“Tələblərimizlə bağlı irəliləyiş olmazsa, hərəkətə keçəcəyik” - Hulusi Akar

“Təhlükəsiz bölgə məsələsi arzu etdiyimiz kimi deyil”.

APA-nın "NTV" televiziyasına istinadla xəbərinə görə, Türkiyənin müdafiə naziri Hulusi Akar jurnalistlərin “Türkiyənin ABŞ-dan tələbi nədir?” sualını cavablandırarkən bu fikri səsləndirib.

Hulusi Akar deyib ki, Suriya sərhədində təhlükəsiz bölgə məsələsilə bağlı ABŞ-la razılığa gəlinməyib: “YPG-lilərin ərazidən çıxarılması, istehkamlarının ləğvi məsələsi, ağır silahların təhvil verilməsi kimi tələblərimiz var. Bu tələblərimizlə bağlı bir irəliləyiş olmazsa, biz hərəkətə keçəcəyik. Silahlı qüvvələrimiz hər baxımdan hazırdır. Bu məsələnin zarafatı yoxdur”.

Nazir eyni zamanda ABŞ-la görüşlərin davam etdiyini, diplomatik əlaqələrin normal şəkildə davam etdiyini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar