional Powt Merkezi yeni sisteme kecir ve butun etraf rayonlarin cewidleyicileri ve kassirleri iwden qovurlar. Iltifat ve Nuwabe deyir ki gedin hara istiyrsiz wikayet edin 3 ay srok veribler bize.

Cewidleyici 2019-10-01 19:27:16

hefteye 50-60 baglama itmiw kimi senedlewir. Eslinde baglama ogurluqu artib, ehali wikayeti itmiw telefonlarin sayi artib. ..

Bankir 2019-10-01 19:27:16

Qara bazarda xarice pulu 1.5 faizle kocururler hec bir sened olmadan. Gunde qara bazarnan 50-60 mln dollar bu yolla xarice axir. Eger Emin Efendiyev hec olmasa 1 mln dollar kocurmeni ele kecirse bu gunde stabil olaraq 15 min dollar pul demekdir. Min bereket.

Powt iwcisi 2019-10-01 19:27:16

117 sayli post sobesinnen ogurluq etmis hazirda ise iwi prokuraturada olan hemin wobenin reisi Anari ele Mamed Dadawov 9 ay qabaq Azerpowta getirmiwdir. Lakin ogurluq baw verennen sonra hec kim Mamedin adini cekmir.

Son yazılar