"Türkiyənin etibarı yalan xəbərlərlə zədələnməyəcək" - Ərdoğan

Türkiyənin nüfuzu yalan xəbərlərlə zədələnməyəcək.

SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"Amerika və Avropa mətbuatında üç yalan xəbər yayıldı deyə bu ölkənin etibarı zədələnməyəcək. Ankaradakı Hacıbayram məscidində cümə namazı qıldıq, orada şəklimizi çəkdilər. "Nyu York Times" "İŞİD-in yatağı buradır" deyir.

Paralel şəbəkə və onun dəstəkçisi olan beynəlxalq mətbuat birlikdə hərəkət edir. Keçmiş Türkiyə artıq yoxdur. Daxildəki xəyanət şəbəkələrinə dəstək verənlərə baxmayaraq, bu karvan getməyə davam edəcək.”, - türkiyəli lider belə deyib.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar