“Hafka”nın nənəsi erməni olan oğlu Azərbaycan bayrağını itin boynundan asdı! – FOTO

“Bakı”nın prezidenti, “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovun biznesinin iflasa uğraması barədə yayılan xəbərlər, deyəsən, onun yaxınlarını qətiyyən narahat etmir.

“Bakı”nın futbolçuları 8 aydır məvacib ala bilməsələr də, bir müddət əvvəl Hafiz Məmmədovun oğlu bahalı maşınlardan ibarət sərgi açmışdı. Bu hələ harasıdır, “Hafka””ın oğlu Kənan Məmmmədov elə bir addım atıb ki...

Kənan Məmmədov qazandığı çempionluqlara görə, “Bakı”ya verilən medalı sevimli itinin boynundan asaraq instaqram səhifəsində paylaşıb.

Ola bilsin ki, Kənan Məmmədov bununla atasının düşməni olan AFFA rəhbərliyini təhqir etmək niyyəti güdüb. Medalda isə Azərbaycanın atributları – gerbi, bayrağı öz əksini tapıb. Görünür, “Hafka”nın oğlu o qədər qəzəbli olub ki, ya bunun fərqinə varmayıb, ya da vecinə almayıb.

Onu da qeyd edək ki, Kənan Məmmədov Xorvatiyanın Azərbaycandakı fəxri konsuludur. (publika.az)

"Hafka"nın oğlunun Azərbaycan bayrağını itin boynundan asması xəbərinə onu da əlavə etmək yerinə düşər ki, bu gəncin dost-doğmaca nənəsi - anasının anası ermənidir. Kənan Məmmədovun Azərbaycan bayrağına münasibətinin formalaşmasında bu faktın rolunun nə dərəcədə ciddi olduğunu deyə bilmərik, amma fakt ortadadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar