"QARABAĞ-BU AZƏRBAYCANDIR VƏ NİDA İŞARƏSİ" - Əliyevdən Paşinyana cavab + VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev Soçidəki “Valday” forumunda çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunub.

“Mən Ermənistan baş nazirinin, təəccüb doğuran “Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır”,-deyə İlham Əliyev Forumun plenar iclasında çıxışı zamanı bəyan edib.

“Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ-bu Azərbaycandır və nida işarəsi”, - deyə İ.Əliyev əlavə edib.

İ.Əliyev onu da qeyd edib ki, Rusiya “Valday” forumu çərçivəsində Ermənistan tərəfinin Dağlıq Qarabağın Ermənistana aid olması ilə bağlı bəyanatlarına müvafiq reaksiya verib.

Bundan əlavə Prezident, Paşinyanın münaqişənin həllinin Dağlıq Qarabağdakı qondarma xalqın mənafeləri nəzərə alınmaqla məqbul olması barədə açıqlamasına da toxunub.

“Ermənistanın baş naziri tez-tez deyir ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. Deməliyəm ki, Dağlıq Qarabağ xalqı anlayışı mövcud deyil. Münaqişədən əvvəl Azərbaycan və erməni   əhalisindən ibarət olan bərabər hüquqlara malik Dağlıq Qarabağ əhalisi var",-deyə Azərbaycan Prezidenti vurğulayıb.

“Azərbaycan üçün hansı həllin məqbul olmasına gəlincə, bu, bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qaytarılmasından ibarətdir. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur”,-deyə Prezident qeyd edib.

635x100

Şərhlər

Vetendaş 2019-10-03 21:38:29

Prezidentimiz zor konkret çıxış etdi. Müharibə edib düşmənlərimizi qovmaq vatı və tarixi şərait yetişib.

yalçın 2019-10-03 21:38:29

sədd heyifki onlar bunu fakt, bizsə arzu-istək kimi deyirik..kaşki tam tərsi olaydı..

De fakto 2019-10-03 21:38:29

...?

Mirzə AĞ 2019-10-03 21:38:29

Qısası, Nikol adlı iti cəzalandırmaq lazımdır!!! Millət bunu gözləyir...

VƏTƏNDAŞa 2019-10-03 21:38:29

Söz daha dəqiq və kəsərli olmalıdır. Qarabağ və ətraf rayonlardan hərbi işğalçılər bir həftəyə, hərbi arsenal bir aya və narazı qalanlar qırx günə çıxmalıdırlar. Digər hər hansı dialoq qəbul edilməzdir və təvəqqe çox gecikib.

Veteran 2019-10-03 21:38:29

Boks dili ile desek Prezidentimiz digaya nece bir "apperkot" zerbe endiribse Valdaydan eve qayidan Pawa hele de ozunu gele bilmir ki, agzini acib nese desin.

Mehman 2019-10-03 21:38:29

Amma Paşinyan bunu Qarabağda deyir.

Son yazılar