İsveç Rusiyadan müdafiə olunmağa hazırlıq görür - HDQ komandanlığı yeraltı bazaya köçürülüb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsveç hərbi-dəniz qüvvələrinin (HDQ) mənzil-qərargahı Stoqholmun 40 kilometrliyindəki Muskyö adasında yerləşən yeraltı bazaya köçürürüb. Bu barədə sentyabrın 30-da Britaniyanın «The Guardian» qəzeti xəbər verib.

İsveçli ekspertlər belə qərarın Rusiyadan müdafiə məqsədilə verildiyini iddia edirlər. İsveç HDQ kommuikasiya şöbəsinin başçısı Rebekka Landberqin qeyd etdiyi kimi, «Muskyö bazası fortifikasiya baxımından unikal ərazidir - bu, yeraltı ərazidir və köhnə Stoqholm qədər böyükdür».

Xanım ona işarə edib ki, İsveç HDQ komandanlığı dayanıqlı və hətta hücum şəraitində belə stabil işləmək qabiliyyəiində olmalıdır. Bu baxımdan, Muskyö bazası ən yaxşı variantdr.

«Silahlı qüvvələrə lazımdır ki, öz əməliyyatlarını pisləşən xarici mühitdən qaynaqlanın çağırışlara adaptasiya etsin» - Landsberq əlavə edib.

İsveçin Müdafiə tədqiqatları institutunun böyük eksperti Nikolas Qredzlom hesab edir ki, mənzil-qərargahın yerinin dəyişdirilməsi barədə qərar, Muskyö bazasında hərbiçiləin əminliyi ilə bağlıdır ki, bu baza Russiyanın güclü silahla hücum edəcəyi təqdirdə kifayət qədər möhkəm qorunur.

Xatırladaq ki, sentyabrın 1-də İsveçin maliyyə naziri Maqdalena Andersson bəyan edib ki, hökumət banklara yeni vergi tətbiq etmək niyyətindədir. Yeni vergi büdcəyə daxilolmaların həcmini artıracq. Onun sözlərinə görə, Baltik dənizində Rusiyanın iştirakının getdikcə artırılması və Stoqholmla Moskva arasında münasibətlərin mürəkkəbləşməsi fonunda, bu addım qaçılmazdır.

Muskyö adasında yeraltı hərbi-dəniz bazasının tikintisi 1969-cu ildə başa çatıb. O, nüvə silahından istifadə etməklə, yaranacaq müharibə şəraitində sualtı qayıqların və kiçik suüstü gəmilən təhlükəsiz yerləşdirilməsi üçün nəzərdə tutulub. Orada tunellər, yeraltı «dok»lar, ofis tikililəri və hospital var.

2004-cü ildə hərbi büdcənin ixtisar olunması və beynəlxalq gərginliyin aşağı düşməsi fonunda Muskyö bazası «konservasiya» edilib və qismən mülki obyekt və donanmanın köməkçi dayanacağı kimi istismar olunub.

Skrıtğ obcəvlenie

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar