Müsavat başqanlığına namizədlər debatda qarşılaşacaq - Vaxt açıqlandı

Müsavat başqanlığına namizədlər arasında debat keçiriləcək

Bu barədə hazırkı başqan, partiya rəhbərliyinə yenidən namizədliyini irəli sürmüş Arif Hacılı bildirib.

“Oktyabrın 9-da arzu edən bütün mətbuat nümayəndələrinin iştirakı ilə başqanlığa namizədlərin debatı olacaq. Debat bunu məqbul hesab edən bütün TV kanallarında canlı yayımlanacaq.

Bu gün debatın aparıcısı barədə razılığa gəldik. Debatın aparıcısı müstəqil jurnalist İzolda Ağayeva olacaq”.

Arif Hacılı debatda başqanlığa digər iki namizədlə - tanınmış müsavatçılar Yadigar Sadıqlı və Tofiq Yaqiblu ilə üz-üzə gələcək.

Müsavat Partiyasının qurultayı oktyabırn 12-də keçiriləcək.

635x100

Şərhlər

fikrət 2019-10-01 21:59:36

mənim 57 yaşim var Azərbaycanda ilk dəfədi ğörürəm demokratik secki HALAL OLSUN COX SEVİNDİM

t.ədalət 2019-10-01 21:59:36

Partiyanın dağılması çoxdan vacibdir.Bu partiyalar xalqın gözündən düşüb,bir qrup adamın əyləncə oivqatı yaradan məşğuliyyətinə çevrilib.

Son yazılar