Bakıda üç avtomobil toqquşub – FOTO

Dərc olunub: 01/10/2019 - 23:31

615d939d7f8c375Bakının Nəsimi rayonunda yol-nəqliyyatı phadisəsi baş verib.

APA xəbər verir ki, hadisə İslam Səfərli küçəsində qeydə alınıb.

Məhəmməd Qurbanovun idarə etdiyi “Renault” markalı avtomobil iki yolun kəsişməsində “Ford” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Renault” yol kənarında hərəkətsiz dayanan “BMW” markalı minik avtomobilinə də çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb. Ancaq nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib və araşdırma aparılır.






loading...


Fikrinizi bildirin