Qubada alma oğruları tutulub - FOTO

Qubada alma oğruları tutulub.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan "Report"a verilən məlumata görə, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Harun Abdullayevə məxsus bağ sahəsindən ümumi çəkisi 1 ton olan 40 yeşik alma məhsulunu oğurlamaqda şübhəli bilinənlər saxlanılıb.

Araşdırmalarla onların Əliməmmədoba kənd sakinləri - Mahir Gəncəliyev, Zahid Niftəliyev, Rüstəm Şıxməmmədov və Zülfüqar Feyzullayev olduqları müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, oğurladıqları meyvələri Z.Niftəliyevə məxsus nəqliyyat vasitəsi ilə Xaçmaz rayonuna apardıqlarını və orada yerləşən bazarda ucuz qiymətə satdıqlarını bildiriblər.

Faktla əlaqədar Quba RPŞ-da cinayət işi açılıb. Həmin şəxslərin başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar