MSK CƏBRAYILOVUN MANDATINI ALDI - "Mənəviyyatsız hərəkət edib"

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

APA-nın xəbərinə görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.

İclasda qeyd edilib ki, Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət etməsi ilə əlaqədar Milli Məclis onun deputat səlahiyyətlərinə xitam verilməsi üçün MSK-ya müraciət göndərib.

Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib.

“Rafael Cəbrayılov deputat vəsiqəsini girov qoymaqla öz seçicilərinin etimadını tapdalayıb”.

APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat katibi, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Hüseyn Paşayev deyib.

“Biz bu hərəkəti nəinki hüquqa zidd, hətta mənəviyyatsız hərəkət kimi qiymətləndiririk. Rafael Cəbrayılovun əməlləri özünün və mətbuatın vasitəsilə də təsdiq olunub”, – deyə H. Paşayev qeyd edib.

 

***

Yaxın dəqiqələrdə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayacaq.“Report” xəbər verir ki, MSK-nın iclasında Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi üçün müraciətə baxılacaq.

Qeyd edək ki, borca görə III və IV çağırış Milli Məclisinin vəsiqələrini girov qoyan Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib. Parlament isə məsələyə baxılması üçün MSK-ya müraciət edib. R.Cəbrayılov 300 min dollar borca görə deputat vəsiqəsini girov qoyub. Onun bir neçə şəxsə borclu olduğu bildirilir.

Xəbər yenilənəcək

635x100

Şərhlər

Dövlətimizi sevən 2019-10-02 17:10:07

Azərbaycanımızın inkişafı naminə,Parlament buraxılmalı, yenidən dövlətimizi, xalqımızı və öz xidmətləri ilə cənab Prezidentimizin etimadını doğrultmağı bacaran,savadlı,ciddi və tələbkar ziyalılarımız seçki yolu ilə deputat seçilməlidirlər.. İndiki deputatlar dövlətimizin nüfuzundan çox,özlərinin şəxsi maraqlarını düşünürlər..Etika xatirinə olsada ayda heç olmasa bir dəfə seçiciləri ilə görüməyi özlərinə sığışdırmırlar..Sosial narazılıqların yaranmasının əsas səbəblərindən biri də belə neqatif hallardır...

patriot 2019-10-02 17:10:07

oktay əsədov ...işləyir ???

eloqlu 2019-10-02 17:10:07

qöresen bunlarin icinde , normali varmi ? eteyinde namaz qilaq.....

eloqlu 2019-10-02 17:10:07

Hede)))))))

Ağcabədili Əhmədov 2019-10-02 17:10:07

Biznes və monopoliya ilə məşğul olan deputatların hamısı ( millət onları tanıyır və iqtidara da məlumdur) Milli Məclisdən qovulmalı və MM-i ləyaqətli,ərazilərdə tanınan yerli namizədlər təşkil etməlidr.Uzun illərdir Əli Əhmədovla Siyavuş Novruzovun siyahisi artıq özünü mənfi cəhətdən biruza verib.

vətəndaşlar 2019-10-02 17:10:07

Bəs Komitə sədri Hicran Hüseynova haqqında niyə ölçü?Vətəndaşlardan işə düzəltmə adıyla küllü miqdarda(170 000 dol)pul alıb,Sabiq aparat rəhbəri Səfər İmanovla razılaşaraq onun üzərinə atıb.Hicran Səfəri ailəliklə kənarda maliyələşdirir.Hüquq-Müh orqanları tərəfindən istintaq aparılsada Hicran istintaqa çağırılmadı.Dəfələrlə əsaslı aidolar-vidolar yayıldı heç nə özü başa düşmədi ki,xalxın pulunu qaytarsın,niyə rəhbərlik onun haqqında ölçü götümədi?Hələdə oturub DÖVLƏTİN kreslosunda "ÖZ İŞİNİ"davam etdirir.

Buqa 2019-10-02 17:10:07

YAP-in numayendesi Rafael Cebrayilovun hereketlerini meneviyyetsizlik adlandirir, goresen banklari talan edib boynu yogun yapcilarin haqqinda niye tedbir gorulmur. YAP-ci olub bu olkenin var-dovletini talayanlarin yaninda bu yaziq bir adamdir. Gorunur bulu lombarda goyan xanimlardan sorushublarki pulu haradan almisan onlarinda fayizini bu guldurlar alacaq.

Son yazılar