FTX-da MAHMUDOVUN "BANDASININ" OXŞARI İFŞA EDİLDİ  - 12 milyard talayıblar...

Rusiya Federal Təhlükəsizlik Xidmətinin iqtisadi təhlükəsizlik idarəsinin məxfi “K” şöbəsinin keçmiş rəisi, 12 milyard rubl pulla tutulan polkovnik Kiril Çekalinin işində maraqlı epizod üzə çıxıb.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, polkovnik Çekalin “krışalıq” etdiyi bankirlərdən rüşvəti bir çox hallarda birbaşa Lyublyankada, FTX-nin binasının yaxınlığında yerləşən kafedə alırmış.

Bu epizod eynən Azərbaycanda keçmiş MTN rəhbəri Eldar Mahmudovun bandasından olan “çekistlərin” fəaliyyətini xatırladır. Onların barəsində aparılmış istintaqda üzə çıxmışdı ki, Mahmudovun çekistləri qarmağa keçirdikləri iş adamlarından, bankirlərdən və digərlərindən rüşvət almaq üçün MTN-nin binasının yaxınlığındakı “Sultan” kafesindən istifadə edirdilər.

Həmin "Sultan" kafesi

Həmin kafedə hətta biznesmenləri müvəqqəti saxlamaq üçün xüsusi bağlı kabinetlər də olub. Zərərçəkənlər istintaqa verdikləri ifadələrdə “Sultan” kafesində Mahmudovçu “çekistlərlə” görüşləri ətraflı təsvir ediblər.

Polkovnik Çekalin bu ilin aprelində həbs olunub. Onunla birlikdə FTX-nin daha iki polkovniki Andrey Vaslyev və Dmitri Frolov da təcridxanaya salınıb. Məlum olub ki, Çekalin və digərləri banklara, kommersiya strukturlarına “krışalıq” edərək onlardan illərlə külli miqdarda haqq alıb.

Mayın 17-də polkovnik Çekalinə aid olan üç mənzildə axtarış aparılıb və müxtəlif valyutalarda olmaqla ümumi məbləği 12 milyard rubl təşkil edən nəğd pul, çoxsaylı zinət əşyaları, bahalı saatlar və s. tapılıb. Məlum olub ki, mənzillər pul saxlamaq üçün anbar kimi istifadə edilirdi, çünki nəğd pullar idman çantalarında və politelen paketlərdə birbaşa döşməyə yığılıb. Habelə mənzillərdəki şkaflar və seyflər də ağzına qədər pulla dolu olub. Habelə bank seyflərində də polkovnikə aid pullar tapılıb.

Polkovnik Kirill Frolov

Məlumatlar var ki, polkovniklər həmin pulları hansısa yollarla xaricə çıxarmaq və “yumaq” üçün hazırlaşırdılar. Lakin FTX-nin içərisindən kimsə hazırlanan əməliyyat barədə xəbər tutub və Çekalinin planları pozulub.

Çekalinin həbsindən sonra mətbuatda onun dəbdəbəli malikanəsinin və kabinetinin görüntüləri yayılıb. Məlum olub ki, “çekist” kabinetini Oval ofis stilində təmir etdirib, malikanəsinin hamam otaqlarında isə qızıl kranlarla təchiz edilmiş mərmər vannalar qoyulub.

Əgər Azərbaycanda Mahmudovun “çekistləri” daha kobud-“balta üsulu” ilə işləyirdisə və  tutub soymaq istədikləri biznesmenlərin, bankirlərin üstünə qara maskalıları göndərib onları həbs edirdisə onların Lyublyankadakı həmkarları həmişə olduğu kimi, daha peşəkar davranıblar. Belə ki, Çekalin bankirlərdən yüz milyonlarla dolları qoparmaq üçün hiyləgər sxem qurub. Məsələn, o, “Layf” maliyyə qrupunun sahiblərindən biri Aleksandr Jeleznyakla necə işlədiyi məlumdur.

Polkovnik bankirlə Moskvadakı elit restoranlardan birində görüşüb. O, görüşə “Range Rover” avtomobili (Mahmudovun “çekistləri” də məhz bu modeli xoşlayırdı), biləyində “Rolex” saatı ilə gedib. Polkovnikin şərti belə idi ki, “Layf” qrupuna daxil olan “Probiznesbank”da onun adamı, FTX-nin istefada olan zabiti vitse-prezident vəzifəsinə təyin olunsun. İldə 120 min maaşla və katibə, xidməti maşın, şəxsi sürücü ilə. Daha sonra bankir səhmlərin bir hissəsini Çekalinin adamının kommersiya strukturuna güzəştə getməliydi və həmin struktur bankdan xaricə çıxarılan pulların 0.1-0.2 faizini, habelə rüşvəti və “otkatı” bölüşdürməliydi. Bundan əlavə nəğdləşdirmə əməliyyatı ilə məşğul olan banklar da Çekalinə müəyyən faiz ödəyirdilər.

Çekalin bu və ya digər səbəbdən müştəriləri ilə elit restoranlarda görüşə bilməyəndə onların görüşü birbaşa FTX-nin əsas binasının yanındakı kafedə baş tuturdu. “Kommersant” aydınlaşdırıb ki, Çekalin “Transportnıy” bankının keçmiş sahibi Aleksandr Mazanovdan külli miqdarda rüşvəti məhz həmin kafedə alıb. Onların arasında vasitəçi rolunu Arno Xocayan adlı biznesmen-Mazanovun müşaviri və keçmiş FTX polkovniki Mixail Qorbatov oynayıblar.

Lakin sovet KQB-sinin keçmiş polkovniki, biznesmen Aleksandr Lebedev hesab edir ki, Çekalinin mənzillərindən tapılan 12 milyard rubl hələ aysberqin görünən tərəfidir, “çekistin” cib xərcliyidir.

Çekalinin villası

“Bu FTX əməkdaşları illərlə qanqster-bankirlərin, yaxud bankestrlərin “krışası” olub. Onlar 12 il ərzində təxminən 1500 bankı soyublar. Bankirlər onların “krışası” altında 100 milyard dollardan çox oğurlayıblar. Həmin əməkdaşlar bu məbləğin hansısa faizini alıblar, yəni milyardlarla dollar”,-o bildirib.

Polkovnik Çekalinin işi barədə iki gün əvvəl Yerevana uçarkən prezident Vladimir Putin də məlumatlandırılıb. Bu haqda jurnalistlərə Putinin mətbuat katibi Dmitri Peskov deyib.

635x100

Şərhlər

Elli 2019-10-03 14:43:51

"molodtsı rebyata"

Максим Калинин 2019-10-03 14:43:51

А мы не ангелы, парень Нет мы не ангелы, Темные твари, И сорваны планки нам, Если нас спросят чего мы хотели бы, Мы бы взлетели,мы бы взлетели. Мы не ангелы,парень. Нет мы не ангелы. Там на пожаре утратили ранги мы. Нету к таким не любви не доверия. Люди глядят на наличие перьев. Мы не ангелы парень.

Son yazılar