Daha bir prorektor işdən çıxarıldı

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru vəzifəsindən azad olunub.

Universitetdən Modern.az-a verilən məlumata görə, tədris işləri üzrə prorektor Rafiq Sadıqov universitetin rektoru Fərəh Əliyevanın sərəncamı ilə vəzifəsindən azad edilib.

Qeyd edək ki, sentyabrın əvvəllərində rektorun əmri ilə daha iki prorektor - elm və yaradıcılıq işləri üzrə prorektor Maral Manafova və inzibati təsərrüfat işləri üzrə prorektor Həmid Məhərrəmov vəzifələrindən çıxarılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar