Bakıda xuliqanlıq zəminində 42 yaşlı kişi döyülüb

Bakının Nizami rayonunda döyülmə faktı qeydə alınıb.

APA xəbər verir ki, hadisə rayon ərazisində yerləşən bazarın yaxınlığında baş verib. Sərxoş vəziyyətdə olan 1977-ci il təvəllüdlü Həsənov Rövşən Çingiz oğlu tanıdığı şəxslər tərəfindən döyülüb. Daha sonra həmin şəxslər onun mobil telefonunu və pulunu alaraq ərazidən uzaqlaşıblar.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona sağ almacıq sümüyünün əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar