AZAL rəhbəri və XDG Nəqliyyat Nazirliyini saymır

Nəqliyyat naziri Ziya Məmmədovun sədrliyi ilə nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2013-cü ilin 9 ayının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. AZAL və XDG rəhbərliyi yenə iclasda iştirak etməyib

Nəqliyyat Nazirliyinin məlumatında deyilir ki, nazir Ziya Məmmədov nəqliyyat sektorunda aparılmış islahatlar, görülmüş işlər barədə danışıb. Kollegiya iсlasının gedişində Azərbayсan Dövlət Dəmir Yolunun sədri Arif Əsgərovun, «Azəryolservis» Açıq Səhmdar Сəmiyyətinin sədri Cavid Qurbanovun, «Avtonəqliyyatservis» Departamentinin rəisi Çingiz Baxışevin hesabatları dinlənilib. «Qurumların fəaliyyətində irəliləyişlərin olmasına baxmayaraq, hələ də qüsurların olduğu, avtomobil və dəmir yolları sahəsində, eləcə də sərnişindaşımada bəzi problemlərin hələ də həll edilmədiyi vurğulanıb və şəhər nəqliyyatının işinin tənzimlənməsi ilə bağlı qısa müddət ərzində sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verilib”, deyə məlumatda bildirilir.

2008-ci ildən Bakıda nəqliyyatın intellektual idarə edilməsi tədbirləri həyata keçirilir. Bu məqsədlə büdcədən $100 mln xərclənib. Amma sistem yetərsiz çalışır. Onu demək kifayətdir ki, Nəqliyyat Nazirliyinin vədlərinə baxmayaraq şəhər Bakının nəqliyyatında kart sistemini tətbiq etmək olmur.

Nəqliyyat Nazirliyinin yaradılması barədə qərar 1998-ci ildə verilib. Amma qurumun rəhbəri 4 il sonra təyin edilib. Nəqliyyat Nazirliyinin əsasənaməsi 2003-cü ildə təsdiq edilib. Sənədə əsasən, nazirin 2 müavini olmalıdır. Amma prezident ikinci müavini təyin etmir.

2005-ci ilin yanvarında Nazirlər Kabineti nazirliyin kollegiyasının 15 nəfərlik tərkibini təsdiq edib. Onların 8 nəfəri bu qurumu təmsil edir.

Nəqliyyat Nazirliyinin əsasənaməsinə görə, qurum avtomobil, dəmir yolu ilə yanaşı hava yolları və su nəqliyyatının işini tənzimləyir. Amma AZAL prezidenti Cahangir Əsgərov və XDG rəisi Nəqliyyat Nazirliyinin iclasında bir dəfə də iştirak etməyib. Nəqliyyat Nazirliyinin mətbuat xidmətində təsdiq ediblər ki, Naxçıvan MR nəqliyyat naziri M.Seyidov da kollegiya iclaslarına gəlmir.(contact.az)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar